Fəzail Ağamalı Ana Vətəni necə dağıdır .....                     Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı .....                     Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi .....                     "Azpul" MMC-də QANUN POZUNTUSU .....                     Şəhid ailəsi bağça müdirəsindən gileylənir .....                     "5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" .....                     Əmrullayevin direktor problemi... .....                     Kriptovalyuta bazarına kapital axınları azaldı .....                     Sülh müqaviləsinin imzalanması gecikdikcə... .....                     Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir .....                     "Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" .....                     Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq .....                     Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? .....                     "Maaşım yalnız yemək və içməyə yetirdi..." .....                     Sənədlər yayımlandıqdan sonra... .....                     "YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" .....                     Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir .....                     Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır .....                     'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Bakının dostu müharibə elan etdi .....                     Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı .....                     Deputatın qızı şikayətləndi .....                     Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib .....                     Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib .....                     Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                     Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib .....                     London “dialoqda mən də varam” demək istəyib .....                     Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub .....                     Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ .....                     Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir .....                 

İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilər
Tarix: 25-01-2025, 10:12 | Çap et
İrəvanın sərhəddə odla oyunu
Ermənistan sərhəddə hərbi eskalasiya risklərini özündə saxlayan addımları sürətləndirir – AB missiyasının qalma müddətini uzatmaq bunun bir hissəsidir: yanvarın 27-də bu qərar verilməklə gərginlik artacaq və avropalı kəşfiyyatçılar İranla sərhədə yerləşəcək – Brüssel regionu qarışdırır
Azərbaycanla Ermənistan arasında hərtərəfli, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına və səfirliklərin açılmasına gətirəcək sülh müqaviləsi imzalanmayınca, bölgədə müharibə riski qalacaq. Təəssüf ki, rəsmi İrəvan iki xalq arasında düşmənçilik səhifəsinin bağlanması yönündə gərəkənləri etmir.

Qiymətli zaman isə gedir. Xəbər verildiyi kimi, 2025-ci il yanvarın 10-da Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti Brüsselin Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətində olduğunu açıqlayıb. 27 yanvar tarixində kəşfiyyat missiyasının mandatının daha 2 il müddətinə uzadılacağı gözlənilir. Prinsipial qərar artıq qəbul edilib.

Lakin məsələ bununla bitmir. Məsələ ondadır ki, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib və buna görə də ona hərbi funksionallıq əlavə edilməli olduğu düşünülüb. Bildirilir ki, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Missiyanın mövcud kəşfiyyat infrastrukturu (yalnız binokllar deyil, həm də Azərbaycan istiqamətinə baxmaq üçün istifadə olunan kameralar) ilə yanaşı, müvafiq avadanlıqlar və xüsusi texnikanın, o cümlədən hərbi nəqliyyat vasitələrinin tətbiqi də nəzərdə tutulur. Həmçinin avromissiya üzvlərinə silah daşımağa icazə veriləcək. Xatırladaq ki, Ermənistanla sülh müqaviləsinin razılaşdırılmayan iki bəndindən biri məhz sərhəddən üçüncü ölkənin və ya qüvvənin birləşmələrinin çıxarılması ilə bağlıdır. Göründüyü kimi, İrəvan AB missiyasını nəinki öz ərazisindən çıxarmağa hazırlaşmır, əksinə onun daha iki il uzadılması və faktiki hərbi bazaya çevrilməsinə razılıq verib. Bu isə sülh sənədinin azı iki il yubadılması deməkdir – özünün bütün riskləri ilə birgə.

Bu arada Britaniya hökuməti Azərbaycanla davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb. Hesabatda Ermənistan-Azərbaycan sərhədinin bağlı qaldığı qeyd edilir və bütün şərq sərhədindən 5 km məsafədə hər hansı səyahətdən çəkinmək tövsiyə olunur. “Buna səbəb iki ölkə arasındakı münaqişədir. Bu ərazilərdə konsul dəstəyi son dərəcə məhduddur”, – müraciətdə deyilir. Britaniya hakimiyyəti yolun Tavuş bölgəsindəki İcevan-Noyemberyan hissəsini də ziyarət üçün təhlükəli hesab edir. Həmçinin qeyd edilir ki, İrəvanla İstanbul arasında aviareyslərin olmasına baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlı qalır. Aydındır ki, belə bir müraciət Britaniya xüsusi xidmət orqanlarının tövsiyəsi olmadan ortaya çıxa bilməzdi. Hərçənd Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir ki, 2025-ci ildə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə ehtimalı yüksək deyil. Qurum müxtəlif faktlar, məlumatlar və hadisələrin təhlilinə əsaslanaraq, bu qənaətə gəldiyini bildirib. Bütün bunların fonunda, Ermənistan odla oyunu nəyə gətirə bilər, sülh müqaviləsi daha neçə il yubanacaq?

Caliber.az-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilir ki, yanvarın 27-də casus missiyasının mandatının daha iki il müddətinə uzadılması gözlənilir. Əsas qərar artıq verilib. “Brüsseldə, görünür, qərara gəliblər ki, bu missiyanın yalnız kəşfiyyat funksiyaları kifayət etməyəcək və ona görə də ona hərbi funksiyalar da vermək lazımdır. Daxil olan məlumatlardan aydın şəkildə görünür ki, ona görə avrocasusların mandatını genişləndirmək planlaşdırılır, o cümlədən missiya təkcə kəşfiyyat missiyası olmayacaq, həm də tam bir hərbi nümayəndəlik olmağa çalışacaq. Qeyd edək ki, onların bölmələrinin sərhədin Ermənistan-Türkiyə və Ermənistan-İran hissələrində yerləşdirilməsi planlaşdırılır”, – materialda qeyd olunur.

“Paşinyan seçkilərin nəticələrinə qədər sülh sənədinin bağlanmasını yubatmaq istərdi” – Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev “Yeni Müsavat”ın sualına cavabında belə qeyd etdi. Onun sözlərinə görə, sülh sazişi delimitasiya prosesi ilə sinxronluq təşkil edir: “Əgər sərhədlərin dəqiqləşməsi sürətlənsə, sülh prosesinə də töhfə verər. Hazırda İran sərhədlərinə doğru bir iş aparılır. Ümumilikdə Bakı ikitərəfli danışıqlar aparır: sülh sənədi və sərhəd müəyyənləşməsi. İkincisi, ağır gedir, amma gedir. Sülh mətnində isə iki bənd qalıb. Əlqərəz, deyilən məsələlər həllini tapsa da, Ermənistan ərazi iddialarına son qoymağı Konstitusiyada təsdiqləməlidir”.

Partiya rəsmisi ümid edir ki, vasitəçisiz davam edən bu danışıqlar yekun sülh müqaviləsi ilə nəticələnəcək: “Bütün nailiyyətlər ikitərəfli danışıqlara aiddir. Keçmiş həmsədr ölkələr müdaxilə etməyəndə nəticə əldə etmək olur. Artıq xüsusi nümayəndələr də yoxdur. Yadınızdadır, Rusiya Xovayevi, ABŞ öz adamını təyin etmişdi, Aİ Toivo Klaarı bölgəyə tez-tez göndərirdi. İndi fərqə baxın, onlar neçə vaxtdır gəlmirlər, faydası göz qabağındadır. Deməli, əngəl olmasınlar, biz İrəvanla təkbətək danışa bilirik. Haçan ki onlar qarışıb, onda proses alınmayıb. Elə ki moderatorsuz müzakirələr aparılıb, o halda tərəflər irəliyə doğru addım atıblar. Bu mənada, əsas prinsip vasitəçiləri yaxın buraxmamaqdır. Sonrakı mərhələ isə Ermənistan iqtidarını sülhə məcbur etməkdir. Amma yekun sənəd 2026-dan sonraya çəkə bilər. Çünki Paşinyan kritik seçkini keçməlidir. Bu təhlükəni adlayandan sonra sülh danışıqlarında daha rahat iştirak edə biləcəyini hesablayıb. Amma avropalı ”casus”ların bölgəyə gətirilməsi və say artımı gərginliyə səbəb olacaq”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, tərəflərin sülh sazişində razılaşmadan tədricən uzaqlaşdığı müşahidə edildiyi vaxt, sərhəd razılaşmasının əldə edilməsi maraqlıdır: “Ermənistan bu razılaşma ilə şimaldan cənuba qədər uzanan bütöv sərhədin delimitasiyasında Qazax-Tavuş istiqamətinin müəyyən edilməsində tətbiq edilən prinsipin (Alma-Ata Bəyannaməsinə istinad) əsas götürülməsinə çalışır: bununla SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimlik qazanmağa, eləcə də Azərbaycan ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəklərinə ümid edirlər (cari dövr üçün əsas istəkləri 2022-ci ilin sentyabr döyüşlərində ordumuzun İstisu (Cermuk) istiqamətində nəzarətə götürdüyü yüksəkliklərdən çəkilməsidir); razılaşmada delimitasiya prinsipi əksini tapmadığı üçün Alma-Ata Bəyannaməsinə istinadən edilən 19 aprel 2024-cü il sənədi aktual olaraq qalır”.

Təhlilçinin fikrincə, qlobal dəyişikliklər, xüsusilə Trampın hakimiyyətə qayıdışı Cənubi Qafqazdakı hadisələrin də inkişafına təsir edəcək və Bakı-İrəvan danışıqları bu prosesdə əsas “siyasi döngə” rolunu saxlayacaq: “Regionda toqquşan maraqlar güc mərkəzlərinin Azərbaycan-Ermənistan problemlərindən bölgəyə ”müdaxilə” üçün yararlana biləcəyi gözləntisini də önə çıxarır və istisna deyil ki, xüsusilə Qərb qüvvələri sərhəd məsələsini – “Ermənistan ərazisinə müdaxilə” iddialarını istifadə edə bilər; bu kontekstdə şimaldan cənuba doğru delimitasiyanın aparılması ilə bağlı məsələ maraqlı oyunçuların “sərhəddən giriş” imkanlarını neytrallaşdırmağa imkan verir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır - qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları
Bu gün, 07:51
Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı - KİV
Bu gün, 07:44
Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi - NƏ BAŞ VERİR?
Bu gün, 07:42
"Azpul" MMC-də QANUN POZUNTUSU - müştərinin telefon "kontakt"ına icazəsiz daxil olur
Bu gün, 07:22
Şəhid ailəsi bağça müdirəsindən gileylənir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" - İTTİHAM VAR...
Bu gün, 07:16
Əmrullayevin direktor problemi... - Hələ də çözə bilmir...
Bu gün, 07:04
Kriptovalyuta bazarına kapital axınları azaldı - ARAŞDIRMA
Bu gün, 07:01
Sülh müqaviləsinin imzalanması gecikdikcə... - İNCƏLƏMƏ
Bu gün, 07:00
Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir - GƏLİŞMƏ
Bu gün, 06:57
"Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" - Deputatdan yeni təyinata REAKSİYA
Bu gün, 06:40
Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? - AKTUAL
Bu gün, 06:33
"Maaşım yalnız yemək və içməyə yetirdi..."
Bu gün, 06:26
Sənədlər yayımlandıqdan sonra... qarşılıqlı ittihamlar daha da artacaq
Bu gün, 06:24
"YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" - Qazinin evini al, sonra şəhid ailəsinə hədiyyə ver
Bu gün, 06:21
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir - partiya sədri
Bu gün, 06:17
Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır - Əli İsa Cabbarov
Bu gün, 06:15
'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ - VİDEOMÜRACİƏT
Bu gün, 06:13
Bakının dostu müharibə elan etdi – Bu üç ölkəyə zərbələr endiriləcək
Bu gün, 06:05
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Dünən, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Dünən, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Dünən, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Dünən, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Dünən, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Dünən, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Dünən, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Dünən, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Dünən, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünən, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Dünən, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Dünən, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Dünən, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Dünən, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Dünən, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Dünən, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Dünən, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Dünən, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Dünən, 15:56
"Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Dünən, 15:54
Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru