Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                     Birdəfəlik “stop” qoyuldu .....                     Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: .....                     Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Dövlət Agentliyi baş verən faciəyə görə .....                     Bu dəfə Yeni Yasamalda yol çökdü .....                     İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi .....                     Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... .....                     "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" .....                     “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... .....                     Şeyx Əbdüldən şok ittiham: .....                     "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." .....                     Dövlətə xəyanət ittihamı ilə həbs olundu .....                     Tehran təxribatçı səfiri niyə dəyişmir? .....                     BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... .....                     İşçilərin ƏMƏK HÜQUQU... .....                     SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... .....                     Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? .....                     “BTB” Bank bağlanır? .....                     Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! .....                     Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR .....                     Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... .....                     "Bu çox ciddi bir cinayətdir, terrordur" .....                     "Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" .....                     Şəkidə şəhid ailəsi çətin durumda .....                     Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? .....                     "Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" .....                     Bakının mərkəzində Rusiya təhlükəsi .....                     Əmrullayevin çətiri altında özbaşınalıq .....                     Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası .....                     “Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” .....                     Müştərinin pulunu geri qaytarmır! .....                     Növbəti ölkə Türkiyə olacaq! .....                     Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər .....                     "Səhhətimə görə maşınmı da satmışam" .....                     Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır .....                     Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır .....                 

Ermənistanda bitməyən Zəngəzur xofu: “SEPAH 45 minlik ordu ilə...” - ŞOK DETALLAR
Tarix: 14-12-2024, 09:53 | Çap et
Ermənistanda bitməyən Zəngəzur xofu: “SEPAH 45 minlik ordu ilə...”
“Suriyada baş verənlər Ermənistanda yalnız bir səbəbdən təkrarlanmır: İran ortada dayanır. Suriyanın məğlubiyyəti İranın məğlubiyyətidir, çünki İran-İraq-Livan-Suriya xətti kəsilir. Suriya İranın xarici siyasətində mühüm ölkə idi”.

Bunu erməni şərhçi Armen Badalyan yerli mediaya müsahibəsində deyib (Axar.az)

Badalayanın iddiasına görə, Ermənistan məsələsində İran belə mövqe nümayiş etdirməyəcək: “Azərbaycan məhz İrana görə Ermənistana hücum etmir. SEPAH 45 000 əsgərlə dayanıb və Azərbaycan hücuma keçərsə, öz gücündən istifadə edə bilər. Korpus dərhal Zəngəzur, Dərələyəzi öz nəzarətinə götürərək İrəvana qədər çata bilər. İran üçün Ermənistan Gürcüstandan, Qara dənizdən keçməklə AB-yə daxil olan yeganə quru yolu olaraq qalır. Ermənistanın güneyi Türkiyə və Azərbaycan tərəfindən alınarsa, o zaman İran türk dünyasının əhatəsində qalacaq, bundan sonra onun bir hissəsi İrandan qoparılacaq. Ən pis ssenari isə budur: İran uğursuzluğa düçar olarsa, Türkiyə-Azərbaycan ordusu Ermənistan ərazisinə girəcək, Suriya ordusunun başına gələnlər bizim ordunun başına gələcək (Ermənistan ordusu döyüşsüz təslim olacaq - red.)”.

Xatırladaq ki, Azərbaycan dəfələrlə Ermənistanın ərazisinə iddia etmədiyini, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıdığını (Bakının sülh sazişi üçün təklif etdiyi 5 prinsipin biri ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması haqdadır) bildirib. Zəngəzur dəhlizinin isə tarixi ədalətsizlik nəticəsində (1920, noyabr) bölünmüş Azərbaycan xalqının halal haqqı olduğunu bəyan edib.

Başqa yandan, nə İranın ermənilərə görə Azərbaycan və Türkiyə, nə də Azərbaycanın İranla ermənilərə hərbi toqquşmaya getmək kimi bir lüksü, həvəsi yoxdur.

İran Zəngəzurda Ermənistanın deyil, yalnız öz maraqlarını qoruyacaq.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Modest Kolerov “Hraparak”a geniş müsahibəsində deyib.

O bildirib ki, Paşinyan İranın dostu deyil və heç vaxt olmayacaq: “Buna görə də İran Zəngəzurda nə Paşinyanı, nə də Ermənistanı deyil, özünü qoruyacaq. Nəzəri cəhətdən elə bir bənzətmə təsəvvür etmək olar ki, iranpərəst qüvvələr Suriyada olduğu kimi, Zəngəzurda da peyda ola bilər”.

Kolerovun sözlərinə görə, məhz İranın sayəsində Azərbaycan və Türkiyə Zəngəzura girə bilmir: “Lakin Əsədin süqutu və Suriyanın terrorçuların nəzarətinə keçməsi İrana böyük zərbə oldu və bu, bəzi regional və beynəlxalq oyunçularda İranın zəiflədiyi haqda təsəvvür yaratdı.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov hesab edir ki, bütün bunlar növbəti erməni yalanından başqa heç nə deyil: “İran öncə illər uzunu böyük pullar xərcləyərək Yaxın Şərqdə yaratdığı proksilərini, bunun ardınca isə Suriya kimi bir dayağını itirdikdən sonra növbənin özünə çatdığını yaxşı anlayır. Belə bir durumda İranın Zəngəzur dəhlizi haqqında düşünməsi mükündürmü? Heç inandırıcı deyil!

Ancaq ermənilərin Suriya hakimiyyəti çökdükdən sonra keçirtdikləri narahatlıq əsaslıdır. İran regionda Ermənistanı ən yaxından dəstəkləyən ölkələrdən biridir. Əgər İran Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə tam blokada vəziyyətinə düşmüş Ermənistana Mehri üzərindən nəfəslik verməsəydi, bu işğal da bu qədər davam etməzdi. Erməniləri bu durumdan fars-erməni qardaşlığı xilas etdi. Bu münaqişədə İran öz dindaşlarını - azərbaycanlıları deyil, xristian erməniləri dəstəklədi. Deməli, fars - molla rejimi üçün din də müqəddəs deyil, sadəcə bir alətdir. Belə olmasaydı onlar bu münaqişədə əsasən şiə təriqətli dindaşlarının yaşadığı Azərbaycanı dəstəkləməli idilər. Bunun əvəzində İran Ermənistana verdiyi dəstəklə kifayətlənməyib öz şirkətləri vasitəsilə işğal altında olan yaşayış məntəqələrimizin talan edilməsində xüsusi fəallıq göstərmişdir.

Qərblə qarşıdurmada İranın məğlubiyyəti nəticə etibarilə regionda Suriya hadisələrindən sonra mövqeləri bir xeyli möhkəmlənmiş Türkiyəmizin siyasi çəkisini bir qədər də artıracaq. Bu isə o deməkdir ki, Rusiya ilə körpüləri yandırmış, Avropa tərəfindən istənilən səviyyədə qəbul edilməyən Ermənistan bölgədə dəstəksiz bir durumda qalacaq. Düşünürəm ki, o halda biz bir başqa Ermənistan, bir başqa erməni camiyəsi görəcəyik. Yəni yaranacaq durumla barışmaq istəməyən erməni toplumu Ermənistanı tərk edib gedəcək, yerdə qalanlar isə erməni xislətinə xas olan ikiüzlülük, yaltaqlıq kimi alətlərdən istifadə edərək bu ərazilərdə yaşamağa çalışacaqlar.

Ona görə də Zəngəzur dəhlizinin açılmasında hər hansı bir problem olacağı gözlənilən deyil. Bu dəhliz dəfələrlə dediyimiz kimi, mütləq açılacaq...".

AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov isə qeyd etdi ki, bəzi erməni politoloqlarının, həmçinin dövlət rəsmilərinin guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə səsləndirdiyi iddialar cəfəngiyyatdır: “Ermənilər belə sərsəm fikirləri dövriyyədə saxlamaqla həm Qərbin dəstəyini almağı düşünürlər, həm daxildə xof yaratmaq istəyirlər, həm də Azərbaycanı təcavüzkar kimi tanıtmağa çalışırlar. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Ermənistanın bir qarış torpağında da gözü yoxdur və bu dövləti də təhdid etmir. Əksinə Bakı bəzi aktorların və İrəvanın təhrik və təxribatlarına baxmayaraq sülh təşəbbüslərini davam etdirir və Cənubi Qafqazda davamlı sabitliyə nail olmaq əzmkarlığını ortaya qoyub. İranın beynəlxalq sülhə ciddi təhlükə yaratmasının hansısa sübuta ehtiyac yoxdur. Tehranın davakar və qızışdırıcı fəaliyyəti ortadadır. Terror qruplaşmalarına dəstəyi də faktdır. İran 13 il qanlı Əsəd rejiminə hər cür dəstək verməklə Suriyanın bir dövlət kimi məhvinə, xalqının isə ağılasığmaz məşəqqətlərə, iztirablara düçar olmasına, 5 milyon suriyalının öldürülməsinə şəriklik etdi. Bu müharibədə təkcə Əsəd məğlub olmadı, onunla birlikdə İran və Rusiya da məğlub edildi. Suriyada rejimə müxalif olan silahlı qüvvələrin Əsəd və İranın oradakı SEPAH-ını cəmi 10-15 günə darmadağın etməsi Tehran rejiminin də nə qədər zəif olduğunu ortaya qoydu. İran bu gün elə duruma salınıb ki, nəinki Zəngəzuru ”qorumaq", hətta öz təhlükəsizliyini müdafiə etmək iqtidarında deyil. Azərbaycan isə son onilliklər ordu quruculuğunda ciddi uğurlar qazanıb və dünyanın ən güclü orduları sırasındadır. Həm döyüş qabiliyyəti, həm mənəvi ruh, həm silah təchizatı, həm təcrübə, həm də komandanlığın yüksək peşəkarlığı Azərbaycan Silahlı Qüvvələrinə imkan verir ki, qarşısına qoyulan istənilən vəzifə və tapşırığı qısa müddətdə həyata keçirsin. İranın Ermənistana görə belə bir güclü ordu ilə toqquşacağı absurd səslənir. Tehranın Ermənistana ehtiyacı yoxdur. Zəngəzur dəhlizi ilə bağlı dirəniş də Ermənistan üçün deyil, öz maraqlarının təmin etmək üçün bazarlaşma alətidir. Tehran əksinə Azərbaycanla münasibətlərini istiləşdirməyə can atır. Ötən ay SEPAH-la Azərbaycan Ordusunun xüsusi təyinatlılarının Ərdəbil vilayəti ərazisində birgə təlimlərini erməni politoloqlar nəzərdən qaçırmamalıdırlar. Erməniləri ən çox narahat edən faktorlardan biri də getdikcə güclənən Türk siyasi coğrafiyasıdır. Bu İranı da qayğılandıran hal olsa da, açıq konfrantasiyaya girməkdən çəkinir. İran əməkdaşlıq xəttini tutarsa, bu inteqrasiyadan və gücdən ona zərər gəlməz".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
"Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15
Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09
Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07
BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03
İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59
SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53
Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29
Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25
Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11
Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08
"Bu çox ciddi bir cinayətdir, terrordur" - Sərdar Cəlaloğlu
Bu gün, 06:59
"Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə
Bu gün, 06:57
Şəkidə şəhid ailəsi çətin durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 06:53
Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45
"Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37
Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29
Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22
Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18
“Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12
Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10
Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04
Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00
"Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55
Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50
Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48
Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45
General sərəncamdan təqaüdə göndərildi - ƏMR
Dünən, 23:41
Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Dünən, 19:38
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Dünən, 18:45
Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Dünən, 18:16
DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Dünən, 17:59
Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Dünən, 17:54
"Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:44
BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Dünən, 17:40
“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Dünən, 17:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru