İldırımzadə bu işə görə həbsə düşübmüş - Yarım milyonluq dələduzluq
Tarix: 4-11-2024, 12:45 | Çap et
 Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik İldırım Rasim Əli oğlu dələduzluqda ittiham olunur.
“Qafqazinfo”nun məlumatına görə, Rasim İldırım​zadə kimi tanınan polkovnik Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovla birgə cinayət məsuliyyətinə cəlb edilib.
Onlara birgə ittiham verilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Nə baş verib?
Əldə etdiyimiz məlumata görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə İldırımzadə nəslindən olan Rasim İldırım, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.
Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı-Balakən rayon sakini Hürü Əmiraslanovadır.
H.Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımdır. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. R.İldırım qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksəkvəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Rasim İldırım Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.
İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımın adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırım, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.
Amma təqsirləndirilən şəxslər heç biri özünü təqsirli bilmir. Yaxın günlərdə onların məhkəmə istintaqı başlayacaq.
Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir. O, daha çox Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin onunla çəkdiyi videogörüntü ilə məşhur olmuşdu.
Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... - Başçının satmadığı yer qalmayıb...
Bu gün, 11:20 |
|
|
|
| • Paşinyan qəzəbləndi, zalı tərk etdi - Bu gün Ermənistan parlamentində nə baş verib?
Bu gün, 11:03 |
|
|
|
| • Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
Bu gün, 11:00 |
|
|
|
| • Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
| • Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... - Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?
Bu gün, 10:52 |
|
|
|
| • Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? - AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
| • Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı QƏRAR
Bu gün, 10:41 |
|
|
|
| • Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... - Ölüm saçan “MedAura” klinikası
Bu gün, 10:39 |
|
|
|
| • Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur - ÇÜNKİ...
Bu gün, 10:34 |
|
|
|
| • Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı
Bu gün, 10:32 |
|
|
|
| • Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:23 |
|
|
|
| • "Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" - Mikoyan
Bu gün, 10:11 |
|
|
|
| • DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb - ARAŞDIRMA
Bu gün, 10:10 |
|
|
|
| • Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur - DOSYE
Bu gün, 10:07 |
|
|
|
| • Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb - “Sputnik Armenia”
Bu gün, 10:01 |
|
|
|
| • Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi
Bu gün, 09:49 |
|
|
|
| • “Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” - FOTO
Bu gün, 09:47 |
|
|
|
| • BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir - DETALLAR
Bu gün, 09:44 |
|
|
|
| • “Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq - YIĞINCAQ
Bu gün, 09:40 |
|
|
|
| • Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur - SİYAHI
Bu gün, 09:38 |
|
|
|
| • “Bakı Avtomobil Sənaye” ləğv oluna bilər
Bu gün, 09:36 |
|
|
|
| • Generala ağır itki
Bu gün, 09:32 |
|
|
|
| • Fuad Nəcəfli barəsində cinayət işi açılıb? - Həbs oluna bilər
Bu gün, 09:30 |
|
|
|
| • İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR - DİQQƏT: TƏHLÜKƏ VAR!!!
Bu gün, 09:27 |
|
|
|
| • Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib - Bakının gözləntisi
Bu gün, 09:15 |
|
|
|
| • Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? - ONA GÖRƏ DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır - 3 ay sonra...
Bu gün, 08:57 |
|
|
|
| • Fəzail Ağamalı Ana Vətəni necə dağıdır - qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları
Bu gün, 07:51 |
|
|
|
| • Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı - KİV
Bu gün, 07:44 |
|
|
|
| • Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi - NƏ BAŞ VERİR?
Bu gün, 07:42 |
|
|
|
| • "Azpul" MMC-də QANUN POZUNTUSU - müştərinin telefon "kontakt"ına icazəsiz daxil olur
Bu gün, 07:22 |
|
|
|
| • Şəhid ailəsi bağça müdirəsindən gileylənir - NARAZILIQ VAR...
Bu gün, 07:20 |
|
|
|
| • "5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" - İTTİHAM VAR...
Bu gün, 07:16 |
|
|
|
| • Əmrullayevin direktor problemi... - Hələ də çözə bilmir...
Bu gün, 07:04 |
|
|
|
| • Kriptovalyuta bazarına kapital axınları azaldı - ARAŞDIRMA
Bu gün, 07:01 |
|
|
|
| • Sülh müqaviləsinin imzalanması gecikdikcə... - İNCƏLƏMƏ
Bu gün, 07:00 |
|
|
|
| • Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • "Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" - Deputatdan yeni təyinata REAKSİYA
Bu gün, 06:40 |
|
|
|
| • Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq - BU NƏDİ BELƏ?
Bu gün, 06:37 |
|
|
|
| • Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? - AKTUAL
Bu gün, 06:33 |
|
|
|
| • "Maaşım yalnız yemək və içməyə yetirdi..."
Bu gün, 06:26 |
|
|
|
| • Sənədlər yayımlandıqdan sonra... qarşılıqlı ittihamlar daha da artacaq
Bu gün, 06:24 |
|
|
|
| • "YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" - Qazinin evini al, sonra şəhid ailəsinə hədiyyə ver
Bu gün, 06:21 |
|
|
|
| • Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir - partiya sədri
Bu gün, 06:17 |
|
|
|
| • Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır - Əli İsa Cabbarov
Bu gün, 06:15 |
|
|
|
| • 'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ - VİDEOMÜRACİƏT
Bu gün, 06:13 |
|
|
|
| • Bakının dostu müharibə elan etdi – Bu üç ölkəyə zərbələr endiriləcək
Bu gün, 06:05 |
|
|
|
| • Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27 |
|
|
|
| • Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24 |
|
|
|
|