DİA.AZ: - DİA.AZ-ın "islamazeri" portalına istinadən verdiyi xəbərə görə, məhz belə bir İŞİD-in azərbaycanlılardan ibarət qruplaşmasının yanına gələn bir azərbaycanlı maddi vəziyyətindən şikayət edib və pul alıb. Bu haqda İŞİD-çi türk və azərbaycanlılar sosial mediada "SOS" düyməsinə basıblar. Gələk dünyanın ən qəddar terrorçu qruplaşmasına pul "atan" azərbaycanlı qəhrəmanın kimliyinə... Onun adı Ehtiram Eldar oğlu İslamovdur.
İŞİD-çilərin bildirdiyinə görə, Ehtiram İŞİD-in İstanbuldakı üzvlərinin yanına gələrək İŞİD-ə qoşulmaq istədiyini, lakin maddi vəziyyətinin pis olduğunu bildirərək yardım istəyib. 1500 dollar alandan sonra o daha 11 nəfərin İŞİD-ə qoşulmaq istədiyini bildirərək əlavə pul istəyib. Bundan sonra İŞİD-çilər Ehtiramdan şübhələniblər. Bunu görən Ehtiram İslamov fürsət tapıb İŞİD-çiləri yola verərək oradan qaçıb. Hazırda bütün İŞİD qüvvələri onun axtarışına çıxıblar. Qeyd edək ki, Ehtiramın pul aldığı şəxslər məhz azərbaycanlılar olublar. Əldə etdiyimiz məlumata görə, ölkəmizdən azərbaycanlıları da Suriya və İraqa göndərən məhz bu tip şəbəkələrdir.