"Bu tüstü bir neçə gün əvvəl Ağdaşda bütün rayonun zibilliyinin töküldüyü yerin yandırılması nəticəsində yaranıb". "DİA-AZ" xəbər verir ki, aşağıdakı fotonu yollayan narazı Ağdaş sakinləri artıq neçə müddətdir ki, davam edən bu prosesin onların sağlamlığına birbaşa təhlükə törətməsindən giley edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyini dərhal hərəkətə keçməyə çağırıblar.
Dakinlər bildirir ki, bütün rayonun zibilliyinin cəm olduğu ərazidəki tullantılların yandırılması hesabına aşkar şəkildə ətraf kəndləri zəhərləyirlər. Sakinlər deyir:
"Biz evimizdə otura bilmirik. Ayda bir dəfə bu vəziyyətə düşürük. Xahiş edirik ETSN rəhbərliyi və hüquq-mühafizə orqanları bunun qarşısını alsın..."