Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... .....                     Turizm Agentliyində 18,5 milyonluq yeyinti .....                     Elşad Həsənovun KOLXOZVARİ HESABATI... .....                     İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... .....                     Yayda sular da tətilə gedirmiş.. .....                     “Bərəkət” ASC-nin rəhbərliyi seçilir .....                     Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... .....                     “Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək .....                     Dünyanı çox ciddi fəlakətlər gözləyir .....                     “Azəri-Med”in lisenziyası yoxa çıxdı .....                     Nəqliyyat şirkətinin səhmdarları toplanır .....                     Fransız və isveçrəli deputatlar Cənubi Qafqazda sülhün düşmənidir .....                     Britaniya nəşri də Azərbaycana böhtan atdı .....                     Pezeşkian: Nəhayət ki belə bir düşüncə sahibi... .....                     Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun .....                     Yevlaxda bələdiyyə sədri QANUN-MANUN HƏRLƏMİR .....                     Keçiddə atları dəyişməzlər... nazirləri dəyişmək olar... .....                     Putinin arxasında barınan Xəlilovlar... .....                     “Uğur 777” adlı Estetik Mərkəzi, YOXSA... .....                     Sahib Məmmədov CASUS OVUNA çıxıb .....                     İcra başçısının qardaşı da TENDERYEYƏN çıxdı .....                     Güney Qafqaz uğrunda SAVAŞ... .....                     Ağalar Vəliyevin şirkəti XALQA QARŞI .....                     Boğaza qədər borc içində... amma ADSEA-dan tender 'udur' .....                     "Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin" .....                     Ermənistan-Azərbaycan-Rusiya üçbucağında nə dəyişib? .....                     BU NƏDİ BELƏ: Hövsanda yeni çəkilən yol su altında qaldı .....                     "Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır" .....                     İrandan Azərbaycana yeni təhdid .....                     Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq .....                     "Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" .....                     Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? .....                     Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır .....                     Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir .....                     Əmrullayevin Fuad Muradova gücü çatacaqmı? .....                     On minlərlə abituriyent informasiyasız qalır .....                     "Elə edək ki, bu turistlər Bakımıza bir də gəlsin" .....                     İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq .....                     Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır .....                     Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi .....                 

Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” - TƏFƏRRÜAT
Tarix: 14-06-2025, 11:52 | Çap et

Bakıda iki ağacın kəsilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması diqqətçəkən qərarla yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu cinayətlə bağlı “Andromed” Tibb Mərkəzinin Mərdəkan filialının direktoru, tanınmış androloq Mirzəli Cəfərquliyev sifarişçi kimi cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı tərəfindən verilən ittihamda göstərilib ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kəkilən ağaclar Mirzəli Cəfərquliyevin oğlu Tural Cəfərquliyevə məxsus obyektin qarşısında olub. Ağaclar böyüdükcə obyektin reklam görüntüsünə maneə yaradırmış. Məhz bu səbəbdən ata Cəfərquliyev əvvəldən tanıdığı Təbriz Samedova ağacları kəsməyi göstəriş verib. Samedov kömək üçün tapdığı üçüncü şəxslə tapşırığı yerinə yetirib, ağaclar gecə ilə mişarla kəsilib. Bununla da təbiətə 2 min 700 manatlıq ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanılıb. Androloq həkim də işi icra edən iki nəfər də rayon prokurorluğunda istintaqa cəlb edilib.

Hər üç təqsirləndirilən şəxsin sərbəst mühakimə edildiyi bu iş üzrə məhkəmə istintaqında gizli məqamların üstü açılıb. Belə ki, ağacların kəsilməsində iştirak edən Təbriz Samedov məhkəmədə etirafçı olub. O, Mirzəli Cəfərquliyevin ağacların kəsilməsindən xəbəri olmadığını, prokurorluqda ondan belə ifadə verməsini istədiklərini deyib:

“O, ağaclar mənim evimin və iş yerimin qarşısında yerləşirdi. Güclü küləklər vaxtı əmlakım üçün təhlükə yaradırdı. Bu səbəbdən evə tərəf əyilən ağacları kəsdim. Bir müddət sonra rayon prokurorluğuna çağırıldım. Mənə dedilər ki, “sənin kəsdiyin ağaclar Mirzəlinin oğlunun obyektinin qarşısında yerləşir, ifadə ver ki, guya ağacları Mirzəlinin sifarişi ilə kəsmisən. Belə olan halda ondan 30 min manat pul alacağıq”. Mənim də Mirzəli ilə aramda əvvəldən problemlər var idi. Bu səbəbdən ziyan vermək üçün bu formada ifadə verdim”.

Mirzəli Cəfərquliyev ilk gündən ittihamları qəbul etməyib. Məhkəmədəki ifadəsində deyib ki, ağacların onun sifarişi ilə kəsildiyini eşidəndə əvvəlcə inanmayıb. Sonradan ifadə vermək üçün prokurorluğa çağırılıb:

“Məndən işin bağlanması üçün 25 min manat istədilər. Dedilər, ya bu məbləği ödəməlisən ya işi məhkəməyə göndəririk. Bir daha dedim ki, ağacların kəsilməsindən xəbərim yoxdur. Mən heç kimə belə sifariş verməmişəm. Hakimlərin daha dərindən araşdıracağına inandığım üçün işin məhkəməyə verilməsini xahiş etdim”.

Məhkəmə istintaqı dövründə toplanmış sübutlar, həmçinin təqsirləndirilən şəxslərin ilkin istintaqdakından fərqli ifadələri mənzərəni dəyişib.

Son iclasda prokuror çıxış edərək ittihamdan imtina etdiyini bəyan edib. Qeyd olunub ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığı sübut edilsə də, inzibati qaydada məsuliyyətə cəlb edilmələri üçün araşdırma aparılmalıdır.

Hakim Hüseyn Hüseynli prokurorun ittihamdan imtinasını qəbul edib. Qərara əsasən Mirzəli Cəfərquliyev və digər iki təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün materialların Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilməsi ilə bağlı təklifi isə hakim rədd edib.

Qərarda qeyd olunub ki, şəxslərin inzibati məsuliyyətə cəlb edilmələri üçün qanuni müddət çoxdan başa çatıb. Bu səbəbdən prokurorun təklifi qəbul edilə bilməz.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 10:18
Turizm Agentliyində 18,5 milyonluq yeyinti - bu dəfə sədr dəqiq gedir
Bu gün, 10:08
Elşad Həsənovun KOLXOZVARİ HESABATI... - BARITI ÇOX ELƏDİ...
Bu gün, 10:02
İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
Yayda sular da tətilə gedirmiş.. - ETİRAZ VAR!
Bu gün, 09:45
“Bərəkət” ASC-nin rəhbərliyi seçilir - YIĞINCAQ
Bu gün, 09:40
Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... - ETİRAZ
Bu gün, 09:37
“Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək
Bu gün, 09:28
Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens
Bu gün, 09:27
“Azəri-Med”in lisenziyası yoxa çıxdı
Bu gün, 09:25
Nəqliyyat şirkətinin səhmdarları toplanır - SƏDRİ DƏYİŞƏCƏK
Bu gün, 09:24
Fransız və isveçrəli deputatlar Cənubi Qafqazda sülhün düşmənidir - FAKT BUDUR!
Bu gün, 09:20
Britaniya nəşri də Azərbaycana böhtan atdı - Bakıdan sərt reaksiya
Bu gün, 09:07
Pezeşkian: Nəhayət ki belə bir düşüncə sahibi... - AKTUAL
Bu gün, 09:00
Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN-lik əməliyyatı
Bu gün, 07:45
Yevlaxda bələdiyyə sədri QANUN-MANUN HƏRLƏMİR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:40
Keçiddə atları dəyişməzlər... nazirləri dəyişmək olar... - Əgər Əmrullayev yarıtmazdırsa...
Bu gün, 07:37
Putinin arxasında barınan Xəlilovlar... - Xəyanətlə cəsarət arasında seçim...
Bu gün, 07:34
“Uğur 777” adlı Estetik Mərkəzi, YOXSA... - Burda hətta pasiyenti döyürlər də...
Bu gün, 07:30
Sahib Məmmədov CASUS OVUNA çıxıb - BU NƏDİ BELƏ?
Bu gün, 07:26
İcra başçısının qardaşı da TENDERYEYƏN çıxdı - TƏFƏRRÜAT
Bu gün, 07:21
Güney Qafqaz uğrunda SAVAŞ... - Rusiya və ABŞ arasında...
Bu gün, 07:13
Ağalar Vəliyevin şirkəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 07:10
Boğaza qədər borc içində... amma ADSEA-dan tender 'udur' - İcazə verin şübhələnək...
Bu gün, 07:03
"Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin" - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 07:00
Ermənistan-Azərbaycan-Rusiya üçbucağında nə dəyişib? - İNCƏLƏMƏ
Bu gün, 06:58
BU NƏDİ BELƏ: Hövsanda yeni çəkilən yol su altında qaldı - VİDEO
Bu gün, 06:56
"Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:53
İrandan Azərbaycana yeni təhdid – Vilayəti nə demək istəyib?
Bu gün, 06:51
Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq - NƏ BAŞ VERİR?
Bu gün, 06:48
"Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" - deputat
Bu gün, 06:47
Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:44
Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır - ŞƏRH
Bu gün, 06:41
Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir - AKTUAL
Bu gün, 06:39
Əmrullayevin Fuad Muradova gücü çatacaqmı? - Görünəni odur ki...
Bu gün, 06:36
On minlərlə abituriyent informasiyasız qalır - Kamran Əsədov DİM-ə sərt irad tutdu
Bu gün, 06:29
"Elə edək ki, bu turistlər Bakımıza bir də gəlsin" - ÇAĞIRIŞ
Bu gün, 06:26
İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq – İki ölkə…
Bu gün, 06:24
Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır - ŞOK PLAN
Bu gün, 00:28
Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi - Ayxan Hacızadə
Bu gün, 00:24
Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək - XİN
Bu gün, 00:21
Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Dünən, 17:47
Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Dünən, 17:41
Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Dünən, 17:23
“Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Dünən, 17:19
Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Dünən, 17:15
Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Dünən, 17:14
Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Dünən, 17:10
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:06
"Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru