BU NƏDİ BELƏ: Hövsanda yeni çəkilən yol su altında qaldı .....                     "Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır" .....                     İrandan Azərbaycana yeni təhdid .....                     Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq .....                     "Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" .....                     Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? .....                     Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır .....                     Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir .....                     Əmrullayevin Fuad Muradova gücü çatacaqmı? .....                     On minlərlə abituriyent informasiyasız qalır .....                     "Elə edək ki, bu turistlər Bakımıza bir də gəlsin" .....                     İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq .....                     Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır .....                     Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi .....                     Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək .....                     Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu .....                     Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək .....                     Arvadı Makronu daim buna görə alçaldırmış .....                     “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi .....                     Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb .....                     Zaxarovasayağı "sensasiya" .....                     Üzərində manatın əks olundu dəsmallar .....                     DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib .....                     "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" .....                     Milyonluq layihələr bir şirkətə niyə verilib? .....                     İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? .....                     Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir .....                     Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası .....                     RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... .....                     Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib .....                     Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi .....                     ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb .....                     "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi .....                     Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir .....                     Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət .....                     İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... .....                     Türkiyə Şuşada konsulluq açmağa .....                     Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? .....                     İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib .....                     Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” .....                 

İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
Tarix: 14-06-2025, 13:02 | Çap et

İranla İsrailin qarşılıqlı hava hücumları davam edir. İyunun 13-də İsrail hərbi obyektlərinə və hərbi infrastrukturuna zərbə endirmişdi. İran isə cavab olaraq İsrail ərazisini atəşə tutub.

Müşahidələr bu qarşılıqlı zərbələrin bir neçə gün davam edəcəyini göstərir. Hər iki tərəfdə dağıntılar var. Xüsusilə İranda daha çox obyekt dağıdılıb. Ölkənin ali hərbi rəhbərliyi, demək olar, tam heyətdə öldürülüb. Eləcə də, İranın yerüstü nüvə obyektinin məhv edildiyi bildirilir. Bu haqda Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin direktoru Rafael Qrossi məlumat verib.

Bu ana qədər məlum olan budur ki, ABŞ və Avropa İttifaqı İsraili, Rusiya və Çin isə İranı dəstəkləyib. ABŞ prezidenti Donald Tramp Reuters agentliyinə açıqlamasında İsrailin İrana hava zərbələri haqda əvvəlcədən xəbərdar olduğunu deyib. Avropa Komissiyasının sədri Ursula von der Lyayen isə İsrailə dəstəyini açıq ifadə edib. Ancaq Avropa İttufaqının aparıcı üzvlərindən olan Fransa özünü sığortalamaq üçün dərhal bəyanat verərək, İrana raket hücumlarında əlinin olmadığını bildirib. BMT-nin baş katibi isə həmişə olduğu kimi tərəfləri sülhə çağırıb. İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilmısini tələb edib. Ancaq hələ ki İsrail və İran arasında gərginlik azalmayıb.

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək, ayağa qalxmağa və rejimi devirməyə çağırıb. Təl-Əviv əsas məqsədinin İranın nüvə proqramını dayandırmaq olduğunu bildirir. Cümə günü başlanan gərginlik fonunda İranın Ali Dini Lideri Seyid Əli Xaneneyi ABŞ-la nüvə danışıqlarını "mənasız" adlandırıb. Tehran "işğal olunmuş ərazilər" adlandırdığı İsrail dövlətindən qisas alacağını bəyan etmişdi. Artıq İran mediasında İsrail ərazisindəki dağıntıların görüntüləri yayılır. İsrail mediası isə bu zərbələr nəticəsində mülki əhalinin zərər çəkdiyi haqda videofaktlar açıqlayıb. Neytral mənbələrin qiymətləndirməsinə görə, İsrail və İran bir-birinin hərbi obyektlərinə zərbələr endirdiklərini desələr də, nəticədə hər iki tərəfdə mülki şəxslərin də həlak olduğuna sair faktlar var.

Bu arada İran Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib; İsraili dəstəkləsələr, onları da hədəfə alacağını deyib. Ancaq eyni zamanda Hörmüz boğazını bağlamayıb. Gərginliyin regional müharibəyə çevrilməsini İran özü də istəmir. Buna səbəb ABŞ dəstəkli İsrail qarşısında İranın daha hazırlıqsız olması ilə yanaşı, Çinin münaqişəyə qarışmaqdan çəkinməsi, Rusiyanın isə özünün müharibə aparması səbəbindən İrana lazımi dəstəyi verə bilməməsidir. Çinin, eləcə də, Pakistanın və Türkiyənin münaqişəyə qarışmaması fonunda Hindistanın da İrana hər hansı dəstək verəcəyi gözlənilmir.

Azərbaycan da, həmişəki kimi, bu iki tərəf arasındakı münaqişədə neytraldır. Ancaq eyni zamanda problemlərin diplomatik yolla həllinə tərəfdardır. Çünki bu münaqişə bir sıra səbəblərdən Azərbaycanı narahat edir. Əsas səbəblərdən biri, təbii ki, İranın Azərbaycanla həmsərhəd ölkə olmasıdır. Onsuz da Azərbaycanın başqa bir qonşusu - Rusiya müharibə aparır, müharibə vəziyyətindədir. Bu, Azərbaycana da mənfi təsirini göstərir. Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin son bəyanatlarını və bu kontekstdə baş verənləri xatırlamaq kifayətdir. Moskva Rusiyanın Ukraynada nəzarətə götürdüyü bölgələri, o cümlədən, Krlmın Rusiya ərazisi kimi tanımağa çağırır. Əks halda Qarabağı "mübahisəli ərazi" sayacağına işarə edir. Azərbaycan isə beynəlxalq hüquq prinsiplərindən kənara çıxmır; Rusiyanın da, Ukraynanın da BMT tərəfindən tanınmış ərazi bütövlüyünə hörmət edir. Bu, əlbəttə, başqa bir yazının mövzusudur. Sadəcə, xatırlatmaq istədik ki, qonşu dövlətin müharibəyə cəlb olunması və ya müharibə aparması Azərbaycana sərfəli deyil. Azərbaycan bölgədə sülh, sabitlik və inkişaf istəyir və buna çalışır. Ancaq hər şey Azərbaycanın mövqeyindən və iradəsindən asılı deyil. O cümlədən, təbii ki, İran-İsrail qarşıdurması da. Azərbaycanı narahat edən başqa bir mühüm səbəb bu münaqişədən hər iki ölkənin dinc əhalisinin zərər çəkməsidir. İsrail dost ölkədir. İran isə həm də qonşudur və bu ölkədə on milyonlarla etnik Azərbaycanlılar - İran türkləri yaşayır. Rəsmi Bakı, bütövlükdə Azərbaycan etnik soydaşlarımızın, ümumiyyətlə, dinc əhalinin taleyindən narahat olur. Bu isə anlaşılandır. Eyni zamanda İran-İsrail münaqişəsi davamlı və miqyaslı müharibəyə çevrilərsə, İran-Azərbaycan sərhədində də bir zamanlar Suriya-Türkiyə sərhədindəki kimi humanitar gərginlik yarana bilər. Azərbaycanın öz quru sərhədlərini indiyədək bağlı saxlamasının məntiqi bir daha ortaya çıxır. Ancaq elə təhlükələr də var, sərhəd tanımır. Radiasiya kimi. İrandakı nüvə obyektinin zədələnməsi və orada sızma baş verməsi haqda xəbərlər Azərbaycan Respublikasında da radioaktiv çirklənmə ehtimalı yaradıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətləri ölkənin cənubunda, eləcə də, Naxçıvan Muxtar Respublikasında, başqa regionlarda radiasiya fonunda mümkün dəyişikliklərə nəzarət edirlər. Bu fonu ölçürlər.

Bu təhlükə təkcə Azərbaycanı deyil, bütövlükdə regionu təhdid edir. Ancaq Azərbaycanın təbii və haqlı narahatlığına bir də İran qaynaqlarında, eləcə də, erməni, rus məlumat kanallarında Azərbaycan əleyhinə dezinformasiya kampaniyasının başlamasıdır. Bu "mənbələr" iddia edirlər ki, guya İrandakı etnik Azərbaycanlılardan kəşfiyyat məqsədi ilə İrana qarşı istifadə edilir. Guya Azərbaycan İrandan "gözlənilən hücum" təhlükəsinə qarşı öz hərbi-hava qüvvələrini hazır vəziyyətə gətirib və sair.

Azərbaycan bu əsassız (məqsədli yayılmış) iddiaları qətiyyətlə təkzib edib. Prezidentin köməkçisi Hikmət Hacıyev bütün bunların dezinformasiya olduğu, həqiqətlə heç bir bağlılığı olmadığı haqda açıqlama verib. Bu münaqişə fonunda dezinformasiyanın necə təhlükəli olduğu bir daha ortaya çıxır. Xüsusilə, süni intellektin bir fenomen kimi öz tətbiq dairəsini genişləndirdiyi bir vaxtda. Azərbaycan prezidenti İlham Əliyev dezinformasiyanın necə böyük təhlükə və hər kəsə təhdid olduğunu bir çıxışında belə ifadə etmişdi: "Mənim adımdan müharibə də elan edə bilərlər".

Bu, onu göstərir ki, Azərbaycan əleyhinə dezinformasiya yayanlar özləri də bu təhlükədən sığortalanmayıblar. Bu gün İran-İsrail qarşıdurmasına bu və ya başqa dərəcədə Azərbaycanı da "daxil etmək" istəyən kənar qüvvələr əməllərinin mənasızlığını və bumeranq effektini anlamasalar, bundan özləri daha çox zərər görəcəklər.

Bahəddin Həzi, Bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BU NƏDİ BELƏ: Hövsanda yeni çəkilən yol su altında qaldı - VİDEO
Bu gün, 06:56
"Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:53
İrandan Azərbaycana yeni təhdid – Vilayəti nə demək istəyib?
Bu gün, 06:51
Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq - NƏ BAŞ VERİR?
Bu gün, 06:48
"Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" - deputat
Bu gün, 06:47
Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:44
Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır - ŞƏRH
Bu gün, 06:41
Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir - AKTUAL
Bu gün, 06:39
Əmrullayevin Fuad Muradova gücü çatacaqmı? - Görünəni odur ki...
Bu gün, 06:36
On minlərlə abituriyent informasiyasız qalır - Kamran Əsədov DİM-ə sərt irad tutdu
Bu gün, 06:29
"Elə edək ki, bu turistlər Bakımıza bir də gəlsin" - ÇAĞIRIŞ
Bu gün, 06:26
İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq – İki ölkə…
Bu gün, 06:24
Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır - ŞOK PLAN
Bu gün, 00:28
Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi - Ayxan Hacızadə
Bu gün, 00:24
Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək - XİN
Bu gün, 00:21
Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Dünən, 17:47
Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Dünən, 17:41
Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Dünən, 17:23
“Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Dünən, 17:19
Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Dünən, 17:15
Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Dünən, 17:14
Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Dünən, 17:10
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:06
"Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Dünən, 17:01
Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Dünən, 16:54
İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Dünən, 16:50
Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Dünən, 16:48
Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Dünən, 16:45
RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:39
Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Dünən, 16:34
Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Dünən, 16:31
ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 16:28
"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Dünən, 16:26
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Dünən, 16:24
Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Dünən, 16:08
İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Dünən, 16:05
Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Dünən, 16:01
Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Dünən, 15:57
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Dünən, 15:53
Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Dünən, 15:31
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Dünən, 15:29
Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Dünən, 15:27
“Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Dünən, 15:25
Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Dünən, 15:22
Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Dünən, 15:14
Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Dünən, 15:11
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Dünən, 15:00
Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Dünən, 12:00
AZPUL-a yeni rəhbər təyin edilib
Dünən, 11:52
Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru