“Sevimli dad” və “MilkPro” brendləri altında süd məhsullarının istehsalı “Azera Holding”ə ötürülüb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən brendlərin məhsulları bu ilin əvvəlindən holdinqə daxil olan “Azemal” şirkəti tərəfindən istehsal olunur.
Məlumata görə, zavod tam gücündə fəaliyyət göstərir.
Qeyd edək ki, “Sevimli Dad” markası ilə tanınan “Milk-Pro” MMC ötən gün ləğv olunduğunu açıqlayıb.
Məlumat üçün bildirək ki, ötən il “Xətai Development” MMC və “Azemal” MMC də “Milk-Pro”dan ayrılıb.
Xatırladaq ki, 1991-ci ildən fəaliyyət göstərən “Milk - Pro” MMC şirkəti süd, süd məhsulları (Sevimli Dad) və meyvə şirləri (Sonti) istehsal edib. Şirkətin qanuni təmsilçisi (Baş direktoru) Mustafa Mehman oğlu Məmmədovdur.
“Milk-Pro” 1997-ci ildə yaradılmış “CTC Holdinq”şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərib.