"Dedilər ki, evdə yaşamaq olmaz…" - GİLEY
Tarix: 17-06-2019, 11:28 | Çap et
“Ata evimiz ötən əsrin 70-ci illərində tikilib. Divarları gildəndir. Evin tikintisində yerli materiallardan istifadə olunub. Qardaşlarım hərəsi bir yana getdi. İki bacı burda qaldıq. 2018-ci ilin avqust ayında zəlzələ nəticəsində evin arxa divarı çat verdi. Gəldilər, baxdılar. Dedilər ki, evdə yaşamaq olmaz…” Bunu Astara rayonun Ojakəran kənd sakini İradə Dadaşova deyir. Onlar evin divarlarına dayaqlar vurublar ki, uçmasın.
İ. Dadaşova vurğulayır ki, yağış birbaşa evin içinə yağır. Ev iki otaqdan ibarətdir. Otaqların döşəmələri dağılıb. Ev sahibinin sözlərinə görə həyətdə olan yardımçı tikiliyə köçüblər: “…Toyuq hini olub.Təmizlədik, köçdük ora” “Ora vaxtı ilə toyuq hini olub.Təmizlədik, köçdük ora. Təqribən 10-12 kvadratdır.Yağışda, qarda dəhşətli vəziyyət yaranır.Buna yaşamaq demək olmaz. Orada iki çarpayı qoymuşuq, birində mən yatıram o birində isə bacım. O da yataq xəstəsidir. Oğlu orduda xidmət edərkən ölüb.O vaxtdan xəstələndi. Atam, anam da nəvələrinin dərdindən erkən öldülər. Qardaşlarım var.Onlar hamısı kasıbdır, imkanları yoxdur.Bizə əl tuta bilmirlər.” Yardımcı tikilinin də divarları gildəndir. Ev sahibinin deməsinə görə aldıqları pensiyalar çörəyə güclə çatır: “Müxtəlif ünvanlara yüzə yaxın məktub göndərmişik” “Mənim 59, bacımın isə 62 yaşı var. Mən pensiya ilə heç vaxt ev tikə bilmərəm. Biz bu ölkənin vətəndaşıyıq. Çətinə düşəndə dövlətimə müraciət etməliyəm. İcra hakimiyyətinə bir neçə dəfə getmişəm, mənə deyirlər ki, sənin üçün ev tikməyə vəsaitimiz yoxdur. Döymədiyim qapı qalmayıb. Müxtəlif ünvanlara yüzə yaxın məktub göndərmişik. Baxın, nə qədər cavab məktuları var…” O məktubları göstərir. Şikayətlər ölkə prezidentinə, Fövqəladə Hallar nazirliyinə və digər yerlərə ünvanlanıb.Lakin cavabları isə Astara rayon İcra Hakimiyyəti verib. Cavab məktubların məzmunu eynidir. Orada şikayətin nəzrətə götürüldüyü, hələlik, vəsaitin olmadığı qeyd edilir. İradə Dadaşova kənddə evsiz qalan yeganə vətəndaş deyil.
Ojəkəran kəndində evi yararsız vəziyyətə düşmüş onlarla sakin var. Sakinlər deyir ki, 25 il ərzində kənddə cəmi 3-4 nəfər yeni ev inşa edə bilib, onlar da Rusiyada işləyənlərdir.
“Kənddə qəzalı vəziyyətdə olan evlər çoxdur”
Kənd sakini Rafiq Baxşiyev deyir:
“Kənddə qəzalı vəziyyətdə olan evlər çoxdur. Evlər əsasən sovet dövründə tikilib. İstismar müddətini baş vuran evlərdir. Elə evlər var ki, təbii fəlakətdən qəzalı vəziyyətə düşüb. Əksəriyyəti isə köhnə evlərdir. Divarları gildəndir. Dözməyib tökülür. Kəndlinin də torpaqdan başqa qazanc yeri yoxdur.Torpaq da o qədər qazanc vermir. Bir ailədə 3-4 uşaq olanda, problem artır. Gərək ev ola ki, uşaqlarını evləndirəsən. Kənddə 50-60 kvadratlıq ev inşa etmək üçün minimum 30-35 min manat lazımdır. Tikinti materialları baha. Bunun daşı, ustası var. Kəndli kiçik təsərrüfatla nə edə bilər? ” “Kredit götürdüm, övladlarım Rusiyaya işləməyə getdilər…”
Rafiq Baxşiyev deyir ki, onun da ev problemi var:
“Özüm ata evində yaşayırdım. Zəlzələdən dağıldı. Gəldilər, getdilər. Çəkliş oldu. Çox adamlara yardımlar etdilər. Mən kənarda qaldım.Çox şikayətlər elədim. Nəticə vermədi. Kredit götürdüm, övladlarım Rusiyaya işləməyə getdilər, kömək etdilər, ev tikməyə başladım. Hələ başa çatmayıb…”
Astara şəhərin özündə də mənzil problemindən şikayətlənənlər var. Şəhər sakini Akif Məmmədovun deməsinə görə, 4 oğlu var, onların ikisinin mənzil məsələsinə görə, evləndirə bilmir:
“Kredit bizi öldürür”
“Oğlanlarımdan biri kiçik sənətkardır.7-8 ildir onun üçün sahəsi 80 kvadrat olan bir ev tikirik. Üstünü bağlamışıq. Hər dəfə bankdan 30 faizə kredit götürürk. Kreditin müddəti bitəndən sonra yenisni götürürük ki, evin işini tamamlayaq. Tamamlanmır.Hələ 4-5 il də çəkəcək. Kredit bizi öldürür. Soğan-çörək yeyib, ev tikdiririk. Oğlumun iki qız uşağı var.Bu gün- sabah orta məktəbi başa vuracaqlar.Ev isə hazır deyil.”
“Kəndlərdən axın güclənəcək”
Yerli sakinlərdən Asən Həşimli də hesab edir ki, indi kəndlinin əldə etdiyi qazancla yaşayış evi inşa etməsi mümkün deyil:
“Kənd yerində kirayə evlər, mehmanxanalar yoxdur. Yaşamaq üçün hökmən şəxsi ev olmalıdır. Kəndlinin də o qədər pulu yoxdur ki, ev tiksin. Düzdür rayonlarda xüsusi kateqoriyalı adamlar var, onlar üçün ev tikirlər. İri şəhərlərdə sosial evlər inşa edilir, yeni ailələrə ipoteka verilir.Təbii fəlakətdən dağılmış evlərin yerinə yenisini inşa edirlər.Bu da hər kəsə nəsib olmur. İpoteka indiki şərtlərlə kənddə yaşayan gənc ailəyə heç vaxt nəsib olmaz. Bəs adi kəndli nə etməlidir? Nəticədə nə olcaq? Kəndlərdən axın güclənəcək. Təkcə kənddə yol, işıq, qaz çəkməklə iş bitmir.”
Onun fikrincə hökumətin bu istiqamətdə ayrıca proqramı olmaldır: “Kəndə dəstək proqramı olmalıdır.Azərbaycan hökuməti beynəlxalq təcrübədən istifadə edə bilər.”
İcra başçısının müavini : “Maliyyə problemi yoxdur”
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudovun deməsinə görə, isə kəndlərdə köhnə evlərlə bağlı tədbirlər həyata keçirilir:
“Ojəkəran kənd sakini İradə Dadaşovanın evinə yenidən baxış keçiriləcək. Çadırlarda yaşayanlar var, 2 ev dağılıb. Birinci növbədə bu insanlar evlə təmin olunacaq. Ötən əsrin 60-70-ci illərdə tikintinin tələblərinə cavab verməyən minlərlə ev inşa edilib. İndi həmin evlər tədricən dağılır.Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri belə evləri köhnələnmiş ev kimi qeydə alırlar. Hamuşam, Əsxənəkəran, Siyəku ərazilərində 14 min ev var. Mütəxəssislərin rəyinə görə, həmin ərazilər aktiv sürüşmə zonalarıdır.Oralarda ev inşa etmək belə təhlükəlidir. Taxtadan tikilən iki mərtəbli evlər var.Çürüyüb tökülür. Ölkə prezidentinin sərəncamı var.Müəyyən yerlərdə şəhərcik salmaq və yaşayış evləri inşa etmək. Hazırda 36 mənzilli yaşayış binası inşa edilir. Daha bir 48 mənzilli yaşayış binasının inşası nəzərdə tutulub.Maliyyə problemi yoxdur. Yəqin ki, yaxın gələcəkdə bu problemlər həllini tapacaq.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54 |
|
|
|
|