Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Növbəti RUS VƏHŞİLİYİ... .....                     Boğaza qədər zibilin içində olan səhiyyəmiz... .....                     "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ .....                     Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? .....                     "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" .....                     "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." .....                     İran yeni savaş astanasında: sərhəddə aktivlik .....                     Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... .....                     Masallıda baş verən cinayət işinin motivi məlum olub .....                     Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib .....                     Postimperial və Putinal şovinizm .....                     Avropanın baş diplomatı İrəvana gəlir .....                     Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq .....                     Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: .....                     "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" .....                     Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb .....                     Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                     Rusiyada qardaşları öldürülən jurnalist danışdı: .....                     Ermənistanda gərginlik böyüyür .....                     Çox gözəl sözlərdir: Tramp Putini təriflədi .....                     Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA .....                     Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... .....                     "Qocalıqdan çox qorxuram" .....                     İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... .....                     Nəsə bu dəfə qanun işləmədi... .....                     Belə marketinq olmur... belə reklam olmur! .....                     II Qareginin keçmiş cangüdənindən şok ittihamlar .....                     Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür .....                     İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb .....                     Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? .....                     İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? .....                 

Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Tarix: Bu gün, 02:46 | Çap et

Yekaterinburqda tökülən qan həm repressiyadır, həm də ideoloji barbarlıqdır. 2025-ci ilin 27 iyununda Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilmiş amansız fiziki zorakılıq, əlbəttə, ən azı dövləti kriminal hadisədir. Yəni bu, mütəşəkkil dövlət mexanizminin ideoloji əsaslara söykənən və planlı şəkildə həyata keçirdiyi milli-etnik və dini təmizləmə siyasətinin daha bir açıq təzahürüdür.

“Daha bir” deyirik çünki nə ilkdir, nə də son… Hadisənin fonunda görünən əsas məsələ – Rusiyanın içərisində dərinləşən və rəsmi siyasi doktrina səviyyəsinə yüksəlmiş etnosentrik dövlət quruluşudur. Bu gün Rusiya Federasiyası adlanan dövlət forması əslində tarixən formalaşmış imperiya sisteminin transformasiyaya uğramış, lakin mahiyyətcə dəyişməyən bir variantıdır. Putinin rəhbərliyi altında bu imperiya açıq şəkildə şovinist, islamofob və totalitarist idarəetmə modelini gücləndirmişdir. İctimai rəydə, mediada, hüquq sistemində və hüquq-mühafizə orqanlarında etnik və dini azlıqlara qarşı aparılan bu siyasət artıq lokal hadisələr deyil, bütöv bir milli ideoloji istiqamətin göstəricisidir. Qeyri-ruslar, elə fağır ruslar da Ukrayna ilə anlamsız və amansız müharibədə qırdırıldığı yetməzmiş kimi, üstəlik, müharibədən uzaq bölgələrdə də qan tökülür, işgəncələr, qanunsuzluqlar artı. Belə dövlət, belə ölkə, belə idarəetmə olar?!

Bu mənada, Yekaterinburqdakı hadisə minlərlə həqiqətə diqqət çəkir. Yekaterinburqda baş vermiş qanlı olay – azərbaycanlılara qarşı həyata keçirilən qəddar zorakılıq – sıradan bir hüquqi pozuntu, yaxud hüquq-mühafizə orqanlarının “sərt davranışı” kimi təqdim edilə bilməz. Hadisə yerinə gələn Rusiya polisi və OMON qüvvələrinin davranışı — vəhşiliyin ötəsidir. Bu, sistemli, planlı, dövlət tərəfindən legitimləşdirilmiş zor aparatının işə salınmasıdır. Təsadüfi deyil ki, 1990-cı illərin əvvəllərində Rusiyada müxtəlif xalqlara qarşı cinayətkar dəstələr – skinhedlər, neonasist qruplar peyda olmuşdu. Ancaq o zamanlar belə barbarlıqlar “qeyri-rəsmi” ekstremist qrupların işi kimi qələmə verilirdi. İndi isə həmin vəhşilikləri rəsmi polis, OMON, FSB və digər dövlət strukturları həyata keçirir. Skinhedlərə ehtiyac yoxdur – çünki dövlətin özü skinhedin surətidir. Putinizm – bu, velikorus şovinizminin son formasıdır! Bugünkü Rusiya – ruslaşdırma, pravoslavlaşdırma və totalitar nəzarət üzərində qurulmuş bir dövlətdir. Bu modeldə fərqli düşüncə, fərqli kimlik və özəlliklə türk-islam mənsubiyyəti olan xalqlar potensial təhdid, “etnocinayətkar”, “radikal”, “separatçı” kimi damğalanır.

Putin rejimi, faktiki olaraq, SSRİ-dəki repressiv strukturu yenidən bərpa edib, amma Allah qoymasa, daha təkmil, daha qəddar və daha az hüquqi nəzarətlə! Bəli, bu siyasətin qurbanı yalnız azərbaycanlılar deyil. Özbəklər, türkmənlər, qırğızlar, tatarlar, başqırdlar, çeçenlər – bütün türk və müsəlman xalqları bu siyahının içindədir. Hətta Rusiya içərisində “qardaş slavyan xalqı” olan ukraynalılara qarşı belə total müharibə aparan, Buça kimi qətliamlar törədən bir rejimin digər xalqlara necə yanaşacağını təxmin etmək çətin deyil. Rusiya imperiyasının tarixi başdan-başa repressiya və assimilyasiya tarixi deyilsə, bəs nədir?! Əgər bu gün baş verənlər kimisə təəccübləndirirsə, tarixə baxmaq yeyərlidir! Rusiya imperiyası yüz illər boyunca Sibir xalqlarını, Qafqaz türklərini, İdil-Ural müsəlmanlarını, Krım tatarlarını, türküstanlıları məhv etmək üçün sistemli siyasət yeridib. Bu siyasət – sürgün, assimilyasiya, təhqir, dini təzyiq, dilin yasaqlanması və fiziki məhv yolu ilə həyata keçirilib. 1916-cı ildə Türküstanda baş verən türk-müsəlman üsyanlarının necə qanla yatırıldığını, 1944-cü ildə çeçen və inquşların necə bir gecədə sürgün edildiyini, Krım tatarlarının soyqırımına məruz qaldığını unutmamışıq. Bax, bütün bu cinayətlər – rus imperiya mexanizminin necə deyərlər, “normal fəaliyyət”i olub. Dövlət aparatı bir yana, Pravoslav kilsəsinin özü də, faşistləşdirilmiş rolu ilə tarixə düşüb. Bu gün Rusiya Pravoslav Kilsəsinin Kremlin ideoloji müstəvisində əsas dayaqlardan biri olduğunu bilməyən varmı? Kilsə yalnız dini deyil, eyni zamanda siyasi və ideoloji legitimləşdirmə funksiyası daşıyır. Yaradandan qorxmayan, İlahi əxlaqı gözardı edən zehniyyət bəndə ilə ağ ayıdan betər davranır – heç təəccüblü deyil. Yekaterinburq hadisəsi kimi zorakılıqlara qarşı bircə etiraz bəyanatı verməyən kilsə, əksinə, bu “nizamın qorunması”nı dini və milli məsuliyyət kimi təqdim edir. Bu, dini institutun, etikanın deyil, millətçi-fundamentalist dövləti dəstəkləyən bir struktur halına gəlməsidir.

Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki, artıq öldürdüklərinizin dəfn edilməsinə belə imkan vermirsiniz. Az-çox tarix, kainat, ilahi nizam təsəvvürünüz varsa, gərək biləydiniz: belə getməyəcək! Bunun sonu – irəlisi, yoxdur! Bəli, Kremlin Azərbaycana qarşı sistemli siyasəti bizim üçün sirr deyil. Göydə Tanrı, Yerdə biz, tarixdə kitab-dəftər bilir!

Rusiyanın Azərbaycana qarşı siyasəti heç vaxt dostluğa söykənməyib. 1990-cı il 20 Yanvar qətliamı, Xocalı Soyqırımı, 30 ilə yaxın Ermənistanın arxasında duraraq Azərbaycan torpaqlarının işğalına yardım və siyasi örtük verməsi – Rusiyanın Türk dünyasına və Azərbaycana münasibətinin gerçək mənzərəsi budur. Rusiyasülhməramlı” adı ilə Qarabağa yerləşmiş qüvvələri vasitəsilə həm Azərbaycan dövlətçiliyini zəiflətmək, həm də bölgədə qalıcı təzyiq mexanizmi qurmaq istəyirdi.

Haşiyə:

Təsadüfi deyil ki, bu sətirlərin müəllifi bircə dəfə də, “Rusiya sülhməramlı qüvvələri” demədi, yazmadı, “sülhməramsız”, “rusməramlı”, “erməniməramlı” və s. dedi, yazdı. Sülhməramsızlardan daha öncələr, sülhməramsızlar Qarabağda olan vaxt və ondan sonrakı dönəmlərdə Rusiyanın anti-Azərbaycan siyasətini, onun yanında İranla sinxron eyləmlərini ifşa edən yazılarıma, çıxışlarıma görə “beşinci kolon”dan çəkdiklərimi də bilənlər bilir. Mən ölkəmin, dövlətimin, xalqımın çıxarlarını, haqq-hüququnu müdafiə edən yazılar yazınca, məni sosial şəbəkələrdə uşaq-muşağın, “qadın”ların və gədaların ağzı, əli ilə və öz doğmalarına, böyüklərinə aid şəkildə təhqirə cəhd edənlər, onların fitnə-felinə uyub çaşanlar indi heç ölüb yerə də girə bilməsin ki, qara torpaq lap ağ elədikləri ayıbları örtməsin. Eləsi var – Tanrıya, eləsi var – Dövlətə, eləsi var – Tarixə tapşırılar; mən tapşırıqqullarını heç bir ünvana tapşırmamışam, eləcə ağzıgünə qalıb gözləsinlər. Hər kəs özünə layiq işlə məşğul olar. Olsun! Fikir etməkdənsə, Tofiq Fikrətin şah beytini yada salaq: “Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey, haqq, yaşa, ey, sevgili millət, yaşa, var ol”! (Haşiyənin sonu).

Günün sualını təkrarlayaq: Yekaterinburqda tökülən qan son olacaqmı? Təəssüf ki, o qan ilk deyil və görünür, son da olmayacaq. Bu, imperiya zehniyyətinin dirənişidir və açıq cinayət formasında realizə olunmasının bariz örnəyidir. Əgər beynəlxalq ictimaiyyət, Türk-İslam dünyası bu siyasətə qarşı gerçəkçi, təsirli mövqe tutmasa, bu faciələr daha da genişlənə bilər. Rusiyanın bədxah siyasəti yalnız fiziki parametrlərdə qalmayıb, mədəni, dini və psixoloji soyqırımı aktlarını da hədəfləyir. Bu isə təkcə azərbaycanlıların deyil, bütün türklərin, müsəlmanların, bütün vicdan yiyələrinin məsələsidir.

Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI qlobalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Bu gün, 09:00
Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Bu gün, 08:52
"Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Bu gün, 08:48
Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Bu gün, 08:27
"Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22
"Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Bu gün, 08:17
İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Bu gün, 08:14
Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Bu gün, 08:11
Masallıda baş verən cinayət işinin motivi məlum olub
Bu gün, 08:06
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11
Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46
Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37
Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49
Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06
"Qocalıqdan çox qorxuram"
Dünən, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19
ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Dünən, 09:17
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Dünən, 09:16
FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Dünən, 09:02
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Dünən, 08:59
Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Dünən, 08:51
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Dünən, 08:44
Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Dünən, 08:37
`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Dünən, 08:21
Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Dünən, 08:10
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Dünən, 08:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru