ABŞ-li instruktorların formalaşdırdığı Ukrayna Silahlı Qüvvələrinin 214-cü xüsusi hücum batalyonunun əsgərləri Sumı istiqamətinə köçürülüb.
Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi Rusiyanın güc strukturlarına istinadən məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələri komandanlığının 214-cü xüsusi hücum batalyonunun Sumıya göndərilməsi barədə məlumatlar ortaya çıxıb. Ukrayna ordusunun bu xüsusi bölməsi hələ 2016-cı ildə ABŞ-li instruktorlar tərəfindən formalaşdırılıb. Batalyon adətən təlimlərdə şərti düşmən rolunu yerinə yetirib", - məlumatda deyilir.