Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib .....                     Postimperial və Putinal şovinizm .....                     Avropanın baş diplomatı İrəvana gəlir .....                     Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq .....                     Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: .....                     "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" .....                     Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb .....                     Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                     Rusiyada qardaşları öldürülən jurnalist danışdı: .....                     Ermənistanda gərginlik böyüyür .....                     Çox gözəl sözlərdir: Tramp Putini təriflədi .....                     Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA .....                     Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... .....                     "Qocalıqdan çox qorxuram" .....                     İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... .....                     Nəsə bu dəfə qanun işləmədi... .....                     Belə marketinq olmur... belə reklam olmur! .....                     II Qareginin keçmiş cangüdənindən şok ittihamlar .....                     Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür .....                     İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb .....                     Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? .....                     İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? .....                     ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib .....                     Sənədsiz evlərlə bağlı mühüm YENİLİK .....                     FHN-dən növbəti bahalı alış-veriş .....                     İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib .....                     Saçını boyamaq istədi, dərisini yandırdılar .....                     Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... .....                     Bu ünvanda Azərbaycan qanunları işləmir .....                     `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... .....                     Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... .....                     Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... .....                 

Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Tarix: Bu gün, 00:36 | Çap et

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklər, o cümlədən işgəncələr, qətllər, diaspor nümayəndələrinə qarşı təzyiq və təqiblər iki ölkə arasında növbəti diplomatik gərginliyə səbəb olmaqdadır.

Belə ki, ötən gün səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq bildirib ki, rəsmi Bakı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə edir. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisə ilə bağlı açıqlama verərək bildirib ki, Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması cinayət işləri çərçivəsində həyata keçirilib. “Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə aparılan istintaq çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx Azərbaycan tərəfinə lazımi izahatlar verib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib.

Müxtəlif mənbələrin yaydığı məlumata görə, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıları Ukrayna ilə müharibəyə qoşulmağa məcbur edib. Həmçinin qeyd olunur ki, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Zaxarovanın dediklərindən belə məlum olur ki, əməliyyat özbaşına keçirilməyib. Yəni hakimiyyət baş verənlərdən xəbərdardır. Həmçinin nazirlik sözçüsü bu açıqlama ilə sanki Rusiyanın addımlarına bəraət qazandırmağa çalışıb. Əslində dövlətçilik maraqları baxımından bu, normaldır. Lakin onu da nəzərə almaq lazımdır ki, belə addımlar, habelə fikri əsas məsələdən yayındırmaq cəhdləri ikitərəfli diplomatik münasibətlərə zərbə vurur.

Xatırlatmaq yerinə düşər ki, 2024-cü ilin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulması məsələsi də tərəflər arasında ciddi diplomatik ziddiyyətə səbəb olmuşdu. Bundan sonra Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevdən üzr istəməsi ilə iki ölkə arasında “sular qismən durulmuşdu”.

Budəfəki hadisə ilə bağlı rəsmi Moskva ən qısa zaman cidd izahat verib üzr istəməsə, tərəflər arasında yenidən diplomatik böhran başlana bilər. Bu isə indiki anda Kremlə sərf etmir.

Nəzərə almaq lazımdır ki, təhlükəsizlik xidmətinin ali rəhbərin xəbəri, icazəsi, yaxud da təlimatı olmadan belə bir addım atması mümkün deyil. Xüsusilə Rusiya kimi ölkədə. Deməli, ya prosesə şəxsən Kreml rəhbəri Vladimir Putin özü nəzarət edir, ya Rusiyada elə vəziyyət yaranıb ki, artıq təhlükəsizlik qüvvələri istədikləri kimi davranır, iqtidarı görməzdən gəlir. İkinci variant rəsmi Moskva üçün utancdır.

Ümumiyyətlə, Rusiyada xeyli müddətdir ki, müxtəlif azsaylı millətlərə, o cümlədən özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı şovinist addımlar atılır. Çox güman ki, məhz qeyd etdiyimiz kimidir: Bu islamofob siyasətin başında müxtəlif yerlərdə, o cümlədən Ukraynada asanlıqla “daşı daş, hətta “başı baş” üstündə qoymayan Rusiya hakimiyyəti dayanır. Görünür, artıq növbə azərbaycanlılara çatıb.

Ümumiyyətlə, bu ritorika Rusiyanın ənənəvi imperialist siyasətidir. İndi Putin həmin siyasəti davam etdirir. Əgər bu gün Rusiya qardaş olan, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, Buçadakı kimi soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurursa, onda digər xalqlara qarşı daha qəddar və acımasız davranışı təəccüb doğurmamalıdlr.

Bildirək ki, SSRİ parçalanandan sonra Rusiyada şovinizm və islamofobiya ən yüksək həddə çatıb. Çeçen xalqına qarşı etnik təmizləmə həyata keçirən Rusiya eyni siyasəti digər xalqlara qarşı da reallaşdırmaq istəyir.

Xüsusilə qeyd etmək yerinə düşər ki, 1990-cı illərdə digər xalqların nümayəndələrinə qarşı qəddarlığı ilə seçilən "skinhed" hərəkatının arxasında Rusiya xüsusi xidmət orqanları dururdu. Bu gün heç "skinhedlər"ə də ehtiyac yoxdur. Çünki bu funksiyanı Rusiyanın hüquq-mühafizə orqanları daha qəddar və açıq formada həyata keçirirlər. Bu, humanizmdən dəm vuran Rusiya dövlətinin, rus xalqınln faciəsidir.

Bütün bu proseslərdə Rus Pravoslav kilsəsi qızışdırıcı yer tutur, ideoloji təxribatları əsaslandırır, hüquq mühafizə orqanlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığa haqq qazandırır.

Rusiyanın atdığı bu addım nə beynəlxalq hüquqa, nə də insanlığa uyğun gəlir. Belə ki, hətta özünün qəddarlığı ilə seçilən SSRİ rəhbəri İosif Stalinin dövründə adamları küçədə, evində güllələmirdilər, işgəncə vermirdilər. Bunun üçün həbsxanalar, düşərgələr var idi. Hazırda Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur.

Bu gün Azərbaycana qarşı atılan bu tarixi həqiqətləri bir daha xatırlamağımızı və xatırlatmağımızı zəruri edir: 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında Rusiya durub.

İndi tədricən bütün sivil dünyadan təcrid olunan, özünün qeyri-adekvat siyasəti və insanlığa sığmayan hərəkətləri ilə yavaş-yavaş bütün dost və müttəfiqlərini itirən rəsmi Moskva hansı məntiqlə Bakıya qarşı belə qeyri-dost hərəkətlər edir? Bilinmir. Görünən budur ki, Rusiya ən ali səviyyədə bu addımlarına görə cavab verməlidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11
Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46
Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37
Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49
Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06
"Qocalıqdan çox qorxuram"
Dünən, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19
ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Dünən, 09:17
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Dünən, 09:16
FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Dünən, 09:02
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Dünən, 08:59
Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Dünən, 08:51
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Dünən, 08:44
Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Dünən, 08:37
`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Dünən, 08:21
Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Dünən, 08:10
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Dünən, 08:04
Tramp bu il Çini ziyarət edəcək - KİV
Dünən, 07:01
"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Dünən, 06:52
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Dünən, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Dünən, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Dünən, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Dünən, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Dünən, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Dünən, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Dünən, 06:25
"Səhnə qurban tələb edir"
Dünən, 06:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru