Xəbər verdiyimiz kimi, "Carçıoğlu Group" MMC-nin dövlətə olan vergi borcu üzə çıxmışdı. Belə ki, bir müddət əvvəl şirkətin borcu 27.005,73 manat olaraq qeydə alınmışdı.
32gun.az-ın əldə etdiyi son məlumata görə, cəmi 17 gün ərzində bu məbləğ kəskin şəkildə artaraq 220.513,68 manata çatıb.
Şirkətin rəsmi qanuni təmsilçisi və prezidenti Elçin Carçıyev Murtuz oğludur. Nizamnamə kapitalı isə cəmi 80 manatdır.
Qeyd edək ki, mediada yayılan məlumatlara əsasən, 2021-ci ildə Milli Məclisin deputatı Səməd Seyidovun oğlu Urxan Seyidov, iş adamı "Efes Elçin" kimi tanınan Elçin Carçıyevin qızı ilə ailə həyatı qurub.