Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... .....                     `Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... .....                     NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ .....                     Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! .....                     Zelenski Putinin arzusunu açıqladı .....                     “Onlara oxumağı qadağan edirəm” .....                     "Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" .....                     Paşinyan "B" planına keçdi .....                     Qərv Universitetində ŞƏRQ ÜSULU .....                     ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... .....                     Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... .....                     Cəlilabad sakini ACINACAQLI DURUMDA .....                     Kredit götürmək istəyənlər oxusun .....                     Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? .....                     Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib .....                     Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” .....                     Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır .....                     İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi .....                     İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar .....                     Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? .....                     Yeni direktor məktəbi telefonla idarə edir .....                     Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı .....                     Müharibə bitməyib .....                     Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA .....                     İranda müharibə: Azərbaycanda bahalaşma .....                     “Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” .....                     "O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi" .....                     Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq .....                     Bakıda güclü partlayış baş verib .....                     “Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” .....                     Bakıda məktəb direktoru işçilərinə maşın yudurur .....                     Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                     Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? .....                     Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                     “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” .....                     "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?" .....                     Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? .....                 

Sadiq Abduyevi qoruyan general kimdir? - İDDİA
Tarix: 16-05-2018, 08:12 | Çap et
Sadiq Abduyevi qoruyan general kimdir?
Dövlət Gömrük Komitəsində (DGK) yüksək post tutan vəzifəlilərlə bağlı istintaq davam edir. Hər ötən gün işdən kənarlaşdırılan vəzifəlilərin “dərman mafiyası”na bağlılıqları haqda yeni məlumatlar gəlməkdədir.

Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər.

Hazırda isə istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb, “dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə “dərman mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev işləyiblər. “Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmaqla əhaliyə satılıb.

Bəs hazırda Sadiq Abduyev istintaqdan niyə kənar saxlanılır?

Belə məlumatlar var ki, Sadiq Abduyev bir generalın yaxın qohumudur. DTX “dərman mafiyası”na qarşı əməliyyatı gerçəkləşdirəndən sonra onun da adı istintaqa cəlb edilən şəxslərin siyahısında olub. Sonradan isə işə Sadiq Abduyevin general qohumu qarışıb və onu istintaqçıların əlindən qurtara bilib. Onun əvəzində istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Onların səlahiyyət həddin Bakı Hava Limanındakı xüsusi mühafizə zonasına mal-materialların buraxılması üçün yetərli olmayıb. Belə əmrlər verilməsi Sadiq Abduyevin səlahiyyətində olub ki, o da hazırda azadlıqda gəzir.

Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilib.

Fikrət Qədiməliyevə gəlincə isə onu da həbs etməyiblər. Tibb xidməti generalının barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmə bunu Fikrət Qədiməliyevin xəstə olması ilə əlaqələndirib və barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri çıxarılıb. Digər aşağı vəzifəli gömrükçülərin isə istintaqa mane ola biləcəkləri ehtimalı əsas götürülməklə barələrində həbs-qətimkan tədbirləri seçilib.

Belə xəbərlər də var ki, istintaq ilkin mərhələdə “dərman mafiya”sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərindən kənar keçsə də, sona qədər belə mövqe sərgilənməyəcək. Məsələnin ən yüksək səviyyədə nəzarətə alınacağı gözlənilir. Bu isə o deməkdir ki, işdə əli olan hər kəs cəzalandırıla bilər. Yada salaq ki, məlum əməliyyatla bağlı redaksiyamıza daxil olan xəbərlərin birində deyilirdi ki, Fikrət Qədiməliyev istintaqla əməkdaşlığa razılıq verib. O, kiminlə işləyiblərsə, hər kəsin adını çəkəcəyini söyləyib. General-mayor bunun əvəzində şəxsi toxunulmazlıq və şərti cəza istəyib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Rəsmi məlumatdan da məlum olduğu kimi, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... - "1828-ci ildə buradan qopmasaydıq..."
Bu gün, 09:47
`Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... - "Ayıb deyilmi?!."
Bu gün, 09:39
NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ - Bank da yaxasını kənara çəkir...
Bu gün, 09:31
Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! - FAKT BUDUR...
Bu gün, 09:24
Zelenski Putinin arzusunu açıqladı - "Dağılmış Avropanı görmək..."
Bu gün, 09:14
“Onlara oxumağı qadağan edirəm” - Səsi batan xanəndələr: günah kimdədir?
Bu gün, 09:11
"Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" - ÖNA GÖRƏ DƏ...
Bu gün, 09:10
Paşinyan "B" planına keçdi - İndi nə edəcək?..
Bu gün, 09:08
Qərv Universitetində ŞƏRQ ÜSULU - ÖZBAŞINALIQ...
Bu gün, 08:54
ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... - TƏFƏRRÜAT
Bu gün, 08:50
Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... - GƏLİŞMƏ
Bu gün, 08:42
Cəlilabad sakini ACINACAQLI DURUMDA - kömək istəyir...
Bu gün, 07:16
Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…
Bu gün, 07:04
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq
Bu gün, 06:59
Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib
Bu gün, 06:56
Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” - NƏ ETMƏLİ?
Bu gün, 06:55
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır - GİLEY
Bu gün, 06:43
İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi - MÜRACİƏT
Bu gün, 06:39
İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar - AHİK-də saxtakarlıq
Bu gün, 06:30
Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:22
Yeni direktor məktəbi telefonla idarə edir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:18
Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı - KİV
Bu gün, 06:12
Müharibə bitməyib – hər an dəhşətli proses başlaya bilər
Bu gün, 06:09
Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA - "Əvvəlcədən razılaşdırılmış müəllimlərə cavab ötürülür"
Bu gün, 06:06
İranda müharibə: Azərbaycanda bahalaşma - AKTUAL
Bu gün, 02:01
“Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” - NƏ BAŞ VERİR?
Bu gün, 01:59
"O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi"
Bu gün, 01:55
Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq - ŞOK GƏLİŞMƏ
Bu gün, 01:53
Bakıda güclü partlayış baş verib
Dünən, 23:50
“Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” - Ekspertdən ŞOK SÖZLƏR
Dünən, 23:25
Bakıda məktəb direktoru işçilərinə maşın yudurur - "Hər şeyin qiyməti var - verirsən, işin həll olunur"
Dünən, 23:22
Ermənistan və Çin XİN başçıları görüşdü
Dünən, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Dünən, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Dünən, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Dünən, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Dünən, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Dünən, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Dünən, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Dünən, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Dünən, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Dünən, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Dünən, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Dünən, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Dünən, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Dünən, 14:34
Xameneyi xalqa müraciət edəcək
Dünən, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Dünən, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru