“İran Hörmüz boğazını bağlamayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hörmüz boğazının bağlanması böyük problem yaradacaq. Tehranın belə bir addım atmayacağına əminik. Son gərginlik enerji təchizatı təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha bizə xatırlatdı.
İki gün əvvəl şayiələr yayıldı ki, İran Türkiyənin] qazını kəsib. Bu məsələni dərhal energetika nazirimlə müzakirə etdim, o, iranlı həmkarı ilə əlaqə saxladı. Əslində, belə bir vəziyyət yoxdur. İran Prezidenti Məsud Pezeşkianla da söhbətimiz olub. Problem yoxdur”, – deyə o bildirib.