Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                     Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? .....                     Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                     “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” .....                     "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?" .....                     Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? .....                     Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb .....                     Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                 

Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Tarix: Bu gün, 11:28 | Çap et

İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana ərzaq məhsulları gətirilmir. Bu barədə sahibkar Elgün Məmmədli İTV-yə danışıb: “Biz İrandan yağ, pendir, xurma, düyü, şokoladlar alırıq. İndi yollar bağlıdır deyə məhsullar gəlmir və qiymətlərdə də artım var. Hazırda kimin əlində nə varsa, onu satır. Bir həftədir ki, yollar bağlıdır, mal ala bilmirik. Ən çox tələbat İran yağlarınadır. Əlimizdə isə az yağ qalıb”.

Satıcıların sözlərinə görə, İrandan yeni məhsullar gəlməsə, qiymət artımı qaçılmazdır. Ən çox artım düyü, yağ və xurma kimi məhsullarda gözlənilir. Digər sahibkar Bahal Bayramov da müharibə səbəbilə məhsul gəlmədiyini söyləyib: “Həm də özləri də mal satmırlar. Deyirlər ki, özümüz üçün saxlayırıq. Bu da bizim bazara təsir edir. Ən ucuz bazar İranındır. Biz ucuzluğa görə işləyirik, baha olsa, işləyə bilmərik. Belə getsə, 10 günə heç İran məhsulu tapılmayacaq”.

“Yeni Müsavat”ın əməkdaşının apardığı müşahidələr göstərib ki, münaqişə dayansa da, İrandan idxal olunan malların qiymətində ciddi bahalaşma qeydə alınmaqdadır. Qeyd edək ki, İranın Azərbaycana ixracında əsas yeri ərzaq və əhalinin gündəlik istifadəsində mühüm yer tutan mallar üstünlük təşkil edir. 2024-cü ildə İranla Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi 647,1 milyon dollara çatıb. Bu, 2023-cü ilə nisbətən 159,7 milyon dolları və ya 32,8 faiz çoxdur. Ötən il Azərbaycan İrana cəmi 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İrandan məhsul idxalı isə illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8 faiz artaraq 633 milyon dollara çatıb.

İrandan idxaldakı artım bu il də davam edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin dörd ayında İrandan idxalımız 178 milyon 900.70 min dollara, bu ölkəyə ixracımız isə cəmi 4 milyon 526.61 min dollara bərabər olub. Bir ay sonra - mayın sonuna idxalımız 251 milyon 878.05 min dollara, ixracımız isə 6 milyon 86,84 min dollara yüksəlib. Beş aylıq göstəriciləri bir il əvvəlkilərlə müqayisə etsək, görərik ki, İrana ixracımız 233 min dollar azaldığı halda, idxalımız 19,8 milyon dollar artıb.

Yuxarıda da qeyd etdik ki, İrandan idxalın əsas hissəsi qida və gündəlik istehlak mallarıdır. Bir sıra mühüm ərzaq məhsullarının idxalında İranın payı 60-70 faizə, bəzən 90-100 faizə çatır. Dövlət Statistika Komitəsinin aylıq xarici ticarət hesabatından aydın olur ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan 4 milyon 663,48 min dollarlıq 1117,56 ton təzə alabalığın hamısı, 689,36 ton təzə və ya soyudulmuş karpın 312,3 tonu, 34,75 ton təzə və ya soyudulmuş digər balığın hamısı, 93,78 ton təzə və ya soyudulmuş balıqlar, digərlərinin hamısı, qatılaşdırılmamış, şəkər əlavə edilmədən, tərkibində 1-6 kütlə faiz yağ olan süd və qaymaq - 2561,06 tonun 1115,3 tonu, qatılaşdırılmamış, şəkər əlavə edilmədən, tərkibində 10 kütlə faizdən çox yağ olan netto həcmi 2 litrdən artıq olmayan bağlamalarda süd və qaymaq 885,96 tonun 691,28 tonu, şəkər əlavəsi olan, toz, dənəvərlər halında, tərkibində 1,5 kütlə %-dən çox yağ olmayan süd və qaymaq 1450,56 tonun 953,72 tonu, şəkər əlavə edilmədən, toz, dənəvərlər halında, tərkibində 1,5 kütlə %-dən çox yağ olan süd və qaymaq 413,5 tonun 197 tonu, qatılaşdırılmış digər süd və qaymaq 468,38 tonun 34 tonu, kərə yağı 7157,57 tonun 2880,72 tonu, süd pastaları 1745,49 tonun 1699 tonu, digər pendirlər 2155,02 tonun 1314,26 tonu, digər təzə və ya soyudulmuş kartof 82836,25 tonun 1794,51 tonu, təzə və ya soyudulmuş pomidor 1131,19 tonun 451,34 tonu, Şalğamaoxşar soğan, səpmə soğan, soğan-şalot, təzə və ya soyudulmuş 12825,08 tonun 4187,99 tonu, gül kələm 53,87 tonun 53,77 tonu, təzə və ya soyudulmuş kələm, ağbaş, qırmızıbaş və digər kələmlər 4369,32 tonun 4079,08 tonu, Baş salat-kahı (baş kələm salatı), təzə və ya soyudulmuş 544,47 tonun hamısı, Digər salat-kahı, təzə və ya soyudulmuş 31,24 tonun 30,88 tonu, təzə və ya soyudulmuş yerkökü və şalğam 2934,02 tonun 2933,14 tonu, xiyar və kornişonlar, təzə və ya soyudulmuş 2151,39 tonun 2150,74 tonu, təzə və ya soyudulmuş badımcan 4782,95 tonun 4704,75 tonu, digər kərəviz, kök kərəvizdən başqa, təzə və soyudulmuş 50,42 tonun hamısı, Capsicum növünün və ya Pimenta növünün barı (qabıqlı şirin bibər və digərləri), təzə və ya soyudulmuş 4954,33 tonun 4804,59 tonu, Salat tərəvəzi, salat-kahıdan və kasnıdan başqa və digərləri 816,44 tonun 806,38 tonu, qabıqlı püstə 147,2 tonun 105,06 tonu, təzə və ya qurudulmuş xurma 4226,75 tonun 2966,24 tonu, təzə və ya qurudulmuş portağal 11573,68 tonun 9577,52 tonu, qurudulmuş üzüm 1996,02 tonun 1020,11 tonu, 336,73 ton qarpızın 329,6 tonu, təzə 21,46 tonun hamısı, təzə heyva 43,65 tonun 33,05 tonu, təzə kivi 2198,04 tonun 2126,5 tonu, qurudulmuş digər meyvələr 1021,97 tonun 515,38 tonu, şirin quru peçenye 6223,66 tonun 2404,24 tonu, sirkəsiz hazırlanmış və ya konservləşdirilmiş digər pomidorlar 1789,2 tonun 1629,44 tonu, digər meyvələrdən cemlər, meyvə jelesi və mürəbbələr, meyvə püreləri və pastaları 700,04 tonun 240,43 tonu İrandan alınıb.

İrandan həmçinin ədviyyat, şokolad və şokoladlı məmulatlar, qənnadı məmulatları, çörək-bulka məmulatları və digər ərzaq məhsulları idxal olunur.

Cənub qonşudan idxalın digər əsas komponenti kütləvi istehlak mallarıdır. Bura maye və quru sabundan, qadınlar üçün kosmetik vasitələrdən tutmuş aftava və dəsmala, uşaq oyuncaqlarından tutmuş geyimlərə qədər çoxçeşidli məhsullar aiddir. Bunlardan əlavə, İrandan müxtəlif tikinti materialları, keramika-qranit məhsulları, divar kağızı və digər materiallar da idxa olunur.

Onu da qeyd edək ki, Azərbaycanın ərzaq bazarı idxaldan ciddi şəkildə asılı olduğuna görə idxal bazarlarındakı dəyişiklik qısa müddətdə bizim pərakəndə satışa təsir edir. Son aylarda qlobal ərzaq bazarında gedən bahalaşma fonunda ölkəyə ərzaq məhsullarının idxalında artım prosesinin sürətlənməsi müşahidə olunur. Rəsmi statistikadan aydın olur ki, yanvar-may aylarında Azərbaycanın ümumi idxalındakı artımda üçüncü böyük pay ərzaq məhsullarındadır. Belə ki, yanvar-may aylarında Azərbaycana ümumilikdə 1 milyard 64 milyon 125.93 min dollarlıq yeyinti məhsulları idxal olunub. Bu, 953 milyon 361.86 min dollarlıq idxalın qeydə alındığı ötən ilin beş ayından 11,6 faiz çoxdur.

Ərzaq məhsulları arasında idxalı ən çox artan kərə yağı və süddən hazırlanmış digər yağlar (54 milyon 161.54 min dollar dəyərlə 10 394.15 tondan 80 milyon 494 min dollar dəyərlə 11 458.27 tona qədər), buğda (72 milyon 676.29 min dollar dəyərlə 328 542.75 tondan 110 milyon 435.55 min dollar dəyərlə 510 430.79 tona), süd və qaymaq (8 milyon 637.79 min dollar dəyərlə 5 584.37 tondan 11 milyon 358.76 min dollar dəyərlə 7 004.87 tona ) və digər məhsullardır.

İrandan idxal olunan məhsulların digər ölkələrdən alınanlarla müqayisədə qiymət ucuzluğu əhalinin aztəminatlı təbəqəsinin həmin məhsullardan daha çox istifadə etməsinə səbəb olur. Xüsusilə kərə yağı, yuyucu vasitələr, plastik və şüşə qablar, tekstil məhsulları ilə bağlı belə asılılıq böyükdür. Məsələn, Avropa ölkələrindən idxal olunan kərə yağlarının qiyməti 23-28 manat aralığında dəyişdiyi halda, İrandan gətirilən yağlarda bu, 14-18 manat arasındadır. Bu qiymət fərqinə görə aztəminatlı ailələr bir qayda olaraq İran yağlarına üstünlük verirlər. Eyni vəziyyət digər məhsullarda da mövcuddur. Buna görə də həmin məhsulların idxalının dayanması, yaxud kəskin məhdudlaşması ilk növbədə aztəminatlı ailələr üçün problemlər yaradacaq.

Diqqət yetirmək lazımdır ki, 12 gün davam edən münaqişə zamanı İsrail əsasən İranın nüvə və digər hərbi obyektlərinə zərbələr endirib. Yəni mülki obyektlər, xüsusilə emal və istehsal müəssisələrinə toxunulmayıb. Bu baxımdan, İranın ərzaq, kimyəvi və digər məhsul istehsalı potensialı demək olar ki, zərər görməyib. Ölkənin hərbi müəssisələrinin və arsenalının böyük ölçüdə məhv edilməsi İranda digər sahələrdə istehsalı və ixracı artırmaq zərurəti yaradır. Buna görə də münaqişə müddətində ixraca tətbiq olunan məhdudiyyət qısa müddətdə aradan qaldırılacaq. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan bazarında satılan İran məhsullarının bahalaşması üçün real əsas yoxdur.

Ümid edirik ki, müvafiq dövlət qurumları əsassız bahalaşmaya yol verilməməsi üçün zəruri olan nəzarət tədbirlərini gücləndirəcəklər.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan və Çin XİN başçıları görüşdü
Bu gün, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Bu gün, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Bu gün, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Bu gün, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Bu gün, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Bu gün, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Bu gün, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Bu gün, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Bu gün, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru