“Təbrizim, Təbrizim, gözəl Təbrizim!”
Özünə ziyalı deyib birləşməkdən dəm vuran cahillər! Birləşəcəyiniz bu günün Təbrizinə diqqətlə baxın! Və unutmayın ki, 1828-ci ildə buradan qopmasaydıq onlardan elə də fərqimiz olmayacaqdı.
Tribunainfo.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Feysbuk səhifəsində yazıb. O qeyd edib ki, gündə yüz dəfə oturub-qalxıb Rəsulzadənin, Üzeyir bəyin, Əbülfəz bəyin, Heydər Əliyevin, İlham Əliyevin nişanəsi olan müstəqil və dünyəvi Azərbaycan Respublikasının varlığına dua edin, şükranlıq bildirin:
“Bu gün bizdə də bu çomaqları qaldırmaq istəyən minlərlə aşiqlər var, dünyəvi müstəqil dövlətimizi qorumaq instiktimiz zəiflədikdə bunlar baş qaldıra bilərlər. Demədi deməyin”.
"DİA-AZ"dan qeyd: Fazil bəy "1828-ci ildə buradan qopmasaydıq..." dediyi zaman şəkksiz ki rus işğalını nəzərdə tutur. Yoxsa, biz könüllü öz torpaqlarımızı parçalamamışıq...