Yeni nazir zabit təmkinini pozur: - ƏƏSMN-in aparat işçilərinin adları rəsmi saytdan çıxarıldı
Tarix: 7-05-2018, 08:25 | Çap et
Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 21-də Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Sahil Babayev hələ ki rəhbərlik etdiyi yeni qurumda kadr dəyişikliklərinə başlamayıb.
diaaz.space "Reytinq” qəzetinə istinadən bildirir ki, o, digər yeni təyinat sahibləri kimi, sələfinin nazirlik içində formalaşdırdığı "xüsusi komanda”sına hələ də qapını göstərməyib:
"Tam əksinə, yeni nazir, ehtiyatda olan zabit rütbəsi daşıyan Sahil Babayev soyuqqanlı hərbçi zabitəsi ilə sələfinin "küllükdən çıxarıb” var-dövlət sahibi etdiyi kadrlarının yuxularını ərşə çəkib. O, daxildə hansı addımı atacağını kiməsə büruzə vermir, sanki heç nə olmamış kimi elə davranır ki, bu da istər-istəməz tufanqabağı fırtınanı xatırladır. Lakin diqqətlə analiz etdikdə, artıq "şimal küləyi"nin əsdiyi aydın görünür...
Elə bu da Səlim Müslümovun komandasının əsas üzvlərini, əsasən, nazir müavini İdris İsayev, aparat rəhbəri Əjdər Cəbiyev, müfəttişlik xidmətinin rəisi, kürəkənləri Fuad Əlizadə, nazirliyin bütün maliyyə əməliyyatlarının aparıldığı İqtisadiyyat şöbəsinin müdiri, Səlim Müslümovu hətta bir çox xarici səfərlərdə belə müşaiyət edən Şəlalə Cəfərova və həmçinin mətbuat xidmətinin rəhbəri Elman Babayev başda olmaqla, aparat işçilərinin çoxunu böyük təşvişə salıb. Onlar əla bilir ki, yeni nazirin bu tufanqabağı sakitliyi çox çəkməyəcək. Əksinə, zabit təmkini çox yaxın vaxtda, özü də çox ağır şəkildə pozulacaq”.
Məlumata görə, yeni nazir soyuqqanlı davranışı ilə artıq səngərin əks istiqamətində duran keçmiş nazirin komandasının əsəblərini tarıma çəkib, onları yuxsuz gecələrə qərq edib. Sanki nazirlik içindəki bu "məxsusi qrup”un emossiyalarını "partladıb”, hücuma keçmələrini gözləyir:
"Sizə dəqiq deyim ki, təlaş içində olan və çıxarılmasına 100 faiz əmin olan bir neçə nəfər sakitcə getmək üçün yeni nazirə istefa ərizəsi veriblər. Və onlar bu zaman gözləyirdilər ki, Sahil Babayev dərhal ərizənin üstünü yazıb, bunlara "yaxşı yol” deyəcək. Lakin çoxlarının gözlədiyinin əksinə olaraq, o, ərizə yazmış vəzifəli şəxslərə "Mən sizə dedim ki, ərizənizi yazın?” deyərək, onları bir növ nokauta salıb. Çünki yeni nazirin bu addımı belə qənaət formalaşdırıb ki, tezliklə daxildə audit aparılacaq və bu zaman keçmiş nazirin komandası çox çətin faktlarla üz-üzə qoyulacaq. Yəni hərbçi sərtliyi gec, amma güc qazanacaq. Hətta indidən nazirliyin daxilində söhbət gəzir ki, ciddi korrupsiya və digər qanunsuzluqlara yol verənlərlə bağlı yoxlama materialları prokurorluğa göndəriləcək. Sizə deyə bilərəm ki, artıq bunun işartıları da görünür. Artıq bu barədə bəzi media orqanları da yazır...”.
Məlumata görə, yeni nazir dəyişikliklərə başlamadan əvvəl diqqətçəkən bir addım da atıb. O, nazirliyin rəsmi saytında yer alan aparat işçilərinin, nazirlik yanında fəaliyyət göstərən xidmət rəislərinin adlarını saytdan götürdüb:
"Hazırda rəsmi saytda ancaq nazir və müavinlərinin adları saxlanılıb. Çünki nazir müavinlərini dəyişmək yalnız prezidentin sərəncamı ilə həyata keçirilir. Elə bu fakt da göstərir ki, Sahil Babayev artıq sələfinin kadrlarının "qara siyahısı”nı tutub və o, həqiqətən də hərbçi soyuqqanlığı ilə cəmiyyətin diqqətini yayındıb, qəfil və sərrast zərbə ilə nazirlikdəki korrupsiya yuvasını təmizləmək niyyətindədir”.
Məlumata görə, çox yaxın vaxtlarda nazirlikdə "təmizləmə əməliyyatı”nın başlanacağı gözlənilir:
"Əminəm ki, suçlu gec-tez ilişəcəyini bildiyi kimi, keçmiş nazirin bütün "qara” və "ağ” işlərində yanında olan kadrları da nə vaxt məşhər ayağına çəkiləcəklərini böyük qorxu və həyacanla gözləyir, bilir. İş o yerə çatıb ki, onlar əvvəlki kimi saat 9-da deyil, saat 8-dən iş başında olurlar. Onlar o qədər təlaşdadır ki, bu, hətta son tədbirlərdən çəkilən fotolardan da aydın görünür. Sahil Babayev nazir təyin edildikdən sonra rəsmi tədbirlərdən çəkilən fotolara diqqət etsəniz, siz də bunu açıq görə bilərsiniz. Üstəlik, bu fotolarla Səlim Müslümovun dövründə çəkilən fotoların müqayisəsini aparın. Baxın ki, onlar indi hansı görkəmə düşüblər. Üzlərindəki kədər açıq olmaqla yanaşı, daha əvvəlki şux, özündənrazı duruşları da yoxdur. Zatən, başqa yolları yoxdur.
Bu adamlar həqiqətən də nazirliyi istədikləri kimi idarə ediblər, istədiklərini vurublar, qovublar, ləkələyiblər. Hətta bu nazirlikdə sevgilisini belə yüksək vəzifəyə gətirənlər var. Nə yazıq ki, onlar zamanında müxtəlif yollarla ələ aldıqları media vasitələri ilə özlərinə yaxşı piar qurduqları üçün, bütün bunlar mətbuata da çıxmayıb. Amma faktdır ki, burada çox böyük problemlərə yol açıblar. Təsadüfi deyil ki, artıq bu nazirlikdə təkcə pensiyaçıların, təqüdçülərin deyil, həm də nazirliyin "sosial sifariş” adı altında "həyata keçirdiyi” layihələrə ayrılan pulların taleyinin araşdırılmasının vacibliyi də dilə gətirilir.
Bəzi QHT sədrləri isə bir qədər də qabağa gedərək, daha ağır ittihamların siqnallarını verirlər. Açıq danışaq ki, bu vaxta qədər həmin o QHT-lər nazirlikdən "pay alacaqları”na ümid etdiyi üçün susurdular. Yenə deyirəm, Səlim Müslümov və ətrafı QHT-ləri layihə ümidi ilə susdururdusa, mətbuatı da "bəlli sistem” və hədiyyələrlə qısdırıb, ƏƏSMN-də baş verən qanunsuzluqların gündəmə daşınmasının qarşısını ustalıqla alırdılar. Ancaq buna rəğmən, Prezident İlham Əliyevin diqqətindən çoxları kimi, Səlim Müslümov və "komandası”nın pensiyaçılar, əlillər və yoxsullar üzərindəki oyunları yayınmadı”.
Məlumata görə, Səlim Müslümovun vəzifədən azad olunduğu gündən indiyədək susması da, onun komandasının təlaş içində olması da səbəbsiz deyil:
"Siz onu nə Ziya Məmmədov, nə Heydər Əsədov, nə də digər vəzifələrini itirmişlərlə qarışdırmayın. O, əslində Azərbaycanın Viktor Kojenisidir. Çox mahir adamdır, sahəsini yaxşı bildiyi kimi, korrupsiya dolanbacını əla bilən, eyni zamanda, proseslərdən ustalıqla çıxmağı bacaran biridir. Xatırlayırsınızsa, o, məşhur "Bəşər Hacıyev olayı”nda qısamüddətli həbs yatsa da, oradan çıxdı və sürətlə yüksəldi. İndisə yəqin düşünür ki, susmaq və ümumiyyətlə, üzə çıxmamaq daha münasibdir. Bildiyimə görə, hətta vəzifələrə gətirib, böyüdüb, var-dövlət, karyera sahibinə çevridikləri isə indi onunla təmasa keçməkdən ehtiyat edirlər. Bilirsiniz niyə?
Birincisi, vəzifədən getməmək üçündürsə, ikincisi, qısa zamanda buradan qazandıqları var-dövləti itirmək qorxusudur. Bəli, bunların arasında elələri var ki, əmin olun, vaxtı ilə yoxsul olub. Ancaq aylıq maaşı indi 1000 manat civarına qalxıb, ancaq işlədiyi çox qısa zamanda 200-300 minlik mənzil, bağ, bahalı maşın sahibi olub. Sizcə, bunu necə qazanıblar? Onlar bunun hesabatını necə verə bilər axı?!
Və yaxud Səlim Müslümovun dayısının kürəkəni Fuad Əlizadəni götürək. Onun çox şeyini demirəm, elə ad günlərini harada və necə təmtəraqla keçirdiyini araşdırın.
Yaxud sizə adi görünən mətbuat xidməti rəhbərinin niyə özünü 5-ci nazir müavini (nazirlikdə cəmi 4 müavin postu var) kimi aparmasının səbəbini öyrənin.
Və nəhayət, digər nazir müavinləri - Natiq Məmmədovun, İlqar Rəhimovun və Mətin Kərimlinin niyə əksər tədbirlərdən və nazirlik daxili proseslərdən kənarda saxlanılmaları ilə maraqlanın.
Araşdırın, görün Səlim Müslümovun nazirlikdəki komandası bu müavinləri niyə saymırdı və ya onlardan niyə ehtiyat edirdi?! Əminəm ki, cəmiyyətin ən həssas təbəqəsi ilə işləyən yeni nazir bunların da səbəbini artıq bilir”.
Yeri gəlmişkən, "Reytinq”in redaksiyasına Əhmədov Bəhruz Xosrov oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə ƏƏSMN-nin aparat rəhbəri Əjdər Cəbiyevin qardaşı Şahalı Cəbiyevin müdiri olduğu DSMF-nin Suraxanı rayon şöbəsində baş verənlərlə bağlı sensasiya sayılacaq şikayət ünvanlayıb. O, şikayətində bu şöbədə kimlərə saxta pensiya hesabı açıldığını ad və soyadları ilə siyahılaşdırıb, detallarına qədər yazıb.
Həm bu, həm də nazirlikdə cərəyan edən digər maraqlı proseslərlə bağlı dəqiqləşdirmələrimiz davam edir. Növbəti sayımızda bütün bunlarla yanaşı, Səlim Müslümovun kadrları hansı prinsiplərlə qabağa çəkməsi, onun iqtisadiyyat şöbəsinin müdirəsi Şəlalə Cəfərova ilə mətbuat xidmətinin rəhbəri Elman Babayevə həddən ziyadə etimad göstərməsinin səbəblərini, Mətin Kərimli, Natiq Məmmədov və İlqar Rəhimovun niyə təcrid edilməsi ilə bağlı təfərrüatları da təqdim edəcəyik.
Eyni zamanda, özünüməşğulluq layihəsinə ayrılan 32 milyonun taleyi, bu nazirliklə əməkdaşlıq edən QHT-lərin hansı prinsiplə seçilməsi, həmçinin Ünvanlı Sosial Yardımlara hər il ayrılan 200 milyondan çox vəsaitlərlə bərabər, Səlim Müslümovun maliyyə naziri Samir Şərifovu necə "tələ”yə salmaq istəməsi kimi maraqlı məsələlərə toxunacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
Bu gün, 08:11 |
|
|
|
• İcra başçısı sakinlərlə görüşdə belə qızındı - İstini sevirmiş...
Bu gün, 08:06 |
|
|
|
• İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21 |
|
|
|
• Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02 |
|
|
|
• Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55 |
|
|
|
• Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47 |
|
|
|
• Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41 |
|
|
|
• Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34 |
|
|
|
• Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55 |
|
|
|
|