"Nüfuzli təhsil eksperti Kamran Əsədov faktlarla sübut edir ki, sertifikasiya prosesində imtahan sualları əvvəlcədən bəzi şəxslə ötürülüb. Bu, həqiqətən cinayətdir". "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra "Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" ittihamını irəli sürərək bunları vurğulayıb:
"Riyaziyyat Olimpiadasından keçirilən imtahanda 30 sualın 9-u səhv tərtib olunmuşdu. Bu “uğurlu işə görə” Fuad Qarayevin başına sığal çəkildi.
Qrant layilərinə ayrılan milyonlarla manat vəsaitin effekti yoxdur.
Təhsilin idarə olunması bərbad vəziyyətdədir.
Orta məktəb təhsili repetitorlara təslim edilib.
Məktəb direktorları məktəbə gəlir gətirən obyekt kimi baxırlar.
Müəllim və alim nazir tərəfindən mütəmadi olaraq aşağılanır.
Azərbaycanın əleyhinə olan qüvvələrə yaxınlığı ilə seçilən təşkilatın üzvlərinə milyonlara manat vəsat ayrılir.
Təhsil sahəsinə heç bir aidiyyatı olmayan şəxslərə böyük vəzifələr verilir. Və s..."