Sabunçunun icra başçısına Prezident Administrasyiasında vəzifə verilir - Adil Vəliyev ciddi himayə altındadır
Tarix: 22-05-2014, 14:36 |
Çap et
DİA.AZ: - «Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevə daha böyük vəzifə verilir». Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya ötürüb.
Xəbəri verən qaynaq iddia edir ki, hazırda Sabunçuya başçılıq edən və adı bir çox qalmaqalarda hallanması səbəbindən kifayət qədər mediatik icra başçılarından biri hesab olunan Adil Vəliyevin Prezident Administrasiyasında yüksək posta təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Adil Vəliyevin adı mətbuatda heç də müsbətə hallanmayıb. Amma buna rəğmən ona daha böyük vəzifənin veriləcəyi bildirilir.
diaaz.space-a daxil olan informasiyada o da vurğulanır ki, Adil Vəliyev çox ciddi çevrələrin himayəsi altındadır.
Bildirək ki, Adil Vəliyevin hansı posta təyinat alacağı haqda dəqiq informasiyalar mövcud deyil.