Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? .....                     “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” .....                     Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb .....                     Zakir İbrahimov nazir təyin olunur? .....                     Şərtlərə cavab verən təklif tapılmadı .....                     Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? .....                     Azərbaycanlı turist bir meyvəyə görə .....                     Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: .....                     "Razin"dəki "Akkord"un binasında FACİƏ: .....                     Qaro Paylan Ərdoğana müraciət etdi .....                     Doğrudanmı, sülh sazişi gecikib? .....                     Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? .....                     Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir .....                     Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı .....                     Pezeşkianın sözləri SEPAH-ı silkələdi: .....                     İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi .....                     Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? .....                     Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub .....                     Bakı 127 illik plana razılaşdı: şifrələr açılır .....                     İrəvana 2 “ev tapşırığı”: .....                     Bahalı təhsil, şəffaf olmayan hesablar .....                     Azərbaycan, Ermənistan və Gürcüstanda BYD neçəyə satılır? .....                     Saleh Məmmədov rəisi işdən çıxardı .....                     Onlayn xidmət budursa... .....                     Paşinyan Antonio Koşta ilə Minsk qrupunun ləğvini .....                     “ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” .....                     Bir generalın təhdidi, yüz generalın cavabı .....                     Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı .....                     Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir .....                     Məhbus jurnalistdən məktub var: .....                     “20 Yanvar” keçidinin qaranlıq taleyi .....                     Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib .....                     Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq .....                     Donetskdə şiddətli döyüş: .....                     Barəsində cinayət işi açılan Aytən Səfərovadan AÇIQLAMA: .....                     Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək .....                     Paşinyan da “türk Pezeşkian”ı deyir .....                     Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir .....                     Paşinyan məzuniyyətə getdi .....                     "Hər cür insanları çox görmüşəm" .....                 

Bakı 127 illik plana razılaşdı: şifrələr açılır – Türk dünyasında həyəcan
Tarix: Bu gün, 14:47 | Çap et

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları, habelə keçirilmiş görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamə ətrafında müzakirələr davam edir. Xüsusilə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi (Zəngəzur dəhlizi – red.) müzakirələrin əsas predmetidir.

ABŞ-ın bu proseslərdə daha aktiv rol almağa başlaması, dəhliz üzərində 99 illik nəzarət mexanizminə sahib olması bir çoxlarına görə Türk Dövlətləri Təşkilatı (TDT) üçün təhlükə yaradır. Çünki dəhliz həm də türk dünyasının 200 illik ayrılığının sonu kimi qiymətləndirilir.

127 il əvvəlki model təkrarlanır…

Əvvəlcə deyim ki, TRIPP layihəsi ilə bağlı rəsmi açıqlamalarda, ya da Birgə Bəyanatda “99 il” ifadəsi işlədilməyib. Nə ABŞ, nə Azərbaycan, nə də Ermənistan hökumətləri bu müddəti təsdiqləyən rəsmi sənəd və ya bəyanat təqdim ediblər. Amma istisna deyil ki, buna dair açıqlanmayan razılaşmalar var. Subyektiv görüşüm belədir ki, qeyd olunan ərazi Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləri olduğu üçün Vaşinqton İrəvanla belə bir saziş imzalamış ola bilər. Eyni qaydada ABŞ-ın Azərbaycanla da maneəsiz hərəkətə dair fərqli saziş imzalaması mümkündür.

99 illik icarə anlayışı beynəlxalq praktikada tanınmış və geniş istifadə olunan modeldir. Bu modelin ən məşhur nümunəsi Honq Konq məsələsidir. Böyük Britaniya 127 il əvvəl – 1898-ci ildə Çindən Honq Konqun bir hissəsini 99 illik müddətə icarəyə götürmüşdü. Müqavilənin müddəti 1997-ci ildə başa çatdı və ərazi Çinə qaytarıldı. Bu cür uzunmüddətli icarə modelləri, adətən, siyasi sabitlik yaratmaq və iqtisadi maraqları qorumaq məqsədilə tətbiq olunur. Məhz bu səbəbdən, TRIPP layihəsinə də bu prizmadan baxmaq məqsədəuyğundur.

O ki qaldı TRIPP layihəsinin Türk Dövlətləri Təşkilatı (TDT) üçün təhlükə yaratması ilə bağlı iddialara, bu yanaşma kifayət qədər səthi və emosional görünür. Əksinə, ABŞ-ın regionda artan fəallığı TDT üçün mühüm imkanlar da yarada bilər. Bu imkanları dəyərləndirə bilmək üçün baş verən prosesləri qlobal güclər arasındakı rəqabət və uzunmüddətli geosiyasi maraqlar kontekstində analiz etmək vacibdir.

Geopolitik şahmat taxtası

ABŞ-ın Zəngəzur dəhlizinə marağı təsadüfi deyil. Cənubi Qafqazın nəqliyyat və enerji dəhlizləri baxımından strateji mövqeyi artıq on illərdir ki, Qərb üçün vacib geosiyasi element olaraq qalır. Lakin bu maraqlar əvvəllər daha çox enerji axınlarının təminatı və Rusiya ilə balans yaratmaq çərçivəsində nəzərdən keçirilirdisə, indi daha kompleks xarakter alıb. Çinlə Qərb arasında davam edən texnoloji və iqtisadi qarşıdurma, Şərqdən Qərbə alternativ ticarət yollarının aktuallaşması, eləcə də Rusiya və İranın regiondakı təsir imkanlarının zəiflədilməsi ABŞ-ın bu dəhlizə marağını daha da artırır. Başqa cür desək, Türk dünyası üçün həyati əhəmiyyət daşıyan dəhliz eyni zamanda qlobal güclər tərəfindən oynanılan bir “geopolitik şahmat taxtası”na çevrilib.

Təşkilatın son illərdə siyasi, iqtisadi və mədəni inteqrasiya istiqamətində atdığı addımlar, onu regionda real güc mərkəzinə çevirə biləcək potensiala malik edir. Lakin bu potensialın reallaşması üçün sadəcə daxili dinamika kifayət etmir. Xarici güclərlə münasibətlərin düzgün qurulması, TDT-nin geosiyasi əhəmiyyətini artıran, lakin müstəqilliyini məhdudlaşdırmayan əməkdaşlıq formatları formalaşdırmaq vacibdir. Bu baxımdan ABŞ-la mümkün tərəfdaşlıq effektiv ola bilər. Təbii ki, bu münasibətlər ağıllı şəkildə idarə olunarsa…

TDT üçün ideal yol

Müqayisə üçün Aİ və NATO nümunələrini misal göstərmək olar. Məlum olduğu kimi, hər iki təşkilat ABŞ-la sıx əməkdaşlıq edir. Özü də bu əməkdaşlıq onların müstəqilliyini itirdiyi anlamına gəlmir. Əksinə, bəzi hallarda bu qurumlar ABŞ-ın qlobal siyasətində balanslaşdırıcı rol oynaya biliblər. Məsələn, Fransa və Almaniya zaman-zaman ABŞ-ın Yaxın Şərq və İran siyasətinə qarşı açıq şəkildə müstəqil mövqe ortaya qoyublar. NATO daxilində Türkiyənin sərbəst manevrləri, xüsusilə Rusiya ilə əlaqələri, bu əməkdaşlığın sadəcə tabeçilik üzərində qurulmadığını göstərir. Bu nümunələr sübut edir ki, ABŞ-la yaxın münasibətlər müstəqillik itkisinin zəruri nəticəsi deyil. Əsas məsələ həmin əməkdaşlıq formatının necə dizayn edilməsi və hansı dəyərlər üzərində qurulmasıdır.

Türk Dövlətləri Təşkilatı da bu yolu izləyə bilər. Əgər təşkilat ABŞ və digər Qərb aktorları ilə münasibətlərində “müstəqil tərəfdaşlıq” modelini əsas götürərsə, bu, ona həm beynəlxalq legitimlik qazandırar, həm də təşkilatın üzv ölkələri üçün geosiyasi manevr imkanlarını genişləndirər.

Təəssüf ki, TDT-nin gələcəyindən pozitiv danışanlar hazırda Mərkəzi Asiya ölkələrinin əksəriyyətinin Rusiya və Çin arasında çətin balans siyasəti yürütdüyünü unudur. Bu ölkələrin bir çoxu KTMT və ŞƏT üzvüdür, yəni onların TDT çərçivəsində aktivləşməsi birbaşa Rusiya və Çin tərəfindən nəzarətdə saxlanılır. Lakin əgər TDT beynəlxalq aktorların dəstəyi ilə daha çox beynəlmiləlləşərsə, bu ölkələr üçün də ikinci bir “təhlükəsizlik çətiri” rolunu oynaya bilər.

“Türk NATO-su” yaradılacaqmı?

ABŞ üçün də bu proses əhəmiyyətlidir. Hər şeydən öncə bu məqamı göz önündə saxlamaq lazımdır. Çünki Vaşinqton illərdir rəqiblərinin təsir imkanlarını zəiflətmək üçün bufer zonalar formalaşdırmağa çalışır. SSRİ ilə rəqabətdə ABŞ NATO-nu yaratdı. Çin ilə rəqabətdə isə AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ), QUAD (ABŞ, Yaponiya, Hindistan Avstraliya) örnəkləri var. Son illərdə isə İrana qarşı Yaxın Şərqdə İbrahim Sazişləri (Abraham Accords) layihəsi üzərində işlər gedir. Məsələyə aydın baxdıqda Vaşinqtonun nə etmək istədiyini görmək mümkündür. Bu mənada Türk dünyası da ABŞ üçün strateji müttəfiqə çevrilə bilər. TDT-nin gələcəkdə NATO-ya bənzər təhlükəsizlik mexanizmlərinə, Aİ-yə bənzər iqtisadi inteqrasiyaya sahib olması, ABŞ üçün regionda həm sabitlik deməkdir, həm də rəqiblərinə qarşı təsir mexanizmi…

Son olaraq qeyd edim ki, Türk Dövlətləri Təşkilatı imzalanan sənədi “tarixi inkişaf” kimi qiymətləndirib. Baş katibin bəyanatında Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması üçün bu razılaşmanın mühüm mərhələ olduğu vurğulanıb. Bu mövqe həm də göstərir ki, TDT öz üzvü olan Azərbaycanın mövqeyini dəstəkləməklə yanaşı, regional sülhün qlobal diplomatik gündəlikdə qalmasına töhfə vermək niyyətindədir. Həmçinin təşkilat öz gələcəyi baxımında prosesin əhəmiyyətini dərk edir.

Turan Rzayev
Globalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Bu gün, 17:33
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Bu gün, 17:31
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Bu gün, 17:23
Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Bu gün, 17:20
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 17:18
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Bu gün, 17:13
Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Bu gün, 17:10
Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Bu gün, 17:07
"Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Bu gün, 15:44
Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Bu gün, 15:39
Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Bu gün, 15:33
Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:23
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Bu gün, 15:22
Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Bu gün, 15:18
İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Bu gün, 15:12
Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? – ASTROLOQDAN PROQNOZ
Bu gün, 15:08
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub - FOTO
Bu gün, 15:05
Bakı 127 illik plana razılaşdı: şifrələr açılır – Türk dünyasında həyəcan
Bu gün, 14:47
İrəvana 2 “ev tapşırığı”: - Müşahidə Missiyası gəldiyi yerə qayıdır
Bu gün, 14:43
Bahalı təhsil, şəffaf olmayan hesablar - Universitetlərdə narazılıq böyüyür
Bu gün, 14:37
Azərbaycan, Ermənistan və Gürcüstanda BYD neçəyə satılır? - TƏFƏRRÜAT
Bu gün, 14:31
Saleh Məmmədov rəisi işdən çıxardı - ƏMR
Bu gün, 14:28
Onlayn xidmət budursa... - GİLEY
Bu gün, 14:20
Paşinyan Antonio Koşta ilə Minsk qrupunun ləğvini MÜZAKİRƏ ETDİ
Bu gün, 14:09
“ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” – “Qazaxıstan, Qırğızıstan diri heyvan ixracını dayandırıb”
Bu gün, 13:06
Bir generalın təhdidi, yüz generalın cavabı – NATO və Kreml arasında “Kalininqrad döyüşü”
Bu gün, 13:00
Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı
Bu gün, 12:56
Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir – Regionu hansı təhlükələr gözləyir?
Bu gün, 12:48
Məhbus jurnalistdən məktub var: -"Cənab Prezidentlə fəxr edirik"
Bu gün, 12:44
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar
Bu gün, 12:42
Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib - “Kommersant”
Bu gün, 12:37
Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq - TENDERLƏR QAZANDI
Bu gün, 12:28
Donetskdə şiddətli döyüş: - “Azov” hücuma keçdi
Bu gün, 12:26
Barəsində cinayət işi açılan Aytən Səfərovadan AÇIQLAMA: - “Bunun arxasında hansısa qüvvələr dayanıb”
Bu gün, 12:24
Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək - TENDERİN QALİBİ AÇIQLANDI
Bu gün, 12:20
Paşinyan da “türk Pezeşkian”ı deyir - ŞƏRH
Bu gün, 12:18
Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir – Azərbaycanda “Aİ-95” istehsal edilib?
Bu gün, 12:14
Paşinyan məzuniyyətə getdi
Bu gün, 12:11
"Hər cür insanları çox görmüşəm" - FOTO
Bu gün, 12:08
“Sea Breeze” Ağdam və Füzulidə 2 kəndin tikintisi üçün 112 milyon manat alacaq - TƏFƏRRÜAT
Bu gün, 12:05
İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub - İran mediası
Bu gün, 11:58
İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil – Hökumət sözçüsü
Bu gün, 11:56
Övladının sinif yoldaşına qarşı əxlaqsızlıq edərək fotoları “Tik-Tok”da paylaşan kişiyə AĞIR CƏZA
Bu gün, 11:41
"Bozqurd" işarəsi göstərdiyi üçün konsertləri ləğv edildi - FOTO
Bu gün, 11:36
İTM-in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb? - AXI NİYƏ?
Bu gün, 11:29
Azərbaycan Zəngəzur dəhlizi ilə Ermənistana qaz VERƏ BİLƏR
Bu gün, 11:25
Ölkənin ƏN BÖYÜK MOBİL OPERATORU... oğurluq üstündə YAXALANDI! - Üzr istəməli oldular və...
Bu gün, 11:19
475 min manatlıq satınalma yarımçıq qaldı - DETALLAR
Bu gün, 11:13
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub - onunla bərabər...
Bu gün, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru