"Razin"dəki "Akkord"un binasında FACİƏ: .....                     Qaro Paylan Ərdoğana müraciət etdi .....                     Doğrudanmı, sülh sazişi gecikib? .....                     Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? .....                     Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir .....                     Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı .....                     Pezeşkianın sözləri SEPAH-ı silkələdi: .....                     İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi .....                     Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? .....                     Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub .....                     Bakı 127 illik plana razılaşdı: şifrələr açılır .....                     İrəvana 2 “ev tapşırığı”: .....                     Bahalı təhsil, şəffaf olmayan hesablar .....                     Azərbaycan, Ermənistan və Gürcüstanda BYD neçəyə satılır? .....                     Saleh Məmmədov rəisi işdən çıxardı .....                     Onlayn xidmət budursa... .....                     Paşinyan Antonio Koşta ilə Minsk qrupunun ləğvini .....                     “ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” .....                     Bir generalın təhdidi, yüz generalın cavabı .....                     Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı .....                     Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir .....                     Məhbus jurnalistdən məktub var: .....                     “20 Yanvar” keçidinin qaranlıq taleyi .....                     Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib .....                     Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq .....                     Donetskdə şiddətli döyüş: .....                     Barəsində cinayət işi açılan Aytən Səfərovadan AÇIQLAMA: .....                     Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək .....                     Paşinyan da “türk Pezeşkian”ı deyir .....                     Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir .....                     Paşinyan məzuniyyətə getdi .....                     "Hər cür insanları çox görmüşəm" .....                     “Sea Breeze” Ağdam və Füzulidə 2 kəndin tikintisi üçün 112 milyon manat alacaq .....                     İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub .....                     İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil .....                     Övladının sinif yoldaşına qarşı əxlaqsızlıq edərək fotoları .....                     "Bozqurd" işarəsi göstərdiyi üçün konsertləri ləğv edildi .....                     İTM-in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb? .....                     Azərbaycan Zəngəzur dəhlizi ilə .....                     Ölkənin ƏN BÖYÜK MOBİL OPERATORU... oğurluq üstündə YAXALANDI! .....                 

Bir generalın təhdidi, yüz generalın cavabı – NATO və Kreml arasında “Kalininqrad döyüşü”
Tarix: Bu gün, 13:00 | Çap et

25 gün əvvəl ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının komandanı, general Kristofer Donahu deyib ki, Rusiyaya məxsus Kalininqrad bölgəsi hər tərəfdən NATO-ya üzv ölkələrin əhatəsindədir və Şimali Atlantika Alyansı onu istənilən an məhv edə bilər.

O gündən bəridir rusiyalı siyasətçilər, generallar, deputatlar, politoloqlar generalın bu hipotetik fikrini hər üzünə yozur, hədəyə hədəylə cavab verirlər.

Amerikalı general bu sözü hansı ağılla deyib, məqsədi nə imiş, dəqiq bilinmir. O, həmin sözü deyib və çəkilib kənarda durub, daha əlavə açıqlamalar verməyib, əvəzində ruslar kəsib-kirimir.

Ötən ay bu mülahizəyə Kremlin mətbuat katibi Dmitrli Peskov cavab verərək deyib ki, NATO-nun Rusiyaya qarşı düşmənçiliyi Moskvanı ölkənin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə məcbur edir. "NATO qarşıdurma alətidir, ölkəmizə düşmən münasibət bəsləyən blokdur. Bu, bizi bütün bunları nəzərə almağa və öz təhlükəsizliyimizi təmin etmək üçün müvafiq tədbirlər görməyə məcbur edir", - Peskov deyib.

Peskovdan sonra Rusiyanın əksər patriotlarının damarı yoğunlayıb və bir çoxu növbə ilə bu mövzuda danışmağa başlayıblar.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, bölgənin təhlükəsizliyi bütün lazımi vasitələrlə təmin ediləcək. "Bütün demarşlar edilir, bütün siqnallar ötürülür. Bu, dönməz praktikadır. Kalininqrad vilayəti Rusiyanln ayrılmaz hissəsidir və heç bir halda heç bir müzakirə predmeti deyil", - diplomat bildirib.

Ondan sonra Dövlət Dumasının komitə rəhbəri Leonid Slutski bəyan edib ki, NATO-nun Kalininqrad vilayətinə hücumu Rusiyanın cavab tədbirlərinə, o cümlədən nüvə doktrinasında nəzərdə tutulan tədbirlərə gətirib çıxaracaq.

Slutski əlavə edib ki, bu, qaliblərin olmayacağı qlobal qarşıdurmaya keçidlə III dünya müharibəsi başlatmaq planıdır.

Bu günlərdə isə Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik sönməkdə olan ocağın üstündə bir kanistr benzin aparaq, NATO-nun Kalininqrada hücumuna görə Avropa paytaxtlarını məhv etməklə hədələyib. "Onların DNT-sini də tapa bilməyəcəklər", - o deyib.

Yəni Kaliniqrada təhlükə yaransa, Kreml Rusiyaya qarşı xüsusi düşmənçilik siyasəti yeridən Avropa ölkələrinin paytaxtına atom bombası atacaq və Xirosima və Naqasakinin faciəsini kölgədə qoyacaq. Adı çəkilən Yaponiya şəhərlərinə atılan atom bombalarından sonra ölənlərin DNT-sini tapmaq mümkün olmuşdu, amma Avropa şəhərlərində bunu tapmaq mümkün olmayacaq, hər şey məhv olacaq. Kolesnikin dediyi budur: “NATO Kalininqrad vilayətinə burnunu soxan kimi, demək olar ki, bütün paytaxtlarını itirəcək. Bu halda Avropa dövlətlərinin mərkəzlərini heç bir bomba sığınacağı xilas etməyəcək”.

Göründüyü kimi, 3 iI yarımdan artıqdır, vaxtaşırı, hətta çox tez-tez nüvə cəbbəxanasından istifadəyə istinad edən yüksək mənsəbli rus idarəçilərə artıq deputatlar da qoşulub. Nüvə raketləri Rusiyanın “yaman gününün yarağıdır”. Əməliyyat zamanı ehtiyatlı polismenlərin bir əli qoburdakı tapançanın üstündə olduğu kimi, rusiyalı siyasətçilər də mütləq nüvə silahına malik olduqlarını tez-tez xatırladırlar.

Düzdür, amerikalı generalın sözləri də tezcə üstündən keçiləcək ifadələr deyil. NATO-nun Kalininqrada qarşı hər hansı bir əməliyyat planı varsa, bu, niyə məhz “vilayəti məhv etmək” olmalıdır? “Rusiya təhlükəsi”nə qarşı mübarizə üçün Avropanın qədim və gözəl şəhərlərindən birini – böyük filosof İmmanuel Kantın vətəni olan Köniqsberqin (köhnə adı) dağıdılması şərtdirmi?

Kalininqrad şəhəri və eyni adlı vilayət hər tərəfdən NATO üzvü olan ölkələr tərəfindən mühasirədə olduğuna görə onu xarabaya çevirmədən də götürmək olar.

Qərb generalının açıqlamalarını şərh edən hərbi ekspert, jurnalist Aleksandr Artamonov Kalininqrad vilayətinin Baltiysk şəhərinin bir vaxtlar 3-cü Reyxin bazası olduğunu xatırladıb və bildirib ki, hazırda Almaniyada revanşizm becərilir.

Artamonov şişirdir, əslində hazırda Almaniyada Rusiyaya qarşı revanşizm meylləri dövlət səviyyəsində deyil, olsa-olsa, cəmiyyətin bəzi kəsimlərində bir şeylər var.

Kaliniqrad vilayəti və şəhəri Almaniyanın olub və II dünya müharibəsindən sonra təzminat olaraq SSRİ-yə, Rusiyaya qalıb. Ancaq Almaniya son 80 ildə heç vaxt Köniqsberqi geri almaq xüsusunda təşəbbüs qaldırmayıb. Kuril adalarından vaz keçmə yaponlar ildə azı iki dəfə adaları geri almaq üçün nəsə bir hərəkətə etsələr də, almanlar “qədim alman şəhəri”nə iddia sərgiləməyiblər. Onlar ya şəhəri geri almaq üçün əlverişli vaxtı gözləyiblər, ya da onu Hitlerin böyük cinayətlərinin bədəli sayaraq birdəfəlik əl çəkiblər.

İndi avropalılarda belə bir ümid dolu rəy var ki, Rusiya Federasiyası Avropaya qarşı nüvə silahından istifadə etməz. Bu, aldanışdır. Rusiya rəhbərləri vurulmuş təyyarənin pilotları kimidirlər, sağ qurtulmaq şansı yoxdursa, mütləq tarana gedəcəklər.

Araz Altaylı, Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Bu gün, 15:44
Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Bu gün, 15:39
Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Bu gün, 15:35
Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Bu gün, 15:33
Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:23
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Bu gün, 15:22
Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Bu gün, 15:18
İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Bu gün, 15:12
Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? – ASTROLOQDAN PROQNOZ
Bu gün, 15:08
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub - FOTO
Bu gün, 15:05
Bakı 127 illik plana razılaşdı: şifrələr açılır – Türk dünyasında həyəcan
Bu gün, 14:47
İrəvana 2 “ev tapşırığı”: - Müşahidə Missiyası gəldiyi yerə qayıdır
Bu gün, 14:43
Bahalı təhsil, şəffaf olmayan hesablar - Universitetlərdə narazılıq böyüyür
Bu gün, 14:37
Azərbaycan, Ermənistan və Gürcüstanda BYD neçəyə satılır? - TƏFƏRRÜAT
Bu gün, 14:31
Saleh Məmmədov rəisi işdən çıxardı - ƏMR
Bu gün, 14:28
Onlayn xidmət budursa... - GİLEY
Bu gün, 14:20
Paşinyan Antonio Koşta ilə Minsk qrupunun ləğvini MÜZAKİRƏ ETDİ
Bu gün, 14:09
“ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” – “Qazaxıstan, Qırğızıstan diri heyvan ixracını dayandırıb”
Bu gün, 13:06
Bir generalın təhdidi, yüz generalın cavabı – NATO və Kreml arasında “Kalininqrad döyüşü”
Bu gün, 13:00
Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı
Bu gün, 12:56
Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir – Regionu hansı təhlükələr gözləyir?
Bu gün, 12:48
Məhbus jurnalistdən məktub var: -"Cənab Prezidentlə fəxr edirik"
Bu gün, 12:44
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar
Bu gün, 12:42
Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib - “Kommersant”
Bu gün, 12:37
Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq - TENDERLƏR QAZANDI
Bu gün, 12:28
Donetskdə şiddətli döyüş: - “Azov” hücuma keçdi
Bu gün, 12:26
Barəsində cinayət işi açılan Aytən Səfərovadan AÇIQLAMA: - “Bunun arxasında hansısa qüvvələr dayanıb”
Bu gün, 12:24
Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək - TENDERİN QALİBİ AÇIQLANDI
Bu gün, 12:20
Paşinyan da “türk Pezeşkian”ı deyir - ŞƏRH
Bu gün, 12:18
Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir – Azərbaycanda “Aİ-95” istehsal edilib?
Bu gün, 12:14
Paşinyan məzuniyyətə getdi
Bu gün, 12:11
"Hər cür insanları çox görmüşəm" - FOTO
Bu gün, 12:08
“Sea Breeze” Ağdam və Füzulidə 2 kəndin tikintisi üçün 112 milyon manat alacaq - TƏFƏRRÜAT
Bu gün, 12:05
İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub - İran mediası
Bu gün, 11:58
İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil – Hökumət sözçüsü
Bu gün, 11:56
Övladının sinif yoldaşına qarşı əxlaqsızlıq edərək fotoları “Tik-Tok”da paylaşan kişiyə AĞIR CƏZA
Bu gün, 11:41
"Bozqurd" işarəsi göstərdiyi üçün konsertləri ləğv edildi - FOTO
Bu gün, 11:36
İTM-in sevimli şirkəti: “Medsol” bir ildə qurumdan nə qədər pul qazanıb? - AXI NİYƏ?
Bu gün, 11:29
Azərbaycan Zəngəzur dəhlizi ilə Ermənistana qaz VERƏ BİLƏR
Bu gün, 11:25
Ölkənin ƏN BÖYÜK MOBİL OPERATORU... oğurluq üstündə YAXALANDI! - Üzr istəməli oldular və...
Bu gün, 11:19
475 min manatlıq satınalma yarımçıq qaldı - DETALLAR
Bu gün, 11:13
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub - onunla bərabər...
Bu gün, 11:03
Aİ liderləri Ukraynanı dəstəkləyən bəyanat qəbul edib - Macarıstan bu dəfə də...
Bu gün, 11:01
BU NƏDİ BELƏ: Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var
Bu gün, 11:00
Teatrın keçmiş direktoru aktyoru cinayət məsuliyyətinə cəlb etdirmək istədi, amma... - TƏFƏRRÜAT
Bu gün, 10:54
“Aztelekom”un Qarabağ Regional Filialına rəhbər təyin edilib - ƏMR
Bu gün, 10:51
İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır - Donald Tramp
Bu gün, 10:46
AHİK-in “elektron yollayış” dələduzluğu - FOTOFAKT
Bu gün, 10:30
“Aqroservis”in sədrinə yeni müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:23
“Amerikada oturub özümə düşmən qazanmaq istəmirəm, amma xalq artisti mahnı oxuyur, savadı yoxdur” - Elarizdən SƏRT AÇIQLAMA
Bu gün, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru