Moskvanı narahat edən Bakı gedişi .....                     Ermənistandan sürpriz Zəngəzur mesajı: .....                     Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu .....                     "Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir" .....                     Qadın kassirlər fəhlə kimi işlədilir .....                     Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi .....                     Sülh prosesində İran və Rusiya FAKTORU: .....                     Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib .....                     "Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" .....                     Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir .....                     Rusiyanın İÇİNDƏ SIXILAN AZƏRBAYCAN QAZI... .....                     Azərbaycanda kişi istidən öldü .....                     Bu artıq sıradan müharibə deyil .....                     İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi .....                     Tikintiyə sərf edilən vəsaitin 82%-i işğaldan azad olunan rayonların payına düşüb .....                     “Atəşgah” Sığorta Şirkəti”nin İdarə Heyətində dəyişiklik .....                     Ağ Şəhərdə “kupça”sız sakinlərdən məcburi parkinq haqqı .....                     Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb .....                     ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib .....                     Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı .....                     Məktəbli formalarının qiymətləri artacaq? .....                     Tramp Əliyev və Paşinyanı qonaq edəcək .....                     Bakıda köşk işçisini aldatdılar: .....                     Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında .....                     Dövlət Məşğulluq Agentliyi “Azpetrol”dan 137 min manatlıq benzin alacaq .....                     Dini düşmənçilikdə ittiham olunan .....                     Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? .....                     Ermənistanda PANİKA: Trampla görüşdən sonra... .....                     Bu ilin yeddi ayında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib .....                     Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi başlayıb .....                     Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib .....                     Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... .....                     Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir .....                     Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib .....                     Putin Kremldə Uitkoffu qəbul edir .....                     “Qarabağ”ın təklifini geri çevirdi, .....                     Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA .....                     Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... .....                     Hərbi Prokurorluqda yeni təyinat .....                     Penitensiar Xidmətin Alay komandiri vəfat edib .....                 

Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir - GƏLİŞMƏ
Tarix: Bu gün, 17:26 | Çap et

Son günlər ölkədə fəaliyyət göstərən məktəblərin rus bölmələri, eləcə də rus məktəblərinin bağlanacağı ilə bağlı fikirlər səslənsə də, bu, hələ real deyil.

Bu gün Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir. Onlardan 17 məktəb yalnız rus dilində tədris aparır. Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır. Rus bölməsində təhsil alan şagirdlərin sayı təxminən 156–160 min nəfərdir.

Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. Ancaq bu gün məktəblərin rus bölmələrində müəllim çatışmazlığı özünü göstərir. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə namizədlərin nəticələri aşağı olur:

“Rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50–60-dır. Azərbaycan bölməsi üzrə isə bu göstərici 80-dən yuxarıdır. Bu səbəbdən də rus bölməsinə yarıbayarı nəticə göstərən müəllimi işə götürməyə məcbur oluruq, çünki alternativ yoxdur”.

Məktəblərdəki rus bölmələri müəllim çatışmazlığına görə tədricən bağlana bilərmi?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, pedoqoji kadrlar hazırlayan universitetlərdə qəbul balı daha da yüksəlib:

“Artıq bu ixtisasa qəbul balı 600 bala çatıb. Ancaq son 5 ildə pedoqoji kadrlar hazırlayan universitetlərdə rus bölmələri üzrə müəllimlik ixtisasını seçən yoxdur. Çünki tədrisin keyfiyyəti çox aşağıdır. Ona görə ki, 5-ci sinifdən sonra müəllim çatışmazlığı var. Bu müəllim çatışmazlığı da ali məktəblərə qəbul vaxtı özünü göstərir.

Yəni o məzunlar qəbul vaxtı çox aşağı bal toplayırlar. İndiyə qədər valideynlər düşünürdülər ki, övladını rus bölməsinə qoyacaq və az balla hansısa ali təhsil müəssisəsinə qəbul ola biləcək. Ancaq təcrübə göstərir ki, bu cür “oyunlar” artıq keçmir. Artıq xarici dil kimi əksəriyyət ingilis dili qruplarını seçir.

Çünki ən çox pedaqoji kadrlar hazırlayan Azərbaycan Dövlət Pedoqoji Universiteti artıq ingilis dilində də müəllimlər, hətta ibtidai siniflər üçün ingilis dili müəllimi hazırlayır. Ona görə də 5-ci sinifdən sonrakı ixtisas fənn müəllimləri- fizika, riyaziyyat, biologiya, kimya, tarix üzrə kadr yetişmir”.

O deyib ki, rus bölmələrinin bağlanmasının əsas səbəbi də məhz bununla bağlı ola bilər:

“Bu məsələni Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi ilə əlaqələndirənlər var idi. Ancaq rus bölmələri ilə yaranan problem 5 ildir ki, davam edir. Yəni pedaqoji kadrlar yetişmədiyindən, rus bölmələrində ixtisaslı müəllimlər yoxdur.

İbtidai sinif müəllimləri güclə “yola verirlər”. Eyni zamanda, son dövrlər müəllimlərin işə qəbulu imtahanı da var ki, gənclər bu kimi imtahanları da nəzərə alıb pedaqoji ixtisaslara maraq göstərmirlər”.

Ekspertin sözlərinə görə, son 10 ilə qədər belə bir fikir formalaşmışdı ki, rus bölmələrində intellektli, savadlı şagirdlər yetişir:

“Ancaq təcrübə göstərdi ki, artıq müəllimlər azaldıqca, bu sahəyə diqqət azaldı. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Elm və Təhsil Nazirliyinin belə bir öhdəliyi yoxdur ki, rus bölmələrini xüsusi olaraq dərs vəsaitləri ilə təmin eləsin.

Ona görə də bu sahə artıq tədricən sıradan çıxmaq üzrədir. Məsələn, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı yerlərə hər il Azərbaycan dövlətinin vəsaiti hesabına dərs vəsaitləri göndərilir. Azərbaycan hökuməti bunu öhdəliyinə götürür. Ancaq bu gün Azərbaycanda fəaliyyət göstərən 340 rus bölməsinə Rusiya dövləti tərəfindən heç bir dərs vəsaiti daxil olmur.

Ona görə də mən düşünürəm ki, yaxın 3-5 il ərzində rus bölmələri tamamilə sıradan çıxacaq. Bizim Konstitusiyaya görə, ETN üzərində ancaq Azərbaycan dilində tədrisə görə məsuliyyət var. Hərçənd ki, Azərbaycan dövləti rus bölmələrinə yardım edir.

Bu gün rus bölmələrində sıxlıqla bağlı şikayət var. Çünki müəllim olmadığı üçün siniflərdə sıxlıq yaranır. Məsələn, bir sinifdə 40-45 şagird təhsil alır. Rus bölmələrində ibtidai sinif, fənn müəllimləri çatışmadığı üçün sıxlıq var. Elm və təhsil naziri də etiraf etdi ki, bizim onları xüsusi siniflə, dərs vəsaitləri ilə təmin etmək öhdəliyimiz yoxdur. Həqiqətən də Azərbaycan bu sahədə dəstək olur, ancaq öhdəliyi yoxdur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanı narahat edən Bakı gedişi – Zelenski birbaşa əlaqəyə keçdi
Bu gün, 18:02
Ermənistandan sürpriz Zəngəzur mesajı: - Bir addım qaldı
Bu gün, 18:00
Atasının qətlini sifariş verən Fərəc Fərəcova hökm oxundu
Bu gün, 17:51
"Bəzən gülümsəmək, hər şeyi dəyişdirmək üçün kifayətdir"
Bu gün, 17:48
Qadın kassirlər fəhlə kimi işlədilir - Ekspert xəbərdarlıq edir
Bu gün, 17:44
Məhkəmə Vətən müharibəsi qazisinə bu cəzanı verdi - TƏFƏRRÜAT
Bu gün, 17:42
Sülh prosesində İran və Rusiya FAKTORU: - Ermənistanın durumu çətindir
Bu gün, 17:39
Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib
Bu gün, 17:34
"Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" - "Azercell"dən ŞİKAYƏT
Bu gün, 17:31
Rus bölmələrinin bağlanması artıq şərt oldu: Rusiya dərs vəsaiti də vermir - GƏLİŞMƏ
Bu gün, 17:26
Rusiyanın İÇİNDƏ SIXILAN AZƏRBAYCAN QAZI... - ONSUZ DA...
Bu gün, 17:22
Azərbaycanda kişi istidən öldü - TƏFƏRRÜAT
Bu gün, 17:17
Bu artıq sıradan müharibə deyil – Böyük ərazinin tam işğalı başlayır
Bu gün, 17:14
İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi - TƏFƏRRÜAT
Bu gün, 17:08
Tikintiyə sərf edilən vəsaitin 82%-i işğaldan azad olunan rayonların payına düşüb
Bu gün, 17:03
“Atəşgah” Sığorta Şirkəti”nin İdarə Heyətində dəyişiklik
Bu gün, 17:00
Ağ Şəhərdə “kupça”sız sakinlərdən məcburi parkinq haqqı – “Evimizi almışıq, küçədə yer tapmırıq”
Bu gün, 16:58
Ermənistanda yol qəzasında 1 hərbçi ölüb, 3-ü yaralanıb - Shamshyan.com
Bu gün, 16:56
ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib
Bu gün, 16:54
Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı - DETALLAR
Bu gün, 16:06
Məktəbli formalarının qiymətləri artacaq? - RƏSMİ
Bu gün, 16:04
Tramp Əliyev və Paşinyanı qonaq edəcək - Dünya sülhü gözləyir
Bu gün, 15:59
Bakıda köşk işçisini aldatdılar: - Üzərində “etibarsızdır” yazılan dollarlar alıb
Bu gün, 15:58
Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında hansı şəraitdə saxlanılır
Bu gün, 15:52
Dövlət Məşğulluq Agentliyi “Azpetrol”dan 137 min manatlıq benzin alacaq - TƏFƏRRÜAT
Bu gün, 15:48
Dini düşmənçilikdə ittiham olunan İmamverdi Əhmədova hökm oxundu
Bu gün, 15:45
Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? - Yusif Pezeşkian
Bu gün, 15:43
Ermənistanda PANİKA: Trampla görüşdən sonra... – Moskvanın ilginc təxribat planı
Bu gün, 15:38
Bu ilin yeddi ayında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Bu gün, 15:35
Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi başlayıb
Bu gün, 15:32
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Bu gün, 15:00
Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... - İLGİNC FAKTLAR...
Bu gün, 14:59
Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir - “İşləmək istəyirəm, çarəsiz qalmışam...”
Bu gün, 13:42
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib - “X”
Bu gün, 13:32
Putin Kremldə Uitkoffu qəbul edir - KİV
Bu gün, 13:10
“Qarabağ”ın təklifini geri çevirdi, bu kluba “HƏ” söylədi
Bu gün, 13:03
Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA – QALMAQAL
Bu gün, 12:54
Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... - AKTUAL
Bu gün, 12:50
Hərbi Prokurorluqda yeni təyinat - ƏMR
Bu gün, 12:47
Penitensiar Xidmətin Alay komandiri vəfat edib
Bu gün, 12:45
Ekologiya naziri postuna 3 namizəd var - AKTUAL
Bu gün, 12:38
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:29
“Qarabağ” Çempionlar Liqasına vəsiqə QAZANA BİLƏR
Bu gün, 12:26
İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə – Görün nələr yazılır
Bu gün, 12:22
Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi - MƏHKƏMƏ
Bu gün, 12:19
Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib - VİDEO
Bu gün, 12:12
Geosiyasi reallıqlar dəyişib: - Rusiya Azərbaycana qarşı əvvəlki gücdə deyil
Bu gün, 12:10
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 12:08
Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik - NƏ BAŞ VERİR?
Bu gün, 12:01
İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... - DETALLAR
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru