Gəncədə küçədən kişi meyiti tapılıb.
"DİA-AZ" Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Sözügedən ərazidə təxminən 70 yaşlarında olan kişinin meyiti aşkarlanıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Məlumata görə, yaşlı kişi isti havada ürək tutmasından dünyasını dəyişib.
Onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.