Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                     Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb .....                     Barışığa Qarabağdan atılan güllələr .....                     Geosiyasətin cinayət yolu... .....                     Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? .....                     Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR .....                 

Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Tarix: 6-02-2025, 17:08 | Çap et
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir:
Suriya üzərində nəzarət uğrunda mübarizə artıq amansız xarakter almağa başlayıb. Bəşər Əsəd rejiminin devrilməsindən sonra bu məsələ daha da aktuallaşmış kimi görünür. Çünki Əsəd rejiminin birdəfəlik sıradan çıxarılması Suriyada situasiyanı ciddi şəkildə dəyişib. Hər halda, yeni keçid hökumətinin qurulmasına qədər Suriyada daha çox dörd ölkə hərbi-siyasi iradə sahibi idi. Və əsas qarşıdurma xarakterli rəqabət də məhz bu dörd ölkə arasında cərəyan edirdi.

Onu da qeyd etmək lazımdır ki, Əsəd rejimi dövründə Suriyada hegemon mövqelərə malik iki dövlət - Rusiya və İran artıq bu ölkəni tərk edib. İran Suriyada bütün proxy qüvvələrini tamamilə itirib. Rusiyanın isə Suriyada siyasi-ideoloji dayaqları qalmayıb. Kreml indi Suriyada olan hərbi bazalarını da çıxartmaq məcburiyyətindədir. Və bu, Rusiyanın yalnız Suriyada deyil, həm də ümumiyyətlə, Yaxın Şərqdə geopolitik təsir mexanizmlərinin ləğv edilməsi anlamı daşıyır.

Digər tərəfdən, Suriyada geridə qalan mərhələnin hüquqi-siyasi təftişi Rusiya üçün əlavə beynəlxalq problemlər də vəd edir. Belə ki, Kremlin uzun illər ərzində israrla dəstəkləyib, mövcudluğunu təmin etdiyi Əsəd rejimi saysız-hesabsız dəhşətli bəşəri cinayətlər törədib. Yəni, Rusiya Əsəd rejiminin həmin cinayətlərinə dolayısı və ya birbaşa şərik çıxıb. Deməli, Kreml bütün bunlara görə də cavab verməli olacaq.

Məsələ ondadır ki, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa bu barədə prinsipial mövqeyini artıq ortaya qoyub. Belə ki, Kremlin Rusiya hərbi bazalarının Suriyada qalmasını razılaşdırmaq üçün Dəməşqə göndərdiyi yüksək rütbəli rus diplomatlara Əsəd rejiminin bəşəri cinayətləri xatırladılıb. Üstəlik, Rusiyanın da cinayətkar rejimi dəstəklədiyi əsas gətirilərək, kompensasiya tələb olunub. Eyni zamanda, Kremldən Rusiyaya sığınmış cinayətkar prezident Bəşər Əsədin Suriyaya təhvil verməsinin vacib olduğu vurğulanıb. Və bununla da Suriya Rusiya üçün artıq qapanmış geopolitik məkana çevrilib.

Maraqlıdır ki, ABŞ-ın da Suriyadan çıxma ehtimalı artıq inandırıcı görüntülər almağa başlayıb. Belə ki, Ağ Evin yeni sahibi Donald Tramp hələ prezident seçkilərindən sonra ABŞ hərbi bazalarını Suriyadan çıxaracağını bəyan etmişdi. Pentaqon buna müqavimət göstərməyə çalışsa da, prezident Donald Tramp bu məsələdə mövqeyini dəyişmək niyyətində olmadığını biruzə verir. ABŞ-ın müdafiə naziri dəyişdirildikdən sonra isə Pentaqon bu məsələ ilə bağlı xüsusi plan hazırlamağa da başlayıb. Və həmin plana görə, ABŞ hərbi bazaları Suriyadan təxminən üç ay sonra çıxarılmağa başlaya bilər.

Göründüyü kimi, Suriyaya heç bir aidiyyatı olmayan kənar güclər bu ölkəni tədricən tərk etmək məcburiyyətində qalıb. Belə situasiya birmənalı şəkildə Türkiyənin milli təhlükəsizlik maraqlarına tamamilə cavab verir. Ən azından ona görə ki, ABŞ, Rusiya və İran Suriyada Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən PKK/YPG terror təşkilatını dəstəkləyir. Bu üç ölkənin Suriyada olmayacağı təqdirdə, Türkiyə çox qısa zaman ərzində bu terror təşkilatının tamamilə sıradan çıxara bilər.

Digər tərəfdən, yaranmış yeni situasiya sayəsində Suriyanın yenidən bərpa olunması ilə bağlı önəmli prosesdə avanqard dövlətə çevrilmə şansı da qazanmaq üzrədir. Belə ki, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Türkiyə ilə strateji münasibətilərə xüsusi önəm verdiyini qətiyyən göstərmir. O, Səudiyyə Ərəbistanından sonra Türkiyəyə rəsmi səfər etməklə, Suriyanın yeni dönəm üçün əsas strateji tərəfdaşlarını elan etmiş oldu. Və bununla da rəsmi Dəməşqin Suriyanın yenidən qurulması prosesində həm Türkiyənin, həm də Səudiyyə Ərəbistanının avanqard mövqeyə malik olacağını təsdiqlədi.

Məsələ ondadır ki, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı Suriyanın ərazi bütövlüyünü əsas prioritet olaraq, qəbul edir. Eyni zamanda, Suriyanın yenidən bərpa edilməsi prosesinin də məhz bu ölkənin ərazi bütövlüyü çərçivəsində reallaşdırılmasının vacibliyini vurğulayır. Və bu baxımdan, prezident Əhməd əl-Şaraanın Suriyanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyinin həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyanın gələcək taleyinin müəyyən olunmasına yalnız pozitiv məzmunda töhfə verə biləcək iki önəmli tərəfdaş sayılır. Belə ki, Suriyanın ordu quruculuğunda rəsmi Dəməşqin müasir hərbi texnologiyalara demək olar ki, çıxışı yoxdur. Yəni, müasir hərbi texnika Suriya üçün hazırda əlçatmaz xarakter daşıyır. Bu problemi isə hazırda yalnız Türkiyə həll edə bilər. Və bu baxımdan, Suriyanın ordu quruculuğu prosesinin Türkiyənin nəzarətinə verilməsi rəsmi Dəməşq üçün hazırda yeganə doğru seçim anlamı daşıyır.

Səudiyyə Ərəbistanı isə Suriya üçün rəsmi Dəməşqin hazırda böyük ehtiyac duyduğu önəmli maliyyə qaynağı rolunu oynaya bilər. Yəni Səudiyyə Ərəbistanı Suriyanın yenidən qurulması prosesinin sponsorluğunu bütövlükdə öz üzərinə götürəcək qədər geniş maliyyə resurslarına sahibdir. Səudiyyə Ərəbistanın Suriyada yerləşməsi ilk növbədə bu ölkənin giriş qapılarının İranın üzünə tamamilə bağlanması baxımından da böyük önəm daşıyır. Belə anlaşılır ki, Suriyanın müvəqqəti hökuməti ölkənin gələcək taleyini Türkiyə və Səudiyyə Ərəbistanı kimi etibarlı tərəfdaşların öhdəsinə buraxmaq niyyətindədir.

Göründüyü kimi, Rusiya və İran Suriyadan tamamilə çıxarılmaq üzrədir. ABŞ da yaxın vaxtlarda öz hərbi bazalarını Suriyadan çıxartmağa hazırlaşır. Deməli, indi Suriyanın Türkiyənin milli təhlükəsizlik maraqlarına uyğun yenidən qurulması prosesi böyük ölçüdə rəsmi Ankaranın iradəsi altına düşə bilər. Və prezident Rəcəb Tayyib Ərdoğanın Suriya planı isə Türkiyənin təhlükəsizliyini təmin etməklə yanaşı, həm də ümumiyyətlə, Yaxın Şərqin yenidən dizayn edilməsinə birbaşa təsir göstərə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36
Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34
NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31
"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru