Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Tarix: 1-10-2024, 17:58 |
Çap et
Aşıq Əhlimanın səhhətində heç bir iləlləyiş yoxdur.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Aşıq hazırda müalicə olunduğunu vurğulayıb:
"Müalicə olunuram, özümü yaxşı hiss edirəm. Həkimə gedirəm, müayinədən keçirəm. Dərmanlarla yaşayıram".
"Toylara, el şənliklərinə dəvət alırsınız" sualına aşığın cavabı belə olub:
"Ancaq qonaq gedirik. Dəvət edirlər, biz də yoldaşımla gedirik".
Qeyd edək ki, Aşıq Əhliman bir neçə il bundan əvvəl insult keçirib. Ondan sonra aşığın koronavirusa yoluxması ilə bağlı məlumat yayılmışdı.