Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir .....                     Azərbaycan Rusiyanın şərtini qəbul etməyib .....                     Tülin Ələkbərova restoranda qadını niyə döyüb? .....                     Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? .....                     Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar .....                     "Oleq Bakinski" məhkəmədən bəraət tələb edir .....                     Zatulini qorxudan Zəngəzur və Turan: .....                     Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? .....                     AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib .....                     Ermənistanın Belarus əngəli: .....                     Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı .....                     Putin gözləyir ki, ilk addımı Əliyev atsın... .....                     Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR .....                     Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ .....                     Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib .....                     “Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... .....                     Hüseyn Həsənovun evinə BASQIN .....                     Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA .....                     Hüseyn Hüseynov görəvdən alındı .....                     “Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” .....                     AZCON-da yeni TƏYİNAT .....                     “Silk Way West Airlines” yeni şirkət təsis edib .....                     “Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Space”ə keçən APARICI: .....                     Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ .....                     Putin müharibəni bitirmir: .....                     Moskva körpüləri yandırmaq istəmir: .....                     “İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” .....                     Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat .....                     14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi .....                     "Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb .....                     Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur .....                     Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı .....                     Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Netanyahu Makronu İsrailə buraxmayıb .....                     "Biz mübarizə aparırıq" .....                     Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq .....                     Pekində görüş niyə alınmadı? .....                 

Paşinyanın Qərblə Rusiya arasında “var-gəl”i - İNCƏLƏMƏ
Tarix: 6-09-2024, 17:50 | Çap et
Paşinyanın Qərblə Rusiya arasında “var-gəl”i
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə avqustun 23-də baş tutan telefon söhbətindən sonra iki ölkə arasında fikir ayrılığının yarandığı bir sıra sahələr üzrə yaxınlaşmanın baş verəcəyinə dair məlumatlar yayılıb.

Söhbət ilk növbədə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrini bərpa etməsindən gedir.

“Hraparak” qəzeti Ermənistan Baş nazirinin BRİKS ölkələrinin Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək sammitində və MDB dövlət başçılarının növbəti zirvə görüşündə gözlənilən iştirakının KTMT ilə münasibətlərin qaydaya düşməsi istiqamətində bir addım kimi şərh edir.

Nəşr qeyd edir ki, Rusiyanın siyasi müstəvisi olan MDB və KTMT-ni boykot edən Paşinyanın sammitlərə getməsi də bununla bağlıdır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova KTMT-nin işində İrəvanın tam şəkildə iştirakını bərpa edəcəyini gözlədiklərini deyib.

Eyni zamanda, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin KTMT-də fəaliyyətini bərpa etmək üçün rəsmi İrəvana açıq çağırış edib:

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakı ilk növbədə, respublika əhalisinin maraqlarına cavab verir və Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına xidmət edir”.

“Ermənistan KTMT-nin üzvü olaraq qalır və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır. Biz qəti əminik ki, Ermənistanın KTMT-nin işində tam şəkildə iştirakı ilk növbədə, erməni xalqının maraqlarına cavab verir və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət edir. İrəvanla getdikcə daha çox maraqlanan qərbli “xeyirxahların” vədləri nə olursa olsun, bu gün Ermənistanın təhlükəsizliyini təmin edən mexanizm kimi KTMT-nin effektiv alternativi yoxdur”,-deyə diplomat bildirib.

Onun fikrincə, əgər 2022-ci ilin sentyabrında Ermənistan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılıq versəydi, İrəvanın indi üzləşdiyi bir çox risklərin qarşısı alına bilərdi. Göründüyü kimi, Rusiya Ermənistana KTMT-də dondurulmuş fəaliyyətini yenidən aktivləşdirmək üçün ardıcıl çağırış edir.

Çünki KTMT-dən uzaqlaşan Ermənistanın alyansın sıralarını tərk etməsi Rusiyanın Cənubi Qafqazdakı geosiyasi mövqeyini itirməsi deməkdir. Bu proses davamlı şəkildə Rusiya hərbi bazasının Ermənistandan çıxması ilə bağlı tələblərin gündəmə gəlməsinə səbəb olacaq.

Rusiyanın Cənubi Qafqazdakı strateji mövqelərini itirməsi ABŞ və Avropa İttifaqının regiona daxil olmasına gətirib çıxara bilər. Son zamanlar Avropa İttifaqının müşahidə missiyasının, ABŞ hərbçilərinin Ermənistana gəlməsi, İrəvanın Fransadan ağır silahlar alması fonunda bu prosesin baş verməsi müşahidə olunur.

Ermənistanın Qərbin təhlükəsizlik sisteminə inteqrasiya prosesi Paşinyan hakimiyyətinin KTMT-ni boykot etməsi ilə paralel həyata keçirilir. Bu baxımdan, Kremlin Ermənistanı KTMT-də saxlamaq üçün hələlik təzyiqdən daha çox, anlaşmaya üstünlük verdiyini görmək olar. Rəsmi İrəvanın bu məsələdə Rusiyanın siyasi orbitinə qayıtmağa nə qədər hazır olduğunu birmənalı söyləmək mümkün deyil. Çünki Paşinyan getdikcə Qərbə nə qədər yaxın görünsə də, Rusiya ilə münasibətləri kəsməkdə maraqlı görünmür. Yəni Ermənistan rəhbərliyi Rusiya və Qərb arasında siyasi manipulyasiya imkanlarını saxlayır.

Məsələn, Nikol Paşinyanın Vladimir Putinlə telefon danışığından sonra Azərbaycan Prezidenti ilə sərhəddə ikitərəfli formatda görüşmək təklifini siyasi “vakum” yaratmaq cəhdi adlandırmaq olar. Belə ki, Paşinyan bir tərəfdən Rusiyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsindən yayınmaqla özünün Qərbə sadiqliyini nümayiş etdirir.

Paşinyan Rusiyanın vasitəçiliyinə ehtiyac olmadığını, Azərbaycanla birbaşa danışıqlar aparmaq imkanına malik olduğunu demək istəyir. Digər tərəfdən, Ermənistanın Baş naziri Rusiyaya Qərb platformalarından uzaqlaşdığını və neytral mövqe tutduğunu göstərir. Bununla da Paşinyan Cənubi Qafqazda geosiyasi fəallığı artan Rusiyanın mümkün təzyiqlərindən özünü sığortalamağa cəhd edir. Lakin son məlumatlar Rusiyanın KTMT-dən çıxmağı əngəlləmək üçün Paşinyana qaneedici təkliflər verdiyini deməyə əsas verir.

“Hraparak” qəzetinin yazdığına görə, Putin Paşinyanla telefon söhbəti zamanı ona Azərbaycan Prezidentindən Ermənistana təzyiqləri azaltmağı xahiş etdiyini deyib. Paşinyanın Rusiyanın MDB və KTMT müstəvilərində iştirak etmək qərarı da bununla izah olunur. Əslində isə, Azərbaycan Ermənistana təzyiq etmir.

Çünki Azərbaycan sülh müqaviləsinin mətni və kommunikasiyaların açılması ilə bağlı tələblərini danışıqlar vasitəsilə Ermənistana çatdırır. İndiyə qədər bu istiqamətdə ciddi irəliləyişin baş verməməsi Ermənistanın qeyd edilən şərtləri qəbul etməməsi ilə bağlıdır.

Bu da Azərbaycanın siyasi təzyiqləri barədə iddiaların əsasız olduğunu təsdiq edir. Ancaq Putinin Bakıya səfərindən sonra Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi kimi məsələlərdə Rusiyanın aktivləşməsi Ermənistana gerçək təzyiqin elə Moskvadan gəldiyini göstərir. Yəni Paşinyan hakimiyyətinin KTMT-də qalmaq qərarı müqabilində Rusiyanın Zəngəzur dəhlizi məsələsində Ermənistanın maraqlarını nəzərə alması mümkündür.

Eləcə də, Rusiya Ermənistan-Azərbaycan sərhədinin 1991-ci il xəritələri əsasında müəyyənləşməsi və Ermənistanın ərazi bütövlüyünün 29743 kv. km. olmasına dair Paşinyanın şərtlərinin tanınmasına dəstək verə bilər. Əks təqdirdə, Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndinin icrasını tələb edə bilər. Eyni zamanda, Rusiya Sovet dövründə Azərbaycan torpaqlarının qanunsuz olaraq Ermənistana verilməsi və indiki şərti sərhəd xəttinin saxta olduğunu təsdiqləyən sənədləri açıqlamaq imkanlarına malikdir.

Ona görə də Ermənistanın Rusiyanın tələblərinə əməl etməsi, o cümlədən KTMT ilə yaxınlaşması mövcud təzyiqlərdən yayınmaq cəhdi ilə izah oluna bilər. Rusiyanın Ermənistan qarşısında qoyduğu şərtlər kifayət qədər açıqdır. Hətta bu məqsədlə Rusiyanın ata biləcəyi addımlar Azərbaycanın maraqlarına cavab vermir.

Bu baxımdan səfir Kopırkinin 2022-ci il sentyabr döyüşlərini xatırlatması təsadüfi deyil. Diplomat Nikol Paşinyana KTMT-yə üzv olan dövlətlərin 2022-ci il noyabrın 23-də İrəvanda keçirilmiş sammitinin protokolunu imzalamamaqla səhvə yol verdiyini xatırlatmaq istəyir. Qeyd edək ki, Paşinyan ölkə başçılarından Azərbaycanı işğalçı kimi tanımağı tələb etmişdi.

Lakin KTMT üzvləri bununla razılaşmamış, Paşinyan isə yekun sənədi imzalamaqdan imtina etmişdi. Həmin protokol Ermənistan-Azərbaycan sərhədinə KTMT müşahidəçilərinin yerləşdirlməsini nəzərdə tuturdu.

Bundan sonra Ermənistan hakimiyyəti Avropa İttifaqının müşahidə missiyasını şərti sərhədə dəvət etmişdi. Sergey Kopırkin isə Paşinyana bu sənədin hələ də qüvvəsini itirmədiyinə dair mesaj verir. Yəni Ermənistan KTMT-də fəaliyyətini bərpa etsə və avropalı müşahidəçiləri öz ərazisindən çıxarsa, Rusiya onun Azərbaycanla sərhədlərinin təhlükəsizliyinə təminat verə bilər. Çünki müqavilə-hüquq bazasına görə, Ermənistanın təhlükəsizliyinin təminatı Qərb deyil, Rusiya və KTMT-dir.

Ona görə də Qərb Ermənistanın təhlükəsizliyinə rəsmən təminat vermir.

Bu, yalnız Ermənistan KTMT-dən çıxdıqdan sonra mümkündür. Rusiya səfiri isə Ermənistanın təşkilata üzv olan zaman mövcud olan sərhədlərinin təhlükəsizliyini müdafiə etməyə hazır olduğunu vurğulayır. Xatırladaq ki, indiyə qədər KTMT ölkələri Ermənistana yalnız delimitasiya edilmiş sərhədlərin təhlükəsizliyini təmin edə biləcəyini bildirib. Avropa İttifaqının müşahidəçiləri isə bu şərti irəli sürmür.

Ancaq son günlər rəsmi Moskva sərhədlərin müəyyənləşməsində məsləhətçi tərəf kimi iştirakını təklif etməklə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılan xəritələrdən istifadə olunmasına çalışır.

Əgər Rusiya KTMT məsələsində Ermənistanla razılaşarsa, delimitasiya və demarkasiya prosesinin 1991-ci il xəritələri əsasında aparılması barədə Paşinyanın mövqeyini dəstəkləyə bilər. Lakin Azərbaycan heç bir halda bu mövqe ilə barışmayacaq. Çünki Sovet hakimiyyəti 1991-ci ili deyil, 920-ci ilin aprel ayından sonra 70 ildən artıq bir dövrü əhatə edir. Ona görə də sərhədlərin delimitasiyasında istənilən ilin xəritəsi tətbiq oluna bilər.

Müşfiq Abdulla
"Cebheinfo.az"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diqtə edir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:04
Azərbaycan Rusiyanın şərtini qəbul etməyib - İNCƏLƏMƏ
Bu gün, 18:02
Tülin Ələkbərova restoranda qadını niyə döyüb? - TƏFƏRRÜAT
Bu gün, 17:54
Hövsanda zədələnmiş dövlət bayrağı niyə hələ də ASILI qalır? – Ərazi nümayəndəsindən QALMAQALLI AÇIQLAMA
Bu gün, 17:47
Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar - ŞƏRH
Bu gün, 17:45
"Oleq Bakinski" məhkəmədən bəraət tələb edir
Bu gün, 17:28
Zatulini qorxudan Zəngəzur və Turan: - Rus deputat niyə bu qədər qəzəblidir?
Bu gün, 17:24
Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? - AKTUAL
Bu gün, 17:21
AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib - FOTO
Bu gün, 17:19
Ermənistanın Belarus əngəli: - Lukaşenko Paşinyanın təşəbbüs göstərməsini gözləyir
Bu gün, 17:08
Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı - ƏMR
Bu gün, 17:04
Putin gözləyir ki, ilk addımı Əliyev atsın... - AMMA...
Bu gün, 17:02
Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR - NƏ BAŞ VERİR?
Bu gün, 16:59
Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ - SİYAHI
Bu gün, 16:47
Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib - TƏFƏRRÜAT
Bu gün, 16:45
“Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... LƏĞV OLUNUR!
Bu gün, 16:44
Hüseyn Həsənovun evinə BASQIN - VİDEO
Bu gün, 16:39
Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA - “Həbsdən çıxdıqdan sonra daha ağır cinayətləri törədəcək”
Bu gün, 16:34
Hüseyn Hüseynov görəvdən alındı - SƏRƏNCAM
Bu gün, 16:31
“Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” - deputat
Bu gün, 13:08
AZCON-da yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 13:05
“Silk Way West Airlines” yeni şirkət təsis edib
Bu gün, 12:57
“Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” - FAKT BUDUR!
Bu gün, 12:53
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:50
“Space”ə keçən APARICI: - “Heç kimi bezdirməyəcəyəm”
Bu gün, 12:47
Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ – Pul üçün nələr etdilər?
Bu gün, 12:39
Putin müharibəni bitirmir: - Əsgərlər isə evə qayıtmağı gözləyir
Bu gün, 12:34
Moskva körpüləri yandırmaq istəmir: - Putin o sözlərlə nəyi demək istədi?
Bu gün, 12:31
“İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” – Qazax sakini baş prokurora müraciət etdi
Bu gün, 12:27
Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:22
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO
Bu gün, 12:20
"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb
Bu gün, 12:16
Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur - ŞƏRH
Bu gün, 12:14
Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı - DETALLAR
Bu gün, 12:10
Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir - Aleksey Overçuk
Bu gün, 12:08
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Netanyahu Makronu İsrailə buraxmayıb - “Channel 13” telekanalı
Bu gün, 11:55
"Biz mübarizə aparırıq" - "Şərurulu İsfəndiyar"
Bu gün, 11:48
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq
Bu gün, 11:43
Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
Bu gün, 11:40
Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı
Bu gün, 11:36
TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK - Naxçıvanda ictimai nəqliyyat problemi
Bu gün, 11:31
Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:23
ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? - “Eurasia.net”
Bu gün, 11:21
Tehran yola gəldi: - ”Sülh bəyanatının mətnində…”
Bu gün, 11:17
Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır - deputat
Bu gün, 11:16
Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub - “Armlur”
Bu gün, 11:13
Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 11:11
Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
Bu gün, 10:58
Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq - ÇÜNKİ...
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru