Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir .....                     O kapitana zəng edildi .....                     Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb .....                     Azərbaycan polisi 107 yaşını qeyd edir .....                     "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                     Şıxlinskinin oğlu atasının həbsindən .....                     Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                 

İranın Zəngəzur hikkəsi BİTMİR - Rusiyaya təzyiqin PƏRDƏARXASI
Tarix: 5-09-2024, 08:58 | Çap et
İranın Zəngəzur hikkəsi BİTMİR
Zəngəzur dəhlizi ilə bağlı bütün dünya bir yana, İran və Ermənistan isə bir yanadır. Bəllidir ki, bu dəhlizin işə düşməsi Qərbin, Avropanın və Rusiyanın da maraqlarına uyğundur. Rusiya hətta həmin marşrutun açılmasında xüsusi israr edir. Ancaq Ermənistan və İran buna görə Rusiya ilə konfrontasiyaya getməkdən çəkinmirlər. İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşrutla bağlı pozitiv mövqeyinə görə Rusiyaya təzyiq cəhdləri göstərməyə başlayıb.

Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında buna dair görüş də keçirilib. Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb. Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin regionda sülh və stabil olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması vurğulanıb. Tərəflər həmçinin qarşıdan gələn görüşlə bağlı bütün tərəflərin maraqlarını nəzərə alaraq, məsələlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə və iqtisadi planların həyata keçirilməsinə kömək etmək üçün region ölkələrinin imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıblar. Həmçinin 3+3 formatı çərçivəsində qarşıdan gələn iclası və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü müzakirə olunub. Qeyd edək ki, bir müddət əvvəl Bakıda səfər olan Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanalı"na açıqlamasında deyib ki, Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir. “Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur-red.) keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, - Lavrov deyib. Görünən budur ki, İran Zəngəzur dəhlizi ilə bağlı hikkəsindən əl çəkmir. Bəs Rusiya onu yola gətirə bilərmi? Müraciət etdiyimiz ekspertlərin sözlərindən belə aydın olur ki, cənub qonşumuzun Ermənistanla birlikdə yolumuzu kəsmək niyyəti iflasa uğrayacaq.

“Zəngəzur dəhlizini zorla açmaq niyyətində deyilik. Baxmayaraq ki, Ermənistan Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hərbi aqressivlik və hərbi ritorika göstərməyə çalışmaqda ittiham etməyə davam edir”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında politoloq Tural İsmayılov dedi. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının reallaşması ilə bağlı artıq ortada konkret, əməli işlər var: “Tehranda xarici işlər nazirlərinin 3+3 formatlı görüşündə də İran ərazisindən Azərbaycanın Naxçıvana quru yolunun formalaşdırılması məsələsi müzakirə edilib. Azərbaycanla İran tərəfindən artıq bu məsələ ilə bağlı əməli addımlara start verilib. Zəngəzur dəhlizinin alternativi kimi bu layihə işləkdir. Ancaq digər tərəfdən, Ermənistan təəssüflər olsun ki, 10 noyabr bəyanatını yerinə yetirmədi. Hələ ki İrəvan Zəngəzur dəhlizi ilə bağlı məsələni bloklamağa davam edir. Belə olan təqdirdə Ermənistanın özəlliklə Qərbdəki havadarlarının təxribatları vasitəsilə Zəngəzur dəhlizinə əngəl törətməsi, həmçinin Zəngəzur dəhlizində təhlükəsizliyin Rusiya tərəfindən təmin edilməsi ehtimallarını da sıfırlamağa, səylərini bu layihənin ciddi şəkildə sabotaja uğradılmasına yönəldib".

T.İsmayılov şübhə etmir ki, Azərbaycan Mehri üzərindən Naxçıvana quru keçidlə bağlı öz ritorikasını və siyasətini davam etdirəcək: “Amma biz hansısa güc yolu ilə yaxud digər vasitələrdən istifadə edərək Zəngəzur dəhlizini zorla açmaq niyyətində deyilik. Baxmayaraq ki, Ermənistan Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hərbi aqressivlik və hərbi ritorika göstərməyə çalışmaqla ittiham etməkdə davam edir. Ancaq istənilən halda hesab edirəm ki, Azərbaycanın bu məsələ mövqeyi sabitdir. Biz sülh şəraitində, barış şəraitində, iki ölkənin anlaşması şəraitində bu dəhlizin açılmağını istəyirik. Ancaq faktiki olaraq Ermənistanın və Ermənistanın Qərbdəki havadarlarının indiki tormozlayıcı mövqeyi yaxın zamanda dəhlizin açılma imkanlarını sual altına alıb. İstənilən halda, Azərbaycan dayanmır və alternativ yolların üzərində ciddi şəkildə işlər gedir. Həm Ermənistanın müxtəlif təxribatları, həm də onun havadarlarının bölgə ilə bağlı yanlış siyasətləri nəticəsində nəinki Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi bağlı ciddi irəliləyişlər var, əksinə, Ermənistanın hər gün daha da silahlandırıldığını və bölgədə sülh əleyhinə sabotajçı qüvvə kimi ondan istifadə edildiyini görürük. Digər bir tərəfdən nəzərə almalıyıq ki, Zəngəzur dəhlizi Ermənistanın bir dövlət olaraq 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikdir. Bu gün nə qədər ki, Ermənistan hakimiyyəti, ictimai-siyasi camiyası bu prosesdən boyun qaçırtmağa və ya müxtəlif kontekslərdə manipulyasiya etməyə çalışsa da reallıq dediklərimizdən ibarətdir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı məsələ əvvəl-axır Azərbaycanın tələblərinə uyğun yerinə yetirilməlidir. Sadəcə olaraq rəsmi Bakı növbəti dəfə böyüklük göstərib dövlət etikası nümayiş etdirərək danışıqlar prosesinin dalana dirənməməsi üçün belə bir addım atıb”.

Politoloqun sözlərinə görə, bütün bunlar o demək deyil ki, Zəngəzur məsələsi arxa plana keçib: “Bununla Azərbaycan növbəti dəfə nümayiş etdirmiş olur ki, bütün kompromislərə və səmimi niyyətlərinə rəğmən onun qarşısında sülhlə bağlı mesajlar verib praktikada sülh prosesini sabotaj edən bir dövlət dayanıb. İran əlindəki bütün vasitələr və qüvvələrdən istifadə edir. Hətta bəzən daha irəli gedərək hədələyir. Rəsmi Tehran bu istiqamətdə həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə çalışır. Cənub qonşumuz dəhlizin açılması fonunda Türk dünyası arasında quru bağlantısının yaranacağını, növbəti mərhələdə isə Güney Azərbaycanda müstəqillik istəklərinin artacağını düşünür. Hətta deyərdim, bu prosesi Bakı və Ankaranın başladacağını ehtimal edir. Təbii ki, bütün bunlar boş paronoyadan başqa bir şey deyil. İran Rusiya faktoruna görə bu dəfə məsələyə loyal baxa bilər. Kreml və Tehran başqa sahələrdə əməkdaşlıq etsə də, Zəngəzur dəhlizi ilə bağlı fikirləri bir qədər fərqlidir. Amma Azərbaycanın, Çinin, Türkiyənin, Rusiyanın bu məsələdə maraqlarının üst-üstə düşməsi Tehranı geri addım atmağa vadar edə bilər”.

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq var: “Amma bunu sülh müqaviləsindən çıxararaq sonrakı mərhələyə saxlayıblar. Çünki bu yola nəzarət uğrunda Rusiya və Ermənistan arasında kəskin fikir ayrılıqları var. Məhz Ermənistan Rusiyanın bu yola nəzarət etməsini istəmir. Bundan əlavə, İran da Zəngəzur dəhlizinin əleyhinədir. Çünki İran istəyir ki, dəhliz öz ərazisindən keçsin və beynəlxalq marşruta özü nəzarət etsin. Rusiya da Zəngəzur dəhlizinin açılmasına çalışır və son günlərdə bu barədə ciddi açıqlamalarla çıxış edir, mövqelər ortaya qoyur. Rusiya bu yola nəzarət etmək hüququndan bəhs edərkən 10 noyabr birgə bəyannaməsinin qüvvədə olduğunu qeyd edir”.

M.Əsədullazadə qeyd etdi ki, hazırda Ermənistan və İran Rusiyaya qarşıdır: “İranın mövqeyi anlaşılmaz və destruktivdir. İlk növbədə Ermənistan Tehranın mövqeyinə etiraz etməlidir. Çünki Zəngəzur yolu Ermənistanın iqtisadi maraqlarına cavab verir. Görürük ki, İrəvan İranla Azərbaycanı üz-üzə qoymaq istəyir. Halbuki Ermənistan buna etirazını bildirməlidir. Əgər Ermənistan İranın mövqeyinə etiraz edərsə, Tehranın deyəcəyi söz qalmayacaq. Yaxud əgər Ermənistan Rusiyanın bu yola nəzarət etməsi ilə razılaşarsa, Moskva Tehranı neytrallaşdıracaq”. Ekspert əmindir ki, Ermənistan tərəf İrana etiraz edəcəksə, Tehran prosesə mane ola bilməyəcək: “ABŞ da çalışır ki, dəhliz açılsın və yola beynəlxalq bir təşkilat nəzarət etsin. Prinsipcə, bu uyğundur və regionun maraqlarına cavab verir”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Dünən, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Dünən, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Dünən, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Dünən, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Dünən, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Dünən, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Dünən, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Dünən, 11:10
Miri Yusifə ağır itki - FOTO
Dünən, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Dünən, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Dünən, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Dünən, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Dünən, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Dünən, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Dünən, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Dünən, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Dünən, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Dünən, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru