Ermənistan Zəngəzur dəhlizini xarici şirkətə verir
Tarix: 5-09-2024, 00:05 |
Çap et
"Ermənistan Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl təhlükəsizlik agentliklərinə həvalə etmək imkanını nəzərdən keçirir".
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini Mnasakan Səfəryan parlamentdə çıxışı zamanı belə deyib.
“Bəli, mümkündür, lakin hazırda əlavə məlumat yoxdur”,-deyə Safaryan əlavə edib.
Onun sözlərinə görə, bu halda özəl mühafizə şirkəti kommunikasiyaların Azərbaycan ərazisindən keçəcək hissəsini də mühafizə etməlidir. Eyni zamanda, Səfəryan izah edib ki, sərhəddə Ermənistan sərhədçiləri və gömrükçüləri dayanacaq.