Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                     Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir .....                     Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU .....                     Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı .....                     Şəbnəm buna görə 30 min dollar qonorar alıb .....                     İcra başçıları toya nə qədər pul yazdırır? .....                     Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək .....                     Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi .....                     Qəzetlərin KİTABI BAĞLANIR... .....                     Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ .....                     "Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..." .....                     Putinin kinayəsi və yumoru .....                     "Robert De Niro mənim dostumdur" .....                     10 noyabr: Ermənistan üzərində tarixi qələbə .....                     Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib .....                     Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir .....                     Bu, Astana üçün əhəmiyyətlidir... .....                     Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” .....                     Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi .....                     "O, Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır" .....                     ABŞ problemlərini həll edir, İsrail əlaqələrini gücləndirir, Qazaxıstan isə... .....                     "Həmin aparıcılar uşaqlarımızı zəhərləyirlər" .....                     Gəncədə ər arvadını baş nahiyəsindən bıçaqlayıb .....                     İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI... .....                     Böyrəyini satışa çıxaran müğənnimizlə bağlı VACİB AÇIQLAMA: Həbs oluna bilər, çünki... .....                     Trampdan heyrətləndirəcək addım .....                     Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir .....                     Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər .....                     Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi .....                     Tramp mətbuat konfransında mürgülədi .....                     Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb .....                     Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır .....                     Bakıdan Ermənistana .....                     “Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi .....                     Şəhid atasına yüksək vəzifə verildi .....                     "İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi" .....                     Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI .....                     Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə "təpik" atır, yoxsa...? .....                 

Ramiz Mehdiyevin sayəsində “qazanılan” mandat... - Məzahir Əfəndiyev bu dəfə kimə və nəyə arxayındır?
Tarix: 15-08-2024, 15:37 | Çap et
Ramiz Mehdiyevin sayəsində “qazanılan” mandat...
Azərbaycanda Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər artıq özünün həlledici fazasına daxil olub. Seçkilər çərçivəsində avqustun 9-da start götürən təşviqat mərhələsinin başlaması ilə deputatlığa iddialı olan namizədlər seçici rəğbəti uğrunda mübarizəyə girişiblər.

Azərbaycanda seçkilərin spesifikiliyinə dair hələ ki dəyişməz stereotiplərin qalmasına baxmayaraq, namizədlər “meydanda yeriyə-yeriyə qalib gəlməyin” mümkün olmadığının fərqindədirlər.

O baxımdan, millət vəkilliyi uğrunda rəqabətə baş vuranların əksəriyyəti ayrı-ayrılıqda özlərinin ən layiqli namizəd olduqlarına seçiciləri inandırmaq üçün az qala bütün vasitələrə əl atırlar.

Hər halda, təşviqat kampaniyasının hələ tam “relsə düşmədiyini” nəzərə alsaq, qarşıdakı həftələrdə maraqlı və gərgin mübarizənin şahidi olacağımız gözlənilir.

1 sentyabr seçkilərində mandatını qorumağa çalışan VI çağırş deputatların və millət vəkili statusunu ilk dəfə qazanmaq arzusunu gerçəkləşdirmək istəyənlərin bu mübarizəyə nə qədər hazırlıqlı olduqlarını isə yekun nəticələrgöstərəcək.

Bununla belə, səsvermənin nəticələrinin konkretləməsinin yaxın həftələrin söhbəti olduğunu vurğulayaraq qeyd edə bilərik ki, bir sıra iddialılar üçün sonucların artıq indidən müəyyənləşdiyini söyləməyə əsas yaradan ciddi səbəblər mövcuddur.

Həmin namizədlər arasında Milli Məclisin sonuncu tərkibinə daxil olmuş şəxslərin üstünlük təşkil etməsi isə onların 2020-ci il fevral seçkilərindən necə “qalib” çıxmaları və millət vəkili kimi fəaliyyətlərinin nə dərəcədə “effektli” olması ilə şərtlənir.

Çünki heç kəsə sirr deyil ki, ötən seçkilərdə namizəd olduqları dairələrdə seçicilərə “qızıl dağlar” vəd edən bir çox deputatlar mandat qazandıqdan sonra nə təmsilçisi olduqları seçicilər, nə də dövlət üçün faydalı işləri ilə seçildilər. Odur ki, nəzərdə tutulan keçmiş deputatların Milli Məclisdə yenidən təmsilçilik hüququ əldə etmələri yetərincə problemli görünür.

Onların sırasına ötəri nəzər yetirdikdə, fəaliyyətsizlik kriteriyası uyğun gələn sabiq parlamentarilərdən birinin 2020-ci il seçkilərinə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat olmuş Məzahir Əfəndiyev olduğunu görərik.

Əminliklə söyləmək mümkündür ki, bu ad nəinki ölkənin ictimai-siyasi həyatını yaxından izləyənlərə, heç Göyçay və Ağdaş seçicilərinə də heç nə demir. Axı tanınmaq üçün iş görmək, seçicilərin problemləri ilə maraqlanmaq, onların həlli istiqamətində çalışmaq lazımdır. Ortada faydalı bir yoxdursa, onu kim və necə tanısın?

Ümumiyyətlə, Məzahir Əfəndiyevin adı ilk dəfə geniş publikaya onun özünü saldığı çox komik bir situasiyada məlum oldu. O, parlamentdə fəaliyyətə başlamağından təqribən üç il keçdikdən sonra birinci dəfə çıxış etmək üçün elektron növbəyə yazılsa da, səriştəsizliyi üzündən bu imkanı itirmişdi. Bəhs olunan olayla əlaqədar spiker Sahibə Qafarova ilə Əfəndiyev arasında olmuş komik dialoq sosial şəbəkələrdə hələ də izlənməkdədir.

Ramiz Mehdiyevin sayəsində “qazanılan” mandat...

Bu da sözügedən keçmiş deputatın qeyri-adi sərgüzəştlərinin hamısı deyil. 2024-cü ilin yanvarında Məzahir Əfəndiyevin adı daha bir qalmaqalda hallandı və bu olay mediada, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırıldı.

Belə məlum oldu ki, Əfəndiyev yol hərəkəti qaydalarını pozduğu üçün yazılmış cəriməni ödəmədiyinə görə məhkəməyə verilib. Əlbəttə, qanunlara riayət etməkdə digər vətəndaşlara nümunə olası deputatın adının belə bir arzuedilməz məsələdə hallanması Milli Məclisin də reputasiyasına ciddi zərbə idi.

Lakin göründüyü qədər, bu qeyd olunan “ÇP”lər Məzahir Əfəndiyev üçün “sıradan olay”lar silsiləsinə aiddir. Əks halda, o yenidən eyni dairədən (Göyçay-Ağdaş seçki dairəsi yeni sıralamada 92 saylıdır) namizədliyini irəli sürməzdi.

Ancaq Əfəndiyevin 2020-ci ildə Milli Məclisə düşməsinə təkan vermiş amillərin bu dəfə “aktiv” olmadığı bildirilir. Mediada dərc edilmiş çoxsaylı materiallara əsasən, onun 2020-ci il seçkilərində mandat qazanması Azərbaycan cəmiyyətində “boz kardinal” kimi tanınan, yüksək vəzifədən azad edildikdən sonra da təsir imkanlarını müəyyən mənada qoruyub saxlamağı bacaran Ramiz Mehdiyevin dəstəyi sayəsində baş tutub. Mətbuatda yazılanlara görə, bu işdə Əfəndiyevlə qohumluq əlaqələrinə malik olan mərhum professor Seyfəddin Qəndilovun ailəsinin Mehdiyevlə yaxınlığı həlledici rol oynayıb.

Hər kəsə aydındır ki, indi vəziyyət kökündən dəyişib və “boz kardinal”ın erası çoxdan başa çatıb. Bu isə Əfəndiyevin öz əsas hamisindən məhrum olması, təkrar parlamentə düşmək şansını bəlkə də tamamilə itirməsi anlamına gəlir. Maraqlıdır, 4 il ərzində səsi çıxmayan, seçicləri üçün faydalı olmayan sabiq deputat bu dəfə kimə, yaxud nəyə güvənir?

www.yenicag.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda "Honq Konq qripi" aşkarlandı
Dünən, 18:02
Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir - Laricani
Dünən, 18:00
Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Dünən, 17:48
Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış...
Dünən, 17:46
Şəbnəm buna görə 30 min dollar qonorar alıb - Video
Dünən, 17:32
İcra başçıları toya nə qədər pul yazdırır?
Dünən, 17:30
Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək - KİV
Dünən, 17:28
Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi - Bunu yalnız o bacardı
Dünən, 17:19
Qəzetlərin KİTABI BAĞLANIR... - BÜDCƏ YÜKÜ?
Dünən, 17:17
Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı
Dünən, 16:45
"Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..."
Dünən, 16:43
Putinin kinayəsi və yumoru - VİDEO
Dünən, 16:39
"Robert De Niro mənim dostumdur" - Emin Ağalarov
Dünən, 16:34
10 noyabr: Ermənistan üzərində tarixi qələbə - AKTUAL
Dünən, 16:27
Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib
Dünən, 16:16
Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib - FOTO
Dünən, 16:13
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT!
Dünən, 16:10
"Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir
Dünən, 15:40
Bu, Astana üçün əhəmiyyətlidir... - GƏLİŞMƏ...
Dünən, 15:35
Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” - HÖRMƏTSİZLİKDİR...
Dünən, 15:31
Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi
Dünən, 15:27
"O, Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır" - ŞƏRH
Dünən, 15:24
ABŞ problemlərini həll edir, İsrail əlaqələrini gücləndirir, Qazaxıstan isə... - İNCƏLƏMƏ
Dünən, 15:22
"Həmin aparıcılar uşaqlarımızı zəhərləyirlər" - ETİRAZ
Dünən, 15:16
Gəncədə ər arvadını baş nahiyəsindən bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 15:14
İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI... - BU NƏDİ BELƏ?
Dünən, 15:09
Böyrəyini satışa çıxaran müğənnimizlə bağlı VACİB AÇIQLAMA: Həbs oluna bilər, çünki... - TƏFƏRRÜAT
Dünən, 14:59
Trampdan heyrətləndirəcək addım – 50 il sonra ilk dəfə
Dünən, 14:55
Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir - Ukrayna mətbuatı
Dünən, 14:47
Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər
Dünən, 13:23
Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi - “Şərəfim var”
Dünən, 13:20
Tramp mətbuat konfransında mürgülədi – Demokratlar ələ saldı
Dünən, 13:16
Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb
Dünən, 13:12
Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır - KİV
Dünən, 12:42
Bakıdan Ermənistana bu mesajlar VERİLDİ...
Dünən, 12:31
“Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi - BUNA GÖRƏ...
Dünən, 12:28
Şəhid atasına yüksək vəzifə verildi - FOTO
Dünən, 12:24
"İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi"
Dünən, 12:20
Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI - Kürdəmirdə OLAY
Dünən, 12:19
Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə "təpik" atır, yoxsa...? - PƏRDƏARXASI MƏQAM
Dünən, 12:16
"Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram"
Dünən, 12:10
"Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI" - Xalq artisti
Dünən, 12:08
"“Göyçay Nar Festivalı” adıyla bizi aldatdılar..." - NARAZILIQ VAR...
Dünən, 12:06
“Ermənistan Qarabağdan sülhməramlıların çıxması üçün hər şeyi etdi” - Koçaryan
Dünən, 12:00
Vergilər ARTIRILIR: Benzin və dizel bahalaşacaq? - AKTUAL
Dünən, 11:49
İki hindli İranı barmağına doladı: Saxta nüvə alimləri milyonlarla dollar mənimsəyib - TƏFƏRRÜAT
Dünən, 11:47
Beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür - FOTO
Dünən, 11:41
"Müalicəm davam edir, yorğunluq da olur" - FOTO
Dünən, 11:39
“Milli Qəhrəman” adına kölgə SALANLAR - SİYAHI
Dünən, 11:32
“Britaniya kralı böyük rol oynayıb” - Zelenski
Dünən, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru