Oliqarx-deputatlara YENİDƏN ŞANS VERİLƏCƏK? - GÖZLƏNTİ
Tarix: 12-07-2024, 11:28 | Çap et
 Qarşıdan gələn növbədənkənar parlament seçkiləri diqqəti hazırki millət vəkillərin fəaliyyətinə yönəldib. Artıq sosial şəbəkələrdə deputatların fəaliyyəti, onların növbədənkənar parlament seçkilərində yenidən mandat sahib ola bilib-bilməyəcəkləri ətrafında müzakirələr açılıb. Reportyor.info mövzunun aktuallığını nəzərə alıb deputatların fəaliyyəti ilə bağlı kiçik araşdırma aparıb. Yazıda əsasən biznes sahibi olan, mediada oliqarx deputatlar kimi təqdim edilən millət vəkillərinin fəaliyyətinə nəzər salacağıq. Onların 4 ildə nə ilə yadda qaldıqlarını incələməyə çalışacağıq. Hazlrki parlamentdə xeyli sayda biznesmen deputatlar təmsil olunur ki, ictimai rəydə onların fəaliyyəti əsasən korporativ maraqların müdafiəsindən ibarət olduğu fikri hakimdir. Belə deputatlardan biri də 77 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovdur. Məşhur Məmmədov oliqarx deputatlar kateqoriyasına aid edilir. Buna səbəb “Embawood” şirkətinin ona məxsus olması barədə məlumatların olmasıdır. “Embawood” Azərbaycanın ən iri mebel şikrətidir. Məşhur Məmmədovun avtobiqorafiyasında onun şirkətin təsisçisi olduğu qeyd edilib. Deputat olduqdan sonra biznes sahəsindən geri çəkilib-çəkilmədiyi barədə sual açıq qalır. Qanun millət vəkillərinin bizneslə məşğul olmasını qadağan edir. Məşhur Məmmədovun qanuna necə “əməl” etdiy onun haqqında mediada dərc edilən yazılarda aydın şəkildə görünür. Lakin bizim mövzumuz bu deyil. Mövzumuz Məşhur Məmmədovun deputat kimi fəaliyyətinə nəzər salmaqdır. Təəssüf ki, Məşhur Məmmədov bu 4 il ərzində hər hansı təklifi, fikri ilə yadda qalmayıb. Hər halda bu barədə məlumat yoxdur. Əksinə, internet resurslarından axtarış verərkən onun şirkəti ilə bağlı məhkəmə çəkişmələrindən bəhs edən xəbərlərə rast gəlinir. Məşhur Məmmədovun qeyri-fəallığı onu növbədənkənar parlament seçkilərindən kənarda qoya bilər. Hakimiyyətin seçkiyə münasibətdə davranışlarından sezilir ki, növbədənkənar seçkilər nəticədə cəmiyyətin qəbul edəcəyi bir parlamentin formalaşmasını şərtləndirsin. Belə bir parlamentdə çətin ki, Məşhur Məmmədovun yeri görünsün. Qeyri-fəallığı ilə seçilən deputatlardan biri də Cavanşir Feyziyevdir. Cavanşir Feyziyev “Avromed” şikrətinin təsisçisi kimi tanınır. Lakin 2020-ci ildə şirkətin yaydığı açıqlamaya görə, Cavanşir Feyziyev 2010-cu ilə qədər “Avromed Company” QSC-nin direktoru vəzifəsində çalışıb. İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir. Bundan başqa, Cavanşir Feyziyevin tütün biznesi ilə məşğul olduğu deyilir. “Tabaterra Leaf” şirkətinin ona məxsus olduğu barədə mediada dəfələrlə yazılıb. Qarşı tərəf bu iddiaları təkzib etməyib. Cavanşir Feyziyev əsasən Böyük Britaniyadakı məhkəmə çəkişməsi ilə yadda qalıb. Bu ilin martında məlumat yayılmışdı ki, Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Bütün bunlar Cavanşir Feyziyevin deputat kimi karyerasını sual altına alır. Növbəti yazıda digər oliqarx deputatların fəaliyyətinə nəzər salacağıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Uydurma keçmişin əsarəti altında - AKTUAL
Bu gün, 10:32 |
|
|
|
• “Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” - ETİRAZ
Bu gün, 10:29 |
|
|
|
• Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:24 |
|
|
|
• Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? - GƏLİŞMƏ
Bu gün, 10:18 |
|
|
|
• Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi – cəmi 17 günə / FOTO+ VİDEO
Bu gün, 10:08 |
|
|
|
• “Bədheybət poqonlular”in zühuru - Aeroportda gözləyən “qara lentli maşınlar” dönəmi qayıdır
Bu gün, 10:02 |
|
|
|
• Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT
Bu gün, 09:59 |
|
|
|
• Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Bu gün, 08:58 |
|
|
|
• Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Bu gün, 08:52 |
|
|
|
• "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Bu gün, 08:48 |
|
|
|
• Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Bu gün, 08:27 |
|
|
|
• "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22 |
|
|
|
• "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Bu gün, 08:17 |
|
|
|
• İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Bu gün, 08:14 |
|
|
|
• Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
• Masallıda baş verən cinayət işinin motivi məlum olub
Bu gün, 08:06 |
|
|
|
• Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
• Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46 |
|
|
|
• Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41 |
|
|
|
• Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37 |
|
|
|
• Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36 |
|
|
|
• "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49 |
|
|
|
• Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43 |
|
|
|
• Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06 |
|
|
|
• Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03 |
|
|
|
• Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57 |
|
|
|
• Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55 |
|
|
|
• Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33 |
|
|
|
• “Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56 |
|
|
|
• "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52 |
|
|
|
• Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47 |
|
|
|
• AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42 |
|
|
|
• Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30 |
|
|
|
• Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18 |
|
|
|
• Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16 |
|
|
|
• Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11 |
|
|
|
• Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06 |
|
|
|
• "Qocalıqdan çox qorxuram"
Dünən, 10:00 |
|
|
|
• İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52 |
|
|
|
• Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49 |
|
|
|
• Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39 |
|
|
|
• II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34 |
|
|
|
• Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32 |
|
|
|
• İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30 |
|
|
|
• Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25 |
|
|
|
• İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19 |
|
|
|
• ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Dünən, 09:17 |
|
|
|
• Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Dünən, 09:16 |
|
|
|
• FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Dünən, 09:02 |
|
|
|
|