İrəvan–Moskva münasibətləri də kəskinləşir .....                     "Tədris dili olaraq rus dili artıq müasir dünyaya uyğun deyil" .....                     Moskvadan Bakıya qarşı növbəti addım .....                     "Rus dili insanların şüurunda travma yaradıb, rus bölmələri sıradan çıxacaq" .....                     "Səs yazısının əlimizdə olması bir daha göstərir ki, təyyarəmiz qəsdən vurulub" .....                     Qazaxıstanda Azərbaycan təyyarəsinin vurulması üçün əmri RUSİYA MN VERİB? .....                     Sahib Məmmədovun yaxın qohumu vəzifədən getdi .....                     Rövşən Nəcəf gəldiyi gündən bəri... .....                     9.8 milyon manatlıq vergi borcu olan "ELTA Development” QSC 13 gündə 5 tender müqaviləsi imzalayıb .....                     Qayıbovun ŞÜBHƏLİ tender ortağı .....                     Binəqədidə qara-qura işlərə O BAXIR .....                     Azərbaycanda internet kəsilə bilər .....                     Rusiyanın Cənubi Qafqazı qarışdıran ÇOMAĞI .....                     Əliyevlə Paşinyan Dubayda görüşəcək? .....                     "Əgər mənimlə nəyəsə görə dostluq edirsə, eləməsin" .....                     Hədəfdə Araz Ağalarovdur: Proses başladı .....                     ABŞ Zəngəzur dəhlizinə nəzarəti amerikalı şirkətə həvalə olunmasını təklif edir .....                     “Efirlərə avaraları dəvət edirlər” .....                     Azərbaycan Rusiyadan 1,7 milyardlıq mal almasa: .....                     İranın hava sahəsi qismən bağlandı .....                     Rusiyanın Zaxarovanın dili ilə burcutmaqlığı... .....                     Texnoloji yeniliklərin verdiyi imkanlar medianı silaha çevirib .....                     Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı .....                     Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar .....                     Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... .....                     Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları .....                     “Rabitəbank”da yeni təyinat .....                     Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, .....                     Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər .....                     Rusiyanın UKRAYNA BƏHANƏSİ... .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşıittiham irəli sürüldü .....                     AZAL-ın təyyarəsi ilə bağlı vəziyyətin təhrif edilməsi cəhdləri qəbuledilməzdir .....                     Faciəvi şəkildə ölən Könül qazi xanımı imiş .....                     Rusiyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb .....                     Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb .....                     Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı .....                     Gəncə şəhər stadionu yenidən qurulur .....                     Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi .....                     “106 min ödəmişəm, yaşamağa evim yoxdur” .....                     "Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?" .....                 

“Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur” - QALMAQAL
Tarix: 11-06-2024, 15:24 | Çap et
“Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur”
44 günlük Vətən müharibəsinin bitməsindən 4 ilə yaxın zaman keçib. Bu zaman kəsimində şəhidlərimiz haqqında kitablar yazılıb, çoxsaylı tədbirlər təşkil edilib, KİV vasitəsilə saysız-hesabsız süjetlər hazırlanıb, reportajlar təqdim edilib. Cəmiyyətin hər bir təbəqəsi əlindən gəldiyi qədər Vətən torpağını geri qaytaran qəhrəmanlara minnət borcunu yerinə yetirməyə çalışıb. Lakin Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsinin uzun illər, əsrlər sonra da xatırlanması üçün onların adının ədəbi əsərlərdə çəkilməsi də önəmlidir. Real qəhrəmanlıqlar ədəbi süjetlərdə tərənnüm edilməlidir ki, tarix yeniləndikcə bugünkü tarix unudulmasın. 3 ildir ki, cəmiyyətin ədəbiyyatı sevən qismi şairlərimizdən və yazıçılarımızdan giley edir ki, şəhidlərimiz ədəbi əsərlərdə layiqincə tərənnüm edilmir.

Əməkdar jurnalist Mir Şahin Ağayev də növbəti dəfə bu mövzuya diqqət çəkib. Sosial media hesabında paylaşım edən jurnalist yazıb:

“Hardasınız, Azərbaycanın Süleyman Rüstəmi bəyənməyən şairləri? 3000-ə yaxın Şəhidimiz hələ də sizdən məktub gözləyir…”

O, paylaşıma Vera Karlovna Şiryenin səsləndirməsində Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini əlavə edib.

Musavat.com tanınmış şairlərə müraciət edərək bu iddiaya münasibət öyrənib.

Əməkdar jurnalist, şair Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirdi ki, ədəbiyyat kollektiv təsərrüfat deyil, onu fərqləndirən faktorlar var:

“Ola bilər ki, Mir Şahin bəyin bu məsələlərlə bağlı öz baxış bucağı var və yaxud da ola bilər ki, onu bu istiqamətdə yazılan ədəbi əsərlərin məzmunu, ya da keyfiyyəti qane etmir. Bədii yaradıcılıq hər fərdə xas olan xüsusiyyətdir. Hər kəs istənilən mövzuda xüsusi öhdəlik götürmədən, mövzu ürəyincədirsə, baxış bucağını, hislərini ifadə edirsə, istedadını büruzə verə bilər, nəsr əsəri, şeir, poema yaza bilər. Müharibə mövzusunda çox sayda əsər var. Məsələn, Ramiz Qusarçaylının şəhidlərlə bağlı möhtəşəm poeması var. Başqalarının da var. Yazıçılar Birliyinin bilavasitə təşkilatçılığı ilə “Vaqif Poeziya günləri”ndə təqdimatı keçirilən “Zəfər dastanı” toplusunun adını çəkə bilərəm. Bu kitab müxtəlif dillərə tərcümə olunub. Yeri gəlmişkən, hazırda xüsusi təyinatlılarla bağlı marş hazırlayıram. Üzərində iş gedir, yaxın zamanda təqdimatı olacaq. Əgər gündəlik peşə fəaliyyətindən kənar yaradıcılıqla məşğul olan biri kimi mən buna vaxt çatdırıramsa, digərlərinin də bu sahədə daha böyük işlər gördüyünə şübhə etmirəm”.

E.Mirzəbəylinin fikrincə, təbliğat və cəmiyyətin tələbi kimi amilləri də gözardı etmək olmaz:

“Meyxana, çayxana təfəkkürlü proqramlar, paylaşımlar, insanların əksəriyyətinin “TikTok” mentalitetinə aid olması ciddi əsərlərin göz önündə sərgilənməsinə imkan yaratmır. Məlumdur ki müharibə mövzusunda yazılan əsərlərə dövlət mükafatı təqdim olundu. Bədii keyfiyyətləri yüksək olmasa ki, onlara dövlət mükafatları təqdim olunmazdı. Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur. Bəlkə onun baxış bucağına, zövqünə uyğun deyil. Ədəbiyyatda standartlar fərqlidir. Birinə emosional təsir göstərən əsər başqasına təsir etməyə bilər. Düşünürəm ki, belə mövzuların ciddi ədəbiyyatda öz əksini tapması, plakat janrında yox, əsl əsər janrında ortaya çıxması üçün zamana ehtiyac var. İnsanlar bu prosesi hər gün etməlidirlər. İstənilən hadisənin özününküləşdirilməsi və ortaya çıxması üçün zaman lazımdır. Şəxsən yaşadığım hadisəni qeyd etmək istəyirəm. 2011- ci ildə Gəncəyə səfər etmişdik. Rəşad Məcid və Akif Aşırlı bir gün gec, qatarla gəldilər. Rəşad Məcidin üzündə yorğunluq və kədər sezdim. Səbəbini soruşanda dedi ki, sonuncu dəfə qatara Ağdama gedəndə minmişdi. Gəncə qatarında da bütün hadisələri xatırlamışdı. Təəssüratlarını danışdı, mən də şeir yazdım-“Kabus qatar”. Əslində poema idi, sonradan ikinci hissəsini də yazdım. O şeir təxminən Ağdam azad olunana qədər, hətta sonradan da ağdamlıların və ümumiyyətlə bütün qarabağlıların da leytmotiv şeiri oldu. Minlərlə insan onu əzbərlədi. O şeir dərhal yazılmamışdı. Zaman keçdi, özününküləşdirdim və yazdım. İlkin təəssüratlarda qəhrəmanlıq hekayələri daha çox üst qata qalxır. İnsan faktoru arxa plana keçir. Müharibədə insan, ölüm, həyat , ailə üçün darıxmaq, sevgi və s. amillər var. Bütün bunlar real əsəri ortaya çıxarır. Bunun üçün isə çox böyük zaman lazımdır. Azərbaycan ədəbiyyatında- nəsr və poeziyada, digər incəsənət növlərində də bu mövzuda gözəl əsərlərin yazılacağına şübhə etmirəm. Onlardan bəziləri isə bütövlükdə dünya ədəbiyyatının nadir incilərindən birinə çevriləcək. Buna ümid edirəm. Düşünürəm ki, Mirşahin Ağayevin bu etirazı daha çox yanğıdan, istəkdən irəli gəlir”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı isə Musavat.com-a açıqlamasında qeyd etdi ki, müharibə ilə bağlı hansı əsərlərin yazılmaması kimi etirazlar yazılan əsərlər haqqında yetərli məlumatın olmaması ilə bağlı ola bilər, əks təqdirdə bunu qərəzli münasibət kimi şərh etmək olar:

“Buna bənzər açıqlamaya vaxtilə Azərbaycanın yeni nəsil araşdırmaçılarından Fərid Hüseyn “Ədəbiyyat” qəzetinin qoşa səhifəsi həcmində cavab vermişdi. O yazıda müəlliflər və əsərlər sadalanmışdı. Mən daxil, istər 90-cı illərə qədərki, istərsə də bizdən əvvəlki nəsillərin nümayəndələri Azərbaycanın azadlığı uğrunda gedən ümumxalq hərəkatına, mübarizəyə, sonrakı dövrdə torpaqların işğalına qarşı ədəbi-mədəni dünyamızın dirənişini əks etdirən yaradıcılıqla çıxış etmişik. İkinci Qarabağ müharibəsində əsgərlərimiz, zabitlərimiz nəinki sözgedən “ittihama” şərik olurdular, əksinə, onlar Azərbaycan şairlərinin şeirlərini səsləndirərək, mahnılar oxuyaraq irəli gedirdilər. Bunun özü də şəhidlərimizin də, qəhrəmanlıq dastanlarımızın da xalqın ədəbiyyatına, mədəniyyətinə nə qədər bağlı olduğunu göstərir. Müharibə bitdikdən sonra şairlərimiz, yazıçılarımız bu mövzuya biganə qalmayıblar. İstər ustad şairlərimiz olsun, istərsə də yeni nəslin təmsilçiləri çox saylı ədəbi nümunələr ortaya qoyublar”.

Ə.Qoşalı vurğuladı ki, müharibə müddətində yazılmış şeirlərin hamısı qalıcı olmur:

“İkinci Dünya müharibəsi zamanı yazılmış şeirlərin heç də hamısı bu gün dillər əzbəri deyil. Bu baxımdan şairlərin və yazıçıların yazdığı ədəbi nümunələrin illər sonra dillər əzbəri olacağını iddia etmirik. Hansı şairin hansı şeirinin uzunömürlü olacağını xalqın şairə və şeirə, mövzuya münasibəti müəyyənləşdirəcək. Buna görə də mən hər hansı gərginlik, xəcalətli məsələ görmürəm. Bu, uzun, incə yoldur. Bu yolda yürüyənlərə salam olsun! Nəinki şairlərimiz şeirlər yazıblar, bizim bir neçə şairimiz şəhid şair olaraq anılmaqdadır. Ülvi Bünyadzadə, Nizami Aydın və başqaları şəhid olublar. Şairlərimiz həm qələmləri ilə, həm də həyatları ilə Vətənin haqlı zəfərinə təşnə olduqlarını sübut ediblər. Hesab edirəm ki, belə iddia bizim qazi şairlərimizə haqsızlıqdır. Şairə Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində qazi şairlərin, o cümlədən şəhid ailələri üzvlərinin iştirakı ilə həyata keçirilən poeziya məclisləri bu mövzuya biganə münasibət olmadığının sübutudur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan–Moskva münasibətləri də kəskinləşir – “Qardaşlıqdan” açıq qarşıdurmaya
Bu gün, 07:12
"Tədris dili olaraq rus dili artıq müasir dünyaya uyğun deyil" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:07
Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər
Bu gün, 07:03
"Rus dili insanların şüurunda travma yaradıb, rus bölmələri sıradan çıxacaq" - Məzahir Məmmədli
Bu gün, 06:47
"Səs yazısının əlimizdə olması bir daha göstərir ki, təyyarəmiz qəsdən vurulub" - deputat
Bu gün, 06:45
Qazaxıstanda Azərbaycan təyyarəsinin vurulması üçün əmri RUSİYA MN VERİB? - Ekspert AÇIQLADI...
Bu gün, 06:42
Sahib Məmmədovun yaxın qohumu vəzifədən getdi - AHİK-də daha bir dəyişiklik
Bu gün, 06:39
Rövşən Nəcəf gəldiyi gündən bəri... - SOCAR geriyə gedir...
Bu gün, 06:35
9.8 milyon manatlıq vergi borcu olan "ELTA Development” QSC 13 gündə 5 tender müqaviləsi imzalayıb - AXI NECƏ...
Bu gün, 06:28
Qayıbovun ŞÜBHƏLİ tender ortağı - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Binəqədidə qara-qura işlərə O BAXIR - İLGİNC
Bu gün, 06:20
Azərbaycanda internet kəsilə bilər - “Kiberhücumlar gözləniləndir”
Bu gün, 06:14
Rusiyanın Cənubi Qafqazı qarışdıran ÇOMAĞI - "Təxribatlar artsa..."
Bu gün, 06:11
Əliyevlə Paşinyan Dubayda görüşəcək? - GƏLİŞMƏ
Bu gün, 06:05
"Əgər mənimlə nəyəsə görə dostluq edirsə, eləməsin"
Bu gün, 00:12
Hədəfdə Araz Ağalarovdur: Proses başladı - KİV
Bu gün, 00:07
ABŞ Zəngəzur dəhlizinə nəzarəti amerikalı şirkətə həvalə olunmasını təklif edir - "Carnegie Politika"
Bu gün, 00:04
“Efirlərə avaraları dəvət edirlər” - VİDEO
Dünən, 18:16
Azərbaycan Rusiyadan 1,7 milyardlıq mal almasa: - NƏ BAŞ VERƏR?
Dünən, 18:12
İranın hava sahəsi qismən bağlandı
Dünən, 18:07
Rusiyanın Zaxarovanın dili ilə burcutmaqlığı... - AKTUAL
Dünən, 18:03
Texnoloji yeniliklərin verdiyi imkanlar medianı silaha çevirib - Rəşad Məcid
Dünən, 18:01
Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı - DETALLAR
Dünən, 17:58
Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar - TƏFƏRRÜAT
Dünən, 17:56
Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 17:53
Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları - GƏLİŞMƏ
Dünən, 17:47
“Rabitəbank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:43
Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, digəri riskli vergi ödəyiciləri siyahısına daxil edildi
Dünən, 17:41
Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər - AÇIQLAMA
Dünən, 17:36
Rusiyanın UKRAYNA BƏHANƏSİ... - ŞƏRH
Dünən, 17:33
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşıittiham irəli sürüldü - TƏFƏRRÜAT
Dünən, 17:30
AZAL-ın təyyarəsi ilə bağlı vəziyyətin təhrif edilməsi cəhdləri qəbuledilməzdir - Rəsmi Bakı
Dünən, 17:26
Faciəvi şəkildə ölən Könül qazi xanımı imiş - FOTO
Dünən, 17:22
Rusiyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Dünən, 17:17
Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:16
Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı - DETALLAR
Dünən, 17:09
Gəncə şəhər stadionu yenidən qurulur - 90 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 17:07
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
Dünən, 17:03
“106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 16:15
"Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?"
Dünən, 16:11
Keçmiş direktorun "prava" dələduzluğu - TƏFƏRRÜAT
Dünən, 16:07
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
Dünən, 16:03
"Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər"
Dünən, 15:58
"Onları məndən qabaq qəbiristanlığa göndərməyin"
Dünən, 15:36
Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:28
Makrondan vaxtuzatma oyunları: - Avropanın müharibəni dayandırmağa siyasi gücü yoxdur
Dünən, 15:26
Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı – Azərbaycandan cavab gəldi
Dünən, 15:17
Ermənistan Rusiyaya xəbərdarlıq etdi
Dünən, 15:11
ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı...
Dünən, 15:09
“Expressbank”dan “AccessBank”a transfer - BUNDAN SONRA...
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru