Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? .....                     Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu .....                     Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? .....                     Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? .....                     Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir .....                     Azərbaycan radiosunun binası söküləcək, .....                     Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub .....                     Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? .....                     “Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” .....                     Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib .....                     İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... .....                     Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı .....                     Gürcüstan Kremlin əlində oyuncağa çevrildi .....                     "Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb .....                     Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq .....                     Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi .....                     Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                     Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan .....                     Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur .....                     Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? .....                     İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? .....                     Azərbaycanlı müğənni narkotikə görə həbs edildi .....                     Azərbaycanlı müğənni qəzaya düşdü .....                     Paşinyan deputatlara xəbərdarlıq edib: .....                     İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi .....                     Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi .....                     İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... .....                     Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək .....                     “Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat .....                     Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir .....                     Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib .....                     Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər .....                     “Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib .....                     Deputat Bakıdakı tıxacdan şikayətçidir .....                     İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı .....                     Xəzər Universitetinə rektor təyin edilib .....                     Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər .....                     Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... .....                 

Serj Sarqsyan və dəstəsinin hədəfi: münaqişə, xaos və qarşıdurma - İNCƏLƏMƏ
Tarix: 24-05-2024, 10:00 | Çap et
Serj Sarqsyan və dəstəsinin hədəfi: münaqişə, xaos və qarşıdurma
Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya prosesinə start verildikdən sonra iki ölkə arasında münasibətlərin normallaşmasının əleyhinə olan bir sıra qüvvələr Baqrat Qalstanyanın simasında “Vətən uğrunda Tavuş” hərəkatı ilə hərəkətə keçdilər. Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyanla xüsusi ədavəti olan, yenidən hakimiyyətə can atan daxili qüvvələr, partiyalar, müxalifət nümayəndələri də ilk gündən uğursuz olan bu hərəkata qoşuldular.

Müxtəlif məlumatların analizi isə sübut edir ki, Ermənistanın ikinci və üçüncü prezidentləri erməni keşişi və onun hərəkatını dəstəkləyirlər. Robert Koçaryan və Serj Sarqsyanın belə təşvişə düşməsinin səbəbi isə aydındır. Çünki demarkasiya prosesi ardınca sülh müqaviləsini gətirəcək. Sülh müqaviləsi isə iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin qurulması, bərpası və inkişafı deməkdir. Məhz belə ssenari eks-prezidentlərin yuxusuna haram qatıb. Hadisələrin belə inkişafı isə sülh müqaviləsindən sonra Azərbaycana qarşı müxtəlif hərbi cinayətlər törətmiş Koçaryan və Sarqsyan barədə cinayət işinin başladılması, hətta onların Bakıya ekstradisiya edilməsi ilə nəticələnə bilər. Arayik Harutyunyan, Bako Saakyan və Arkadi Qukasyanla kamera yoldaşı olmaqdan qorxan Serj və Robert bu səbəbdən bütün qüvvələrini səfərbər edərək Qalstanyanı dəstəkləyir, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması, müvəqqəti keçid hökumətinin yaradılması, yenidən seçkilərin keçirilməsi, konstitusiyaya onların xeyrinə dəyişikliklərin edilməsi kimi xam xəyallara düşüblər.

“Vətən uğrunda Tavuş” hərəkatı isə 26 may tarixinə mitinq elan edib və meydana çoxlu insan toplamaq üçün bir sıra şəxslərlə görüşlər keçirir. Baqrat isə məqsədə nail olmaq üçün nəinki siyasi və ictimai şəxslərlə, hətta mədəniyyət xadimləri və kriminal avtoritet Don Pipo ilə də danışıqlara gedir. Sonuncu ilə görüşdən sonra İrəvan küçələrində Rusiyadan gətirilən erməniləri də görmək mümkün olub. Müğənni spitaklı Haykonun oğlunu da sıralarına cəlb edən keşiş hətta onun həbs edilməsinə də səbəb olub.

Serj isə demarkasiya prosesindən narahat olduğu üçün bir sıra açıqlamalar verib. Ermənistanın üçüncü prezidenti bildirib ki, onlar demarkasiya prosesinin yox, bu prosesin həyata keçirildiyi üsulların əleyhinə çıxış edirlər. Maraqlıdır ki, eks-prezidentlə paralel olaraq, müxalifətçi Suren Petrosyan, eks-ombudsman Arman Tatoyan və “Keçmiş MTN zabitləri ittifaqı” da bənzər açıqlamalar veriblər. Qeyd etmək yerinə düşər ki, həm Petrosyan, həm də Tatoyan Sarqsyana yaxınlığı ilə tanınırlar. MTN zabitlərinə gəldikdə isə bu şəxslər əsasən Serjin hakimiyyətdə olduğu dövrdə təhlükəsizlik strukturlarında müxtəlif vəzifələrə, rütbələrə nail olan şəxslərdir. Keçmiş ağalarına sadiqlik nümayiş etdirmək üçün isə belə bəyanatlara tez-tez yol verirlər.

Sarqsyan isə açıqlamalarında iddia edir ki, Alma-Ata bəyannaməsindən imtina etmək lazımdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla beynəlxalq aktorların vasitəçiliyi olmadan birbaşa danışıqlar aparması da eks-prezidenti məmnun etməyib. O bildirib ki, hakimiyyəti dəyişməklə, vasitəçilərin nəzarət funksiyasını bərpa etmək olar. Göründüyü kimi, Sarqsyan açıqlamaları ilə əsl məqsədini büruzə verib. Bu iki cümlə ilə Suren Petrosyan, keçmiş diplomatlar, keçmiş zabitlərin demarkasiya prosesinə niyə qarşı çıxdıqları üzə çıxır.

Məlum olduğu kimi, hələ ötən il Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla danışıqların birbaşa olması ilə bağlı çıxış etmişdi. Ölkə başçısı artıq vasitəçilərə ehtiyac qalmadığını, iki ölkə arasında vasitəçisiz görüşlərin daha yaxşı nəticə verəcəyinə işarə etmişdi. Elə erməni mətbuatının yazdığı kimi, “İlham Əliyev deyir və edir” prinsipi bu dəfə də öz effektini göstərdi. Məhz son dövrlər rəsmi Bakı ilə İrəvan arasında keçirilən ikitərəfli görüşlər və müzakirələr öz bəhrəsini verməyə başlayıb. İstər demarkasiya prosesinin başlanması, istər kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı bəyanatlar, istərsə də sülh müqaviləsinə yaxınlaşma sezintiləri bu fikri daha da gücləndirir. Serj və dəstəsinin fikri isə yenidən beynəlxalq aktorları vasitəçi kimi danışıqlara calaq etmək, əldə edilən nəticələrə kölgə salmaq, imzalanacaq sülh müqaviləsinin vaxtını ləngitməkdir.

Bununla da Ermənistan yenidən münaqişə dövrünə qayıdacaq və yenidən Rusiya əsarətinə, asılılığına, boyunduruğuna geri dönəcək. Hadisələrin bu tendensiyada inkişafı isə yuxarıda adıçəkilən quldur dəstəsinin işinə yarayır. Danışıqlara yenidən vasitəçiləri cəlb etmək isə prosesi ləngitmək mənasına gəlir. Təsadüfi deyil ki, Suren Petrosyan sərhədlərin demarkasiya prosesi ilə bağlı ATƏT-in adını hallandırıb. 30 il heç bir işə yaramayan ATƏT keçmiş Minsk qrupunu yenidən diriltmək görəsən kimin işinə yarayar?

Bundan əlavə, tərəflərin Alma-Ata bəyannaməsindən imtina kimi fikirləri də prosesi baltalamaq məqsədinə hesablanıb. Bununla da Ermənistanın dəqiq sərhədləri bilinməyəcək və sərhəd müəyyənləşdirilməsi prosesi dalana dirənəcək, proses uzun illər çəkəcək. Bu isə eks-prezidentlərin işinə yaraya bilər. Buna paralel olaraq isə müvəqqəti hökumət məsələsi də konkret olaraq Sarqsyan tərəfindən yenidən gündəmə gətirilir, Ermənistanın xilası kimi göstərilir. Müvəqqəti hökumətlə bağlı açıqlamalarında Serj bildirib ki, Baqratı tam dəstəkləyir və onun təklif edəcəyi namizədi o da dəstəkləyəcək. Bu isə o deməkdir ki, Qalstanyan 1 il müddətinə müvəqqəti hökumətə rəhbərlik edəcək, sonra isə sükanı bütün tərəflərin razılaşdığı şəxsə ötürəcək. Əslində bir müddət əvvəl də vahid namizədlə bağlı hərəkat və tərəfdarlarının ciddi problem var idi. Müxtəlif açıqlamaların analizi də sübut edir ki, hazırda bu problem davam edir və tərəflər vahid namizəd məsələsində ortaq fikrə gələ bilmirlər. Təsadüfi deyil ki, erməni keşiş də məsələ ilə bağlı açıqlama verəndə, 1 illik müvəqqəti hökumətdən sonra yenidən bu posta seçilə biləcəyinə işarə etmişdi.

Ermənistanın üçüncü prezidenti açıqlamalarında isə hər nə qədər hərəkatı sadəcə ölkənin xilası üçün dəstəklədiyini bildirsə də, yenidən siyasi arenaya qayıtmaq həvəsi ilə alışıb-yandığı görünür. Jurnalistin tribunadan çıxışla bağlı sualına keçmiş siyasətçi bildirib ki, ehtiyac yaransa, bu işi görə bilər. Bununla da Serj opponentlərinə artıq tribunadan gurultulu çıxışlar etmək üçün darıxdığına işarə edib. Eyni zamanda, Qalstanyanla görüşü barədə belə bir dəvət almadığını, amma onunla dəfələrlə görüşdüyünü qeyd edib. Bu isə hərəkata əvvəldən maraqlı olduğunu, yol xəritəsi çəkənlərdən biri olduğunu etiraf etmək mənasına gəlir.

Bununla belə, müxalifət və hərəkat 26 may tarixinə ümid edir və meydana insanları toplayacaqlarını düşünürlər. Serjdən fərqli olaraq, Robert Koçaryan hadisələrə oğlu vasitəsilə müdaxilə edir, küçə yürüşləri və təxribatları koordinasiya edir. Amma həm keçirilən sorğular, həm parlament iclasları, həm də millət vəkillərinin açıqlamaları deməyə əsas verir ki, ekslərin və keşişlərin planı bu dəfə də iflasa uğrayacaq. Robert və Serjin qorxulu yuxusu isə sülh müqaviləsi imzalandıqdan sonra baş verəcək.

Kamil Məmmədov
Report.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - ARAŞDIRMA
Bu gün, 16:17
Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu – Sensasion detallar
Bu gün, 16:08
Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:02
Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? - AKTUAL
Bu gün, 15:57
Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir - Sürüşkən siyasət
Bu gün, 15:53
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Bu gün, 15:52
Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub - BUNDAN SONRA...
Bu gün, 15:38
Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:32
“Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” - AÇIQLAMA
Bu gün, 15:18
Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib
Bu gün, 15:16
İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... - BU DA FAKT
Bu gün, 15:07
Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı - Noxudu tərifləyir, dil öyrənirlər
Bu gün, 14:59
Gürcüstan Kremlin əlində oyuncağa çevrildi – Tiflis Cənubi Qafqazdan təcrid olunur
Bu gün, 14:58
"Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb - Çempionlar Liqası
Bu gün, 14:54
Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq - Ermənistan KİV
Bu gün, 14:00
Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
Bu gün, 13:42
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Bu gün, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Bu gün, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Bu gün, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Bu gün, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Bu gün, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Bu gün, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Bu gün, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Bu gün, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 13:00
İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... - MALƏSƏF...
Bu gün, 12:52
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Bu gün, 12:45
“Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:42
Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
Bu gün, 12:38
Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib - “Politico”
Bu gün, 12:34
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Bu gün, 12:32
“Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:08
Deputat Bakıdakı tıxacdan şikayətçidir - AĞIR VƏZİYYƏTLƏ ÜZ-ÜZƏ QALACAĞIQ
Bu gün, 12:07
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı - DETALLAR
Bu gün, 12:06
Xəzər Universitetinə rektor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:03
Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər - KİV
Bu gün, 12:01
Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... - YOL ADI ALTINDA TALANAN MİLYONLAR...
Bu gün, 12:00
Azərbaycanda su tapılmayacaq? - AKTUAL
Bu gün, 11:55
Naxçıvanın blokadasına Brüsseldən diqqət - niyə indi?
Bu gün, 11:49
“Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb - HESABAT
Bu gün, 11:39
Valideynlər rusdilli məktəb üçün “yaxasını cırır” - Xalq şairi
Bu gün, 11:37
Bakıdakı “toy mafiyası” əndişədə - RƏY
Bu gün, 11:35
Azərbaycan əleyhinə rus təbliğatı güclənib - NƏ ETMƏLİ?
Bu gün, 11:08
Səhiyyə nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 11:05
Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır - FAKT BUDUR...
Bu gün, 10:53
Naxçıvanda ŞOK OLAY: İki hərbçi 14 yaşlı oğlanı dəfələrlə ZORLADI... - ATASI FƏRYAD EDİR...
Bu gün, 10:48
Balıq satan qadına 16 minlik dələduzluq edən “şirkət rəhbəri”nə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru