Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? .....                     Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq .....                     Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi .....                     Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib .....                     Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib .....                     TRAMPIN AMERİKASI... .....                     "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" .....                     Qusar bazarında yumurta QITLIĞI .....                     Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? .....                     “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” .....                     Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində .....                     Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam .....                     Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib .....                     Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? .....                     Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... .....                     “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” .....                     Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab .....                     Azərbaycanda məşhur muzey .....                     Dövlət orqanlarında köməkçi TƏYİNATLARI .....                     “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” .....                     Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur .....                     Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı .....                     Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir .....                     “Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” .....                     Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb .....                     Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib .....                     Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? .....                     “Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” .....                     Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır .....                     Gilas məsələsi... .....                     "Bizi dəvət edəndə bir məclisi doldura bilirik" .....                     Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ .....                     Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir .....                     Zakir Qaralovun vergi borcu iki qat artıb .....                     Ukrayna bu şəhəri itirsə... .....                     Paşinyanın ordu ilə bağlı PLANI... .....                     ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var .....                     Burda müştəri məmnuniyyəti: SIFIR! .....                 

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi
Tarix: 22-04-2024, 15:32 | Çap et
QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ”
“Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100 faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə yüz faizlik cavabdeh sahibkardır”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə deyib. Onun dediyinə görə, qida təhlükəsizliyi qurumlarının vəzifəsi sahibkarla istehlakçı arasında münasibətləri tənzimləməkdir...

Bununla da qida təhlükəsizliyinə görə məsuliyyəti bir növ öz boynundan atan AQTA sədri Azərbaycanda qida təhlükəsizliyi səviyyəsinin yüksək olduğunu, hətta Avropanı da üstələdiyini iddia edib: “Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu, belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir".

Təhməzli bunu da ölkədəki zəhərlənmə hallarının sayı ilə əlaqələndirib: "Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir”.

Birincisi, Azərbaycanda bütün rəsmi statistikalar kimi zəhərlənmə statistikasının da obyektivliyi, yumşaq desək, şübhə doğurur və təbii ki, gerçək mənzərəni əks etdirə bilməz.

İkincisi, AQTA sədrinin dediyindən belə çıxır ki, hətta yaşayış səviyyəsi və standartları qat-qat yüksək olan avropalılar bizdən pis qidalanır, bizdən keyfiyyətsiz məhsullar istehlak edirlər və ona görə də bizdən daha çox zəhərlənirlər. Yəqin, bunu iddia edərkən Qoşqar müəllimin özünün də öz dediklərinə gülməyi gəlib...

Zəhərlənmə statistikasına gəlincə, bu, kifayət qədər mübahisəli yanaşmadır. Çünki Azərbaycanda insanlar qidalardan dərhal deyil, tədricən zəhərlənir və bu, özünü xərçəng xəstəliyi başda olmaqla, bir çox digər ağır xəstəliklərin, sonsuzluğun və s. artmasında göstərir.

Məsələyə bu rakursdan yanaşmaq əvəzinə, Q.Təhməzli nəinki avropalıların, dünyanın əksər sivil ölkələrinin yaxın buraxmadıqları və çox ehtiyatla yanaşdıqları palma yağının guya təhlükəsiz olduğu barədə ağız dolusu danışıb. AQTA sədrinin dediyinə görə, bugünədək ölkədə palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib. O, deyib ki, digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən palma yağından qida sənayesində geniş istifadə olunur: “Palma yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malik olduğundan qızardılma və bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur”.

Maraqlıdır, görəsən Q.Təhməzlinin özü, yaxud başqa bir məmur evində həmin bu “tərifli” palma yağından istifadə edirmi? Təbii ki, qətiyyən yox! Amma “qara camaata” can-başla məsləhət görür. Yəqin, bu yağı ölkəyə gətirən inhisarçılar, məmur-oliqarxlar və s. belə məsləhət bilir. Onların maraqlarını tapdalamaq olmaz!

Hər halda, əhaliyə kərə yağı adı altında satılan yağların, eləcə də bir çox qida məhsullarının tərkibində palma yağının olduğuna dair iddialar da əsassız deyil. Q.Təhməzlidən fərqli olaraq, qida mütəxəssisi Ağa Salmanov mətbuata açıqlamasında deyib ki, palma yağı insan orqanizmi üçün olduqca zərərlidir və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. O, bildirib ki, palma bitkisindən hazırlanan yağ ən ucuz və orqanizm üçün təhlükəli məhsuldur: “Avropa Qida Təhlükəsizliyi Agentliyi də palma yağının orqanizm üçün zərərli olduğunu təsdiq edib. Bu yağ texniki emal zamanı hidrogenlə doydurulur və nəticədə transyağa çevrilir. Buna görə də insan orqanizmində müəyyən şişlərin, xəstəliklərin meydana gəlməsinə səbəb olur”.

Deməli, Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli olduğunu təsdiqləyir, Q.Təhməzli isə başqa fikirdədəir və belə hesab etmir. Ümumiyyətlə, paradoksal vəziyyət yaranır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı artıq bir ildir COVİD-19-un bitdiyini elan etsə də, Azərbaycanda bu epidemiya hələ də guya “yaşayır” və biz ÜST-ün artıq “gorbagor olmuş” tələblərinə hələ də riayət edirik, hətta sərhədlər də bu adla bağlı saxlanılır. Ancaq digər beynəlxalq qurum - Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli hesab etdiyi halda, biz onu tam yararlı və zərərsiz kimi qəbul edib, əhaliyə “yediririk”. Hər halda, heç də Q.Təhməzlidən zəif mütəxəssislərin toplaşmadığı Avropa Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, palma yağı insan orqanizmində şişlərin, digər ağır xəstəliklərin meydana gəlməsinə səbəb olur. Təhməzli isə bu arqumenti yox, ölkəmizdə zəhərlənmə hallarının statisikasını əsas götürərək, ölkəmizin qida təhlüksizliyi səviyyəsini bu kriteriya əsasında ölçür. Hansı ki, bu cür qidalar öz təsirini dərhal zəhərlənmələrin deyil, müxtəlif ağır xəstəliklərin say artımında göstərir və yaxşı olar ki, Q.Təhməzli bu statistikadan da danışsın.

Ancaq yox, AQTA rəhbəri üçün prioritet mövzu tamamilə başqadır. Milli Məclisdəki çıxışı zamanı Q.Təhməzli ölkənin qida təhlükəsizliyi səviyyəsinin az qala idealın üzərində olduğunu bildirməklə yanaşı, onun qurumunun sahibkarlıq subyektlərində istədiyi vaxtda, istədiyi kimi yoxlamalar apara bilməməsindən gileylənib. O, deyib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir: “Qanunvericilikdə olan maneə bizə imkan vermir ki, plandankənar yoxlama həyata keçirək”. Yəni, əhaliyə palma yağı da daxil olmaqla hər cür yararsız qidalar yedirtmək olar, dərd bu deyil, dərd yoxlama dərdidir! Sahibkarlarımız isə bu yoxlamaların nəyə və neçəyə başa gəldiyini yaxşı bilirlər...

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Bu gün, 13:04
Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 13:00
Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Bu gün, 12:56
Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Bu gün, 12:54
Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Bu gün, 12:18
TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Bu gün, 12:14
"İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Bu gün, 12:07
Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Bu gün, 12:01
Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Bu gün, 11:54
“Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Bu gün, 11:53
Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Bu gün, 11:47
Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Bu gün, 11:44
Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31
Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26
“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17
Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15
Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12
Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06
Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Bu gün, 10:38
Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı - Sərkisyan və Köçəryan təşvişdə
Bu gün, 10:36
Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir - "Euronews"
Bu gün, 10:34
“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - deputat
Bu gün, 10:12
Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb
Bu gün, 10:07
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib - KİV
Bu gün, 10:03
Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib - TƏFƏRRÜAT
Bu gün, 10:00
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq - TƏFƏRRÜAT
Bu gün, 09:55
Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:28
“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR
Bu gün, 09:22
Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI
Bu gün, 09:17
Gilas məsələsi... - TƏHLÜKƏLİ PARADOKS...
Bu gün, 09:11
"Bizi dəvət edəndə bir məclisi doldura bilirik" - Balaəli MEYDAN OXUDU
Bu gün, 09:06
Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ - DİQQƏT!
Bu gün, 09:04
Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir - Tramp
Bu gün, 09:00
Zakir Qaralovun vergi borcu iki qat artıb - TƏFƏRRÜAT
Bu gün, 08:57
Ukrayna bu şəhəri itirsə... - Jmaylodan xəbərdarlıq
Bu gün, 08:55
Paşinyanın ordu ilə bağlı PLANI... VARMI?
Bu gün, 08:37
ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23
Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34
SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55
Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:52
İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 06:42
Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 06:33
"Gözlərimin içinə baxan o deyil" - Fotosessiya
Bu gün, 06:31
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? - İLGİNC
Bu gün, 06:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru