Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                 

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” - Rusiyadan yeni xəritə...
Tarix: 2-03-2024, 09:17 | Çap et
 “Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq”
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Almaniyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyindən gözləntiniz nədir? Xarici işlər nazirlərinin Berlindəki ikigünlük müzakirələri sülh prosesini yenidən Qərb masasına daşınmasına təkan verəcəkmi?

- Əslində, bu, Almaniyanın vasitəçiliyi ilə keçirilən ilk görüşdür. Berlində hansı razılaşmaların olduğunu deyə bilmərəm, amma anlaşmadıqları ortadadır. Əslində, görüş nəticəsiz bitib. Yeganə müsbət məqam odur ki, görüşləri davam etdirmək barədə razılığa gəliblər. Ümumiyyətlə, son 25-30 ildə danışıqlara gedən kimi ya Ermənistan atəşkəsi pozur, ya da başqa təxribat törədir. Burda üçüncü əl var, anlaşmağa qoymayan da o üçüncü əldir. Təxribat törədib Azərbaycanı diplomatik masada zəiflətməyə çalışırlar. Hər dəfə eyni ssenarilərlə üz-üzə qalırıq, yolunu azaraq keçən əsgərimizin əvvəlcə saxlanılması, sonra qondarma ittihamla “cinayət işi”nin açılması buna dair son nümunədir. Ermənilər sülh istəyirlərsə, belə hallar olmamalıdır.

Berlin görüşünün digər müsbət tərəfinə gəlincə, Azərbaycan Almaniyanın vasitəçiliyi ilə görüşə getməklə Fransanı oyundankənar vəziyyətdə saxladı. Bununla Fransa-Ermənistan münasibətlərini siyasi müstəvidə gərginləşdirməyə nail ola bildik. Berlin görüşünün ən müsbət tərəfi budur. Çünki Fransa erməniləri açıq formada dəstəkləməyə başlayıb.

- Almaniyanın bu səylərini həm də onun özünün Fransaya qarşı həmləsi kimi qəbul etmək olarmı? Çünki Almaniya və Fransa liderləri Olaf Şolz və Emmanuel Makron arasında Ukrayna ilə bağlı fikir ayrılığının düşmənçilik müstəvisinə keçməsi ilə bağlı ABŞ mediasında maraqlı iddia dolaşır.

- Fransızlar Birinci və İkinci Dünya Müharibələrində almanlardan istifadə ediblər. Hər ikisində aranı qarışdıran Fransa olub, sonra da özü kənarda durub. Bunun nəticəsində Fransa BMT Təhlükəsizlik Şurasının üzvü olarkən, Almaniya qıraqda qaldı. Almaniya Avropanın pul kisəsi və iqtisadi lokomotividir. Diplomatik söz sahibi də Almaniya olmalıdır. Amma Fransa onu oyundankənar vəziyyətdə saxladığına görə, Almaniya uzun müddətdir ondan heyfini çıxmaq istəyirdi. İndi də əllərinə imkan düşüb, niyə də çıxmasınlar?!

- Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Almaniyadan sonra üçgünlük səfər proqramı ilə Türkiyəyə getdi. Bu səfər çərçivəsində nələr müzakirə edilə, razılaşdırıla bilər? Məsələn, sərhədin açılması kimi.

- Mirzoyan Antalya Diplomatiya Forumuna dəvətlidir, bunun üçün Türkiyəyə getdi. Digər yandan, Türkiyə və Ermənistan uzun müddətdir sərhədin açılması məsələsini müzakirə edir. Vahid mövqeyə gəlməyə Fransa mane olurdu. Ermənistan yaxşı başa düşür ki, Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasa, blokada daha da dərinləşə bilər. İndi isə Qərbdən Ermənistan Rusiya ilə üz-üzə gəlməyə məcbur edirlər. Ermənistan bu durumda özünə yeni tərəfdaşlar tapmalıdır. Ermənilər bilirlər ki, İran Rusiyanın ortağıdır, rusla fars eyni müstəvidən çıxış edəcək. Buna görə də, Ermənistan istiqaməti dəyişib Türkiyəyə meyl edir.

İrəvan və Ankara o zaman anlaşa bilər ki, Ermənistan Konstitusiyası dəyişdiriləcək. Çünki Ermənistan Konstitusiyasında Türkiyənin ən azı 5-6 vilayətinə iddia var. Bu iddianı çıxarmalıdırlar. Bundan başqa, Ermənistan birmənalı şəkildə gerbini dəyişməlidir. Gerblərində Ağrı dağını “simvol” kimi qoyublar. Həmçinin Türkiyəyə qarşı saxta soyqırımı iddialarından əl çəkməlidirlər. Ermənistan buna getmək məcburiyyətindədir. Türkiyənin gücü və dünyadakı mövqeyi erməniləri buna məcbur edəcək.

Antalyadakı danışıqların nəticəsi olaraq bir müddət sonra aralarında ilkin çərçivə sazişinin imzalanması mümkündür. Yəni Türkiyə Ermənistanı tanıya bilər. Çünki Türkiyənin hələ də Ermənistanda səfirliyi yoxdur, indiyədək heç müstəqilliyini də tanımayıb. Eləcə də Pakistan... Yəni bu məsələ gündəmdədir, hansısa mərhələdə şərtlərə uyğun olaraq həll edilə bilər.

- Ermənistan sərhədi açmaq istəyərkən, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ankaranın şərti olacaqmı?

- Birmənalı şəkildə! Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələndən bu məsələ Ermənistanın qarşısına konkret formada qoyulub. Əvvəl ərazi bütövlüyü məsələsi qoyulurdu, indi yəqin ki, sərhəd və sülh məsələləri irəli sürüləcək. Ermənilərin geri qayıtmaları nağıldır, Fransa hay-küy salmaqla deyil. Ermənilər hansı üzlə qayıdacaqlar? Çünki 90 faizi Azərbaycana qarşı cinayət törədib.

- Bəs Ermənistan Konstitusiya dəyişikliyinə gedəcəkmi? Baş nazir Nikol Paşinyanın uzun müddətdir bunun üçün çalışdığına dair iddialar var.

- Bu, Paşinyanın iradəsindən asılıdır. Amma onun da bu gün dediyi söz sabah söylədiyinə uyğun gəlmir. Paşinyanda hər şey tərsinədir, proqnozlaşdırıla bilməyən dövlət rəhbərlərindən biridir. Ona “siyasətçi” demək də düz deyil, siyasətdən uzaqdır. Amma ümumi götürüldükdə, Ermənistanda müəyyən irəliləyiş var. Sanki bir az ağıllanmağa başlayıblar. Ermənistan bunu edə bilər, eləməsə, nə Azərbaycan, nə də Türkiyə ilə münasibətlərində bir yenilik olacaq.

Ermənistan belə davam etsə, heç bizə ehtiyac qalmayacaq, Rusiya onu işğal edəcək. Heç kimin də bunun qarşısını almağa gücü çatmayacaq. Məsələn, rusiyalı deputat Pyotr Tolstoy Dövlət Dumasındakı çıxışında açıq şəkildə dedi ki, Ermənistan dövlət kimi olmayacaq, Qərbi Azərbaycan olacaq. Çox maraqlı söz işlətdi: Qərbi Azərbaycan.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru