Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı .....                     Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi .....                     "Azpul" MMC-də QANUN POZUNTUSU .....                     Şəhid ailəsi bağça müdirəsindən gileylənir .....                     "5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" .....                     Əmrullayevin direktor problemi... .....                     Kriptovalyuta bazarına kapital axınları azaldı .....                     Sülh müqaviləsinin imzalanması gecikdikcə... .....                     Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir .....                     "Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" .....                     Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq .....                     Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? .....                     "Maaşım yalnız yemək və içməyə yetirdi..." .....                     Sənədlər yayımlandıqdan sonra... .....                     "YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" .....                     Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir .....                     Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır .....                     'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Bakının dostu müharibə elan etdi .....                     Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı .....                     Deputatın qızı şikayətləndi .....                     Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib .....                     Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib .....                     Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                     Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib .....                     London “dialoqda mən də varam” demək istəyib .....                     Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub .....                     Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ .....                     Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir .....                     10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq? .....                 

Gəncədə İdman Sarayının tikintisi üçün 53 milyon manat xərcləndiyinə Niyazi Bayramovun özü necə, inanırmı? - İcazə verin, şübhələnək...
Tarix: 29-09-2022, 11:04 | Çap et
Gəncədə İdman Sarayının tikintisi üçün 53 milyon manat xərcləndiyinə Niyazi Bayramovun özü necə, inanırmı?
Dünən Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə keçirdiyi tenderə yekun vurması ilə bağlı dövlət satınalmalarının vahid internet portalında “Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 000 000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat yerləşdirib.

Məlum olduğu kimi Prezident İlham Əliyev 30 yanvar 2022-ci ildə Gəncə şəhərinə səfəri zamanı Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib, Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdu. Dövlətimizin başçısının tanış olduğu Gəncə İdman Sarayında tikinti işlərinin artıq yekunlaşdığı görsənir. Lakin Prezidentin səfərindən sonra Gəncə şəhər İcra Hakimiyyəti sözügedən idman sarayında tikinti işlərinin davam etdirilməsinə mart-sentyabr aylarında tam 25 milyon manat vəsait ayırır. Burada suallar yaranır. Hara gedir bu milyonlar?

Xatırladaq ki, Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncamı Prezident İlham Əliyev hələ 13 noyabr 2017-ci ildə vermişdi. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra, 28 avqust 2018-ci ildən Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Bəs 2018-ci ilin mart ayından inşasına başlanan tikilidə işlər niyə ləng gedir və hər il külli miqdarda dövlət vəsaiti ayrılmasına baxmayaraq İdman Sarayının istifadəyə verilməsi nədən uzadılır? Bu kimi suallara mətbuat vasitəsi ilə bir neçə dəfə cavab axtarmağa çalışmışıq. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri bu suallara cavab verməmişlər. Artıq beşinci ilinə keçmiş İdman Sarayının tikintisinin başa çatdırılmasının niyə bu qədər uzandığına aydınlıq gətirilmir, açıqlama verilmir. Burada vəsait çatışmazlığından söhbət gedə bilməz. Çünki rəsmi dövlət qurumları işin davam etdirilməsi üçün müqavilələrin bağlınıldığı barədə məlumatlar yayıb və ayrılan vəsiatlər də, görülən işlər də ortadır.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar əsasında apardığı araşdırmalarda son üç il ərzində tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda vəsaitin ayrıldığı ortaya çıxır. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 14.03. 2019-cu il tarixdə 4 000 000,00 manat, 09.04.2020-ci il tarixdə 4 600 000 manat, 06.10.2020-ci il tarixdə 1 800 000 manat, 19.03.2021-ci il tarixdə 9 400 000 manat, 12.08.2021-ci il taixdə 5 000 000 manat, 17.12.2021-ci il tarixdə 181 600 manat (milyonların müqabilində bu yüz səksən min nəyə lazım olub görəsən- red.), 09.03.2022-ci il tarixdə 15 000 000 manat, 28.09.2022-ci il tarixdə 10 000 000 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb ki, ümumi olaraq 49 981 600 manat təşkil edir.

Yerli mətbuat orqanlarının 03.09.2019-cu il tarixdə yaydığı məlumatda bildirilir ki. Ölkə prezidentinin imzaladığı sərəncam əsasında inşa edilən tikili 3 hektara yaxın ərazini əhatə edir. Sarayda müxtəlif növ olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların, təlim-məşq toplanışlarının keçirilməsi üçün zallar, həmçinin üzgüçülük hovuzu yaradılacaq. Regionun ən böyük idman sarayının 2021-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Təqdim olunan şəkildən də göründüyü kimi idman sarayının bünövrəsi 2018-ci ildən qoyulub. Sonrakı şəkillər isə 2021-ci ilə aiddir və beton karkasdan ibarət olan bu tikiliyə çəkilən xərci təxmin etmək olar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun “Rövşən Oğuz Qrup” MMC-nin rəsmisi ilə İdman Sarayının tikintisi işlərinə baxış keçirdiyi zaman çəkilən bu şəkildən göründüyü kimi karkasların arası adi qırmızı kərpiclə hörülüb. Sarayın tavanının isə dəmir konstruksiyalarla inşa edildiyini aşağıdakı şəkildə görsənir. Son dörd ildə bütün bu işlərin görülməsinə 49 981 600 manat vəsatin xərclənməsi inandırıcı gəlirmi?

Bu hələ son deyil. Qeyd edək ki Gəncə şəhər İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə də 30.04.2020-ci il tarixdə 400 000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418 400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu isə idman sarayının tikintisinin layihələndirilməsinə 818 400 manat vəsaitin ayrılması deməkdir. Tikintisinə 50 milyon xərc çəkilmiş Sarayın layihələndirilməsinə çəkilən bu cüzi xərc isə heç inandırıcı deyil.

Biz buraya Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə 24 iyun 2020-ci ildə 3,0 (üç) milyon manat vəsaitin ayrıldığı məlumdur. Bunula birgə son 4 ildə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinə tam 53 800 000 manat vəsait ayrılıb, amma işlər hələ də yekunlaşmayıb.

Qeyd etdiyimiz kimi bütün bu məlumatlar İqtisadiyyat Nazirliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalında yerləşdirilib. Yəni, demək istəyirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən portala yanlış, qeyri dəqiq məlumatlar yerləşdirməz. Bütün bunlar tenderlər keçirildikdən sonra qalib şirkətlə bağlanan müqavilələr üzrə ayrılan dövlət vəsaitləridir ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma prosedurları yekunlaşdıqdan sonra mütləq göstərilməlidir.

Göründüyü kimi son dörd il ərzində. yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Gəncədə İdman Sarayının tikintisinə 53 milyon 800 min manat ayrılıb. Amma İdman Sarayının tikintisi hələ başa çatdırılmayıb. Tikintisi hələ başa çatdırılmamış, şəkillərdə gördüyünüz İdman Sarayına bu qədər vəsaitin xərcləndiyi nə dərəcədə realdır, istərdik Niyazı Bayramov aydınlıq gətirsin. Bir də çox istərdik ki, Niyazi Bayramov bir məsələyə də aydınlıq gətirsin. Əgər gətirə bilərsə. Gətirə bilməyəcək də. Çünki bu milyonların çox hissəsi Niyazi Bayramovun şəxsi məqsədlərinə xərclənib. Məsələn oğlunun bahalı avtomobillərinə, xarici səyahətlərinə və daha nələrə…

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı - KİV
Bu gün, 07:44
Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi - NƏ BAŞ VERİR?
Bu gün, 07:42
"Azpul" MMC-də QANUN POZUNTUSU - müştərinin telefon "kontakt"ına icazəsiz daxil olur
Bu gün, 07:22
Şəhid ailəsi bağça müdirəsindən gileylənir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" - İTTİHAM VAR...
Bu gün, 07:16
Əmrullayevin direktor problemi... - Hələ də çözə bilmir...
Bu gün, 07:04
Kriptovalyuta bazarına kapital axınları azaldı - ARAŞDIRMA
Bu gün, 07:01
Sülh müqaviləsinin imzalanması gecikdikcə... - İNCƏLƏMƏ
Bu gün, 07:00
Azərbaycan bütün torpaqlarını geri alacaq: Hüquq belə deyir - GƏLİŞMƏ
Bu gün, 06:57
"Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan kadrdır" - Deputatdan yeni təyinata REAKSİYA
Bu gün, 06:40
Bərdədə ŞƏHİDLƏRİN RUHUNA sayğısızlıq - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır? - AKTUAL
Bu gün, 06:33
"Maaşım yalnız yemək və içməyə yetirdi..."
Bu gün, 06:26
Sənədlər yayımlandıqdan sonra... qarşılıqlı ittihamlar daha da artacaq
Bu gün, 06:24
"YeloBank”ın "REKLAM XEYRİYYƏÇİLİYİ" - Qazinin evini al, sonra şəhid ailəsinə hədiyyə ver
Bu gün, 06:21
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir - partiya sədri
Bu gün, 06:17
Bizə qələbimizi tərənnüm edəcək filmlər lazımdır - Əli İsa Cabbarov
Bu gün, 06:15
'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ - VİDEOMÜRACİƏT
Bu gün, 06:13
Bakının dostu müharibə elan etdi – Bu üç ölkəyə zərbələr endiriləcək
Bu gün, 06:05
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Dünən, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Dünən, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Dünən, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Dünən, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Dünən, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Dünən, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Dünən, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Dünən, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Dünən, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünən, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Dünən, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Dünən, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Dünən, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Dünən, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Dünən, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Dünən, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Dünən, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Dünən, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Dünən, 15:56
"Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Dünən, 15:54
Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Dünən, 15:48
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru