Qazax-İcevan dəmir yolu, yoxsa Zəngəzur dəhlizi? - İNCƏLƏMƏ...
Tarix: 24-12-2021, 16:48 | Çap et
 Azərbaycan və Ermənistan arasında Bakı-İcevan qatarının fəaliyyəti bərpa oluna bilər.
DİA.AZ cebhe.info-ya istinadən xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın iki ölkə arasında dəmir yolunun bərpası ilə bağlı “Azadlıq” radiosuna verdiyi açıqlama belə deməyə əsas verir.
Ermənistan baş nazirinin müavininin sözlərinə görə, Arazdəyən-Mehri-Mincivan-Horadiz dəmir yolu xəttindən əlavə, İcevan-Qazax dəmir yolunun açılması imkanları da müzakirə olunub.
Eyni zamanda Qriqoryan səmərəli xərclərin və rasional qərarların əlaqələndirilməli olduğunu vurğulayıb.
“Gündəlikdən heç bir variant çıxarılmasa da, danışıqların bu mərhələsinə aid olan məsələlər və qərarlar müzakirə olunur”.
Dəmir yolu açıldıqdan sonra gömrüklə bağlı məsələlərin necə həll olunacağı ilə bağlı sualı cavablandıran Mher Qriqoryan qeyd edib ki, hər hansı infrastrukturun bərpası onun bu ölkənin yurisdiksiyası və suverenliyi altında, öz qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında münaqişə yarandıqdan sonra Bakı-İcevan-Bakı sərnişin qatarı və dəmir yolu ilə yükdaşımalar fəaliyyətini dayandırıb.
Ermənistanın Qazax rayonunun Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Barxudarlı və Qızıl Hacılı kəndlərini işğal etməsi iki ölkə arasında şimal-qərb istiqamətində dəmir yolu əlaqəsinin tamamilə kəsilməsinə səbəb olub. Müharibə dövründə Qazax-İcevan marşrutu üzrə dəmir yolu infrastrukturu ermənilər tərəfindən məhv edilib. Lakin Qazax rayonunun işğal altındakı 7 kəndi Azərbaycana qaytarılarsa, Qazax-İcevan dəmir yolu fəaliyətini bəpra edə bilər. Çünki sözügedən dəmir yolu xətti işğal altındakı Barxudarlı və Sofulu stansiyalarından keçir.
Adlarıçəkilən kəndlərin işğalına son qoyulmadan Bakı-İcevan qatarı fəaliyyətə başlaya bilməz. Mher Qriqoryanın açıqlaması “Tavuşdakı ərazilərin Azərbaycana verilməsi”nə hazırlıq getdiyinə dair bu günlərdə Ermənistan mediasında yayılan məlumatların rəsmi təsdiqi hesab oluna bilər.
Əslində, söhbət Ermənistana məxsus torpaqların Azərbaycana verilməsindən deyil, işğal olunmuş kəndlərin qaytarılmasından gedir. Rəsmi İrəvan anlayır ki, işğal faktı aradan qalxmadan nəqliyyat və kommunikasiyaların blokdan çıxarılması mümkün deyil.
Qazax-İcevan dəmir yolunun açılmasında Ermənistan da maraqlıdır. Paşinyan hökuməti bildirir ki, İcevan-Qazax dəmir yolunun işə düşməsi Ermənistana Arazdəyən-Mehri-Ağbənd-Horadiz xətti ilə müqayisədə Şimal-Cənub nəqliyyat dəhlizinə 900 kilometr qısa məsafə ilə çıxış etmək imkanı yaradır. Bu isə maliyyə xərclərinə qənaət deməkdir. Lakin Azərbaycan İcevan-Qazax dəmir yolu xəttinə görə, Zəngəzur dəhlizindən imtina etməz. Çünki Zəngəzurdan keçən dəmir yolu geostrateji əhəmiyyət daşıyır.
Azərbaycanı Naxçıvan, Türkiyə və İranla birləşdirəcək Zəngəzur marşrutu beynəlxalq statusa malik olacaq. Eləcə də, Ermənistan bu yolla Culfa stansiyasından keçməklə İrana və Naxçıvanla Türkiyənin Qars şəhərini birləşdirəcək dəmir yoluna çıxış imkanı əldə edəcək. Hələ SSRİ dövründən İrəvan şəhərinə gedən dəmir yolu da məhz Horadiz-Mehri-Naxçıvan xətti üzrə keçib.
Ona görə də Ermənistan hakimiyyəti ölkənin mərkəzinin xaricə çıxışını təmin etmək üçün Zəngəzurdan dəmir yolunun açılmasına razılıq vermək məcburiyyətindədir. Digər tərəfdən, Göyçə aşırımından keçən və Ermənistanın cənubi ilə şimalını birləşdirən M4 yolu qış aylarında yük maşınları üçün keçilməsi çətin olduğundan daşımaların həyata keçirilməsi daha çox Zəngəzur istiqamətindən mümkün ola bilər. Yəni Arazdəyən-Mehri-Ağbənd-Horadiz dəmir yolu İcevan-Bakı marşrutu ilə müqayisədə daha rentabelli sayılmalıdır.
İşğal faktı aradan qalxmadan Qazax-İcevan dəmir yolunun bərpası mümkün olmayacaq. Bu, eyni zamanda, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin sülh müqaviləsinin reallaşmasına əngəl törədəcək. Ona görə də yaxın vaxtlarda Ermənistanın Qazaxın kəndlərini qaytarması müqabilində Qazax-İcevan dəmir yolunun açılması barədə razılaşmanın əldə olunacağı gözlənilir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Bu gün, 13:17 |
|
|
|
• İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Bu gün, 13:12 |
|
|
|
• Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Bu gün, 13:03 |
|
|
|
• Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 13:00 |
|
|
|
• Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Bu gün, 12:41 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 12:38 |
|
|
|
• DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 12:37 |
|
|
|
• Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:26 |
|
|
|
• Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:13 |
|
|
|
• Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Bu gün, 12:00 |
|
|
|
• Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Bu gün, 11:53 |
|
|
|
• Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Bu gün, 11:48 |
|
|
|
• “CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Bu gün, 11:43 |
|
|
|
• İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Bu gün, 11:33 |
|
|
|
• Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 11:29 |
|
|
|
• Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 11:25 |
|
|
|
• "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:23 |
|
|
|
• Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Bu gün, 11:17 |
|
|
|
• Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Bu gün, 11:14 |
|
|
|
• Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Bu gün, 11:08 |
|
|
|
• Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Bu gün, 11:03 |
|
|
|
• “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Bu gün, 10:56 |
|
|
|
• Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Bu gün, 10:43 |
|
|
|
• Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Bu gün, 10:36 |
|
|
|
• Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Bu gün, 10:01 |
|
|
|
• “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Bu gün, 09:59 |
|
|
|
• Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Bu gün, 09:47 |
|
|
|
• Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:33 |
|
|
|
• “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 09:30 |
|
|
|
• Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Ayvazyanın GERİ ZƏKASI...
Bu gün, 09:19 |
|
|
|
• Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Bu gün, 09:13 |
|
|
|
• “Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Bu gün, 09:02 |
|
|
|
• Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Bu gün, 08:48 |
|
|
|
• Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:39 |
|
|
|
• Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Bu gün, 07:09 |
|
|
|
• Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Bu gün, 07:04 |
|
|
|
• Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Bu gün, 06:59 |
|
|
|
• Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Bu gün, 06:54 |
|
|
|
• İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Bu gün, 06:50 |
|
|
|
• Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:46 |
|
|
|
• Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Bu gün, 06:30 |
|
|
|
• Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Bu gün, 06:23 |
|
|
|
• Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Bu gün, 06:20 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53 |
|
|
|
• Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46 |
|
|
|
• Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07 |
|
|
|
|