ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi .....                     “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” .....                     Xocalı qatili qayıdır? .....                     “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” .....                     Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil .....                     "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" .....                     Ermənistan Prezidenti Gürcüstana səfər edəcək .....                     “Kiyev milyonlarla yardımı itirə bilər” .....                     "Səs" qəzeti fəaliyyətini dayandırır .....                     Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb .....                     Sabirabaddakı qətlin TƏFƏRRÜATI .....                     Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü .....                     Leysan yağacağı gözlənilir .....                     Kukla teatrında böyüklər üçün “oyun” .....                     Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb .....                     Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... .....                     Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” .....                     “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” .....                     "Atamın vəziyyəti yaxşı deyil" .....                     Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır .....                     "Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan .....                     "Nə qədər canım yanırsa yansın..." .....                     Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək .....                     Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? .....                     "Zərif Mahud”un səhmdarları toplanır .....                     Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi .....                     Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür .....                     Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU .....                     Bu deputat danışmır, ancaq şəkil çəkdirir .....                     "Günlərlə su üzünə həsrət qalırıq..." .....                     Şölədən SƏRT REAKSİYA .....                     Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır .....                     Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... .....                     “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... .....                     Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq .....                     Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir .....                     Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb .....                     İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada .....                     Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? .....                     “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir .....                 

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb? - FAKT BUDUR!
Tarix: 11-06-2021, 12:02 | Çap et
Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?
Mən dünənə qədər elə bilirdim ki, təkcə biz jurnalistlər Azərbaycan ərazisində baş verənləri erməni mediasından öyrənirik. Ona görə də bizə operativ məlumat verməyən müvafiq qurumları, o cümlədən Müdafiə Nazirliyini qınayırdım. Dünən isə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bir məlumatı oxuyanda fikrim büs-bütün dəyişdi. Sən demə, bu nazirlik belə, Azərbaycan ərazisində baş verənlər barədə Ermənistandakı həmkarlarından xəbər alırmış.

Təəccüblənməyin, bunu mən yox, Nazirliyin özü etiraf edib. MN-in dünən Kəlbəcər rayonundakı hərbi mövqelərimizin atəşə tutulması barədə məlumatı fikrimizin ən bariz sübutudur.

“Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapmışdır. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur”, - MN-nin dünən yaydığı məlumatda belə deyilir.

Göründüyü kimi məlumatda açıq şəkildə etiraf olunur ki, Kəlbəcərdəki mövqelərimizin ermənilər tərəfindən atəşə tutulması barədə məlumatı düşmən tərəf yayıb. Bizim MN isə iddianı araşdırıb və fakt öz təsdiqini tapıb.

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?

Adama deyərlər, ay cənab generallar, öz sərhədimizdə baş verənlərdən sizin niyə xəbəriniz olmur? Axı bu ölkənin müdafiə strukturlarını kağız üzərində də olsa siz idarə edirsiniz. Heç olmasa, rəsmi mövqeyinizə hörmət edib sərhəddə baş verənlərlə maraqlanın. Mövlana demişkən, olduğunuz kimi görünməyə ar edirsinizsə, barı göründüyünüzə oxşamağa çalışın.

Nə olar saqqalınızı rus “sülhməramlı” generalı Rüstəm Muradovun əlinə verəndə, onun təlimatları ilə oturub-duranda, sizin qəlbinizdə heçmi vətən eşqi, yurd sevgisi yoxdur? Hərbi qulluqdan uzaq olanlar belə, min yola baş vuraraq, cəbhədən xəbər almağa çalışırlar. Sizdə o qədər də milli təəssüb hissi yoxdur? Niyə gündə heç olmasa 2 dəfə cəbhə xəttinə zəng edib orda baş verənləri öz hərbçilərimizdən soruşmursunuz? Niyə axı sərhədimizdə baş verənləri siz də bizim kimi erməni həmkarlarınızdan eşitməlisiniz? Mən hələ onu demirəm ki, bizim erməni məlumatlarına möhtac olmağımız da sizin düzgün qurulmayan informasiya siyasətinizdən qaynaqlanır. Mən hələ onu da demirəm ki, ermənilər bəyanat yayıb bizim etibarımızı beş quruş etdikdən sonra sizin onları təsdiq etməniz, yumşaq desək, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Üstəlik, erməni əsgərləri bizim postlara atəş açırsa, deməli, 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın müvafiq maddələrini pozurlar. Bu da bizim ermənilərə qarşı adekvat addım atmaq hüququmuzu doğurur. Ermənilərdən öyrəndiyiniz atəşkəs rejiminin pozulması faktına qarşı hansı tədbiri görübsünüz? Sizin qabiliyyətiniz ancaq ona çatır ki, gənc oğullarımızı sərhəddə aparıb erməni hərbçiləri ilə qovala-qaçdı oynadasınız? Sonra da erməni əsgərlərindən birinin döyülməsi səhnəsinin yayılmasına rəvac verib düşmən əlini gücləndirəsiniz? Axı istənilən dövlətin sərhəd pozuntusuna qarşı atdığı bir addım var: düşmən qüvvələrini ya güllələyərək, ya da əsir götürərək zərərsizləşdirmək. Niyə o zaman sərhədlərimizi aşsüzənə çevirən düşmən qüvvələri yerindəcə cəzalandırılmır? Buna mane olan kimdir?

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?

Müdafiə Nazirliyinin adına yaraşmayan bu kimi halların Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Şuşaya gəlişi ərəfəsinə düşməsi də adamı başqa düşüncələrə yönləndirir. Görünür, MN-də kimlərsə Azərbaycan ərazisində nəzarətin öz əlimizdə olmadığı qənaətini formalaşdırıb bu ziyarətə mane olmaq istəyir. Zira dünən yayılan rəsmi məlumat öz ərazisində baş verənləri düşmənlərdən öyrənən Müdafiə Nazirliyimizin ölkəmizi nə dərəcədə etibarli qoruduğunu şübhə altına qoyur. Hər an hər cür hadisə ilə üzləşəcək qədər təhlükəli vəziyyətdə olan sərhədlərimizə hansı qonağı dəvət edə bilərik?

Müdafiə Nazirliyini dünənki məlumatında diqqəti cəlb edən digər xüsus erməni hücumuna siyasi qiymət verilməsidir. Məlumatda bildirilir: “Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir”.

Cənab Zakir Həsənov, əvfinizə sığınaraq soruşmaq istəyirəm: hərbi struktur nə zamandan hadisəyə siyasi qiymət verən olub? Müdafiə Nazirliyinin vəzifəsi hücum faktını qeydə almaq, ona adekvat cavab vermək, düşməni susdurmaqdır. Təbii ki, görülən bu tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq da lazımdır. Amma ona siyasi qiymət vermək əsla MN-nin işi ola bilməz.

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?

Görünür, MN rəhbərliyi XİN-nin fəaliyyətini yarıtmaz olduğunu düşünür və onun da vəzifəsini öz boynuna götürür. Bəlkə də ona görə ki, ölkə başçısı XİN rəhbəri Ceyhun Bayramovu yeni vəzifəsinə təyin edəndə xarici siyasət kursunun dəyişdiyini bildimirmiş və bundan sonra hücum diplomatiyası həyata keçirəcəyimizi vurğulamışdı. Müdafiə Nazirliyindəki baş bilənlər isə harda “hücum” sözü görsələr, öz sahələri sayırlar. Qınamıram. Məsəl var; evə bişməyib, qonşudan gəlməyib. İndiyədək hücum diplomatiyası ilə qarşılaşmayan zehniyyət onunla hücum taktikasının arasındakı fərqi hardan bilsinlər?

Yeri gəlmişkən, Xarici İşlər Nazirliyimizin hadisələrə adekvat və operativ reaksiya vermək qabiliyyəti də mübahisəyə açıqdır. Amma buna qiymət vermək Müdafiə Nazirliyinin işi deyil. Ən azı o səbəbdən ki, özü öz fəaliyyəti ilə məşğul ola bilmir, ən operativ məlumatları belə düşmənin ictimaiyyətə açıq qaynaqlarından öyrənin. Bu vəziyyətdə onun XİN-nin funksiyasını öz çiyinlərinə götürməsi “kor kora kor deməyincə” məsəlini xatırladır.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30
Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24
Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22
Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14
Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13
Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:04
“İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” - Şeyx Əbdül
Bu gün, 11:59
"Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52
Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48
"Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43
Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41
"Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32
Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25
Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04
"Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00
Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58
Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54
Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49
“Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29
Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23
İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19
Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08
Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58
Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46
Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35
"Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31
“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub - TƏFƏRRÜAT
Bu gün, 09:28
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib - FOTO
Bu gün, 09:21
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
Bu gün, 09:19
Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru