"Torpaq sahəmi əlimdən alıblar..." - GİLEY
Tarix: 31-05-2021, 10:25 | Çap et
 Qax rayonunun Əmircan kənd sakini Elşən Mahmudlu ailəsinə məxsus pay torpaq sahəsinin ələ keçirildiyini iddia edir. Deyir ki, əmlakının zəbt olunması bir yana, üstəlik, təzyiqlərə məruz qalır.
DİA.AZ-ın məlumatına görə, Elşən Mahmudlu danışır ki, 1998-2000-ci illərdə Qax rayon Aqrar-İslahat Komissiyası atası Hacıvəli Mahmudova iki dəfə pay torpaq sahəsi verib. Ailə əvvəlcə 1.1, sonra isə 0.71 hektar əraziyə sahib çıxıb. İlk dəfə verilən topaq sahəsi üçün dövlət aktı, çıxarış almaq mümkün olub. Amma ikinci islahat zamanı ərazi ilə bağlı boşluq yaranıb. Sonradan Elşən Mahmudlunun bələdiyyədən aldığı sənəddə də bu məqam əksini tapıb. Əslində, Mahmudovlar ailəsinə ümumilikdə 2.64 hektar ərazi verilməliymiş.
“Biz torpaqdan 2011-ci ilə qədər istifadə eləmişik. 2011-ci ildə rayonun baytar həkimi kimi tanıdığımız, indi “Uludağ” turizm kompleksinin rəhbəri olan Zabit Əhmədov gəldi, fermer tərəsərrüfatı yaratmaq istədiyini dedi. Adamlardan torpaq sahələri almağa başladı. Bunu da müəyyən təzyiqlərlə həyata keçirdi. Təxminən 70-80 hektar torpaq sahəsi aldı. Mən məcbur olub 1.09 hektar torpaq sahəsini ona satdım. O da ümumi sahəni çəpərlədi”.
Elşən Mahmudlu deyir ki, problemlər də bundan sonra yaranıb. Əmircan sakininin iddiasına görə, Zabit Əhmədov fermer təsərrüfatındakı mal-qarasını onun torpaq sahəsində otarmağa başlayıb: “Neçə dəfə çağırıb çobanlarına dedim ki, bura atamın yeridi, heyvanları başqa yerə aparın. Dedilər, yaxşı. Beş-on gün sonra gedəndən sonra it əlindən ora heç yaxınlaşmaq mümkün olmadığını gördüm. Zabit Əhmədova zəng vurub dedim ki, mənim torpağıma əl vurmayın. Dedi ki, get, sənəd gətir. Ona belə səlahiyyəti olmadığını başa salmağa çalışdım. Alınmadı. Bundan sonra məhkəməyə müraciət elədim. Amma üz tutduğum Şəki İnzibati-İqtisad Məhkəməsi bu işə baxmadı. Yalnız şifahi dedilər ki, Aqrar-İslahat Komissiyasının arxivlərində torpağın sənin adına olması əksini tapıb. Məsləhət gördülər ki, bələdiyyədən arayış alıb kadastr xidmətinə təqdim edim, çıxarış alım”.
Elşən Mahmudlu ikinci islahat zamanı əldə etdikləri torpağa çıxarış almaq üçün çox çalışıb. Təkcə bələdiyyə sədri Sahil İsrafilovdan arayış almaq iki il çəkib. Kənd sakini bu müddətdə vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasına müraciət edib. Cavab məktublarında yerli icra strukturlarından vətəndaşa kömək etmək tövsiyə olunub: “Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bir dəfə kəndimizə gələndə onunla üz-üzə söhbət elədim. İcra nümayəndəsi İsmayıl Qasımova göstəriş verdi ki, get, vətəndaşın torpağını ölçüb-biçib ver. Getdik əraziyə. İcra nümayəndəsi dedi ki, torpaq sənindi, get istifadə elə. Onda bələdiyyə sədri artıq vəzifəsindən imtina eləmişdi. Çünki ondan prokurorluğa çoxlu şikayətlər olmuşdu. İcra nümayəndəsinin sözündən sonra mən traktor götürüb ora getdim. Əlimdə torpaq sahəsinin mənə aid olduğuna dair arayış vardı. Gedib görürəm ki, fermanın briqadiri traktorla ot biçir. Bu şəxs də Zabit Əhmədovun qohumudu. O da məndən sənəd tələb elədi. Briqadir mənə şillə vurdu, təhqir elədi. Bundan Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət elədim...”
Elşən Mahmudlu deyir ki, Zabit Əhmədov topaq sahəsini 3 il əvvəl Zaqatalanın Bəhmətli kənd Ruslan Məmmədova satıb. Fermanın sahibi də odur: “Hadisədən sonra şikayətimiz Qax rayon Polis Şöbəsində araşdırılır. Şöbənin rəis müavini anamla məni qəbul elədi. Bizi polis əməkdaşı ilə birlikdə əraziyə göndərdi. Tapşırdı ki, bizim ərazidə ət biçməyimizə şərait yaradılsın. Qarşı tərəf bizə problem yaratmasın. Təsəvvür edin, Ruslan Məmmədov gəlib elə polisin gözü qarşısında gəlib bizi hədələdi”.



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02 |
|
|
|
| • Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59 |
|
|
|
| • İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57 |
|
|
|
| • Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56 |
|
|
|
| • ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08 |
|
|
|
| • “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03 |
|
|
|
| • Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59 |
|
|
|
| • “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54 |
|
|
|
| • Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51 |
|
|
|
| • "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49 |
|
|
|
| • Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45 |
|
|
|
| • “Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44 |
|
|
|
| • "Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38 |
|
|
|
| • Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37 |
|
|
|
| • Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31 |
|
|
|
| • Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30 |
|
|
|
| • Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
| • Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22 |
|
|
|
| • Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
| • Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13 |
|
|
|
| • Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:04 |
|
|
|
| • “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” - Şeyx Əbdül
Bu gün, 11:59 |
|
|
|
| • "Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52 |
|
|
|
| • Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50 |
|
|
|
| • "Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48 |
|
|
|
| • "Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46 |
|
|
|
| • Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43 |
|
|
|
| • Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41 |
|
|
|
| • "Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39 |
|
|
|
| • Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35 |
|
|
|
| • Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32 |
|
|
|
| • Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25 |
|
|
|
| • Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04 |
|
|
|
| • "Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00 |
|
|
|
| • Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58 |
|
|
|
| • Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54 |
|
|
|
| • Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49 |
|
|
|
| • “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40 |
|
|
|
| • Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31 |
|
|
|
| • Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29 |
|
|
|
| • Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23 |
|
|
|
| • İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19 |
|
|
|
| • Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12 |
|
|
|
| • “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08 |
|
|
|
| • Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58 |
|
|
|
| • Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53 |
|
|
|
| • "Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50 |
|
|
|
| • Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46 |
|
|
|
| • Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35 |
|
|
|
| • "Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
|