Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi .....                     ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək .....                     “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” .....                     Zabrat maşınqayırma zavodu özəlləşdirilir .....                     Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                     Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub .....                     Bu mebel şirkətləri külli miqdarda borca düşdü .....                     İlham Əliyevlə Zelenski .....                     Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... .....                     "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı! .....                     Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş .....                     Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ .....                     Putin TŞ-nin müşavirəsini keçirib, .....                     “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” .....                     14 il deputat olub, indi icra başçısıdır .....                     Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı .....                     Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib .....                     Zelenski və İlham Əliyev arasında telefon danışığı olub .....                     “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... .....                     Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ .....                     Bu, Azərbaycanın maraqlarına uyğundurmu? .....                     Dilarənin mafiya dönüşü gündəm oldu .....                     Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. .....                     Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir .....                     BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı .....                     "İş axtaranları qul kimi işlədib” .....                     "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb .....                     Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! .....                     Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? .....                     Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                     İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq .....                     Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir .....                     ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi .....                     “Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” .....                     Xocalı qatili qayıdır? .....                     “Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” .....                     Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil .....                     "Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" .....                 

Putindən Əliyevə zəng, “İsgəndər” gərginliyi, Bakıda generalitet həbsləri - sensasion pərdəarxası...
Tarix: 9-04-2021, 11:31 | Çap et
Putindən Əliyevə zəng, “İsgəndər” gərginliyi, Bakıda generalitet həbsləri
Hər şey finalda - aprelin 8-i Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə telefon zəngi ilə yəqin ki, müvəqqəti də olsa bitdi. Bəli, səhv etmirsiniz, rəsmi informasiyada məhz Putinin özünün Əliyevə zəng etdiyi xəbər verilib. Yəni zəngləşməyiblər, Moskvadan Bakıya zəng gəlib.
Anaxeber.info yazır ki, prezidentlər Qarabağı müzakirə ediblər. Bunu bir də belə şərh etmək olar ki, həm də tərəflər zəngləşiblər. Artıq Qarabağ məsələsində Azərbaycan Ermənistanla danışıq aparmır, Minsk Qrupunun da vasitəçiliyinə ehtiyac qalmayıb, indi birbaşa münaqişənin həllinin açarını 30 il özündə saxlayan Moskva ilə - tərəflə müzakirə edirik.
Çünki Qarabağ münaqişəsini yaradan da, həllində baş rolu ifa edən də, rusməramlı ordusunu bölgəyə yerləşdirən də Rusiyadır. Odur ki, İrəvanla danışmağa nə söz qalıb ki?! Təkcə kommunikasiyalardır, onu da açmağa razılaşıblar.
Bu razılaşmadan kənarda nə varsa Kremllə danışmalıyıq - Dağlıq Qarabağ ərazisində qalan Araikin silahlı dəstələrinin çıxarılmasından tutmuş Xankəndidə suverenliyimizi bərpa etməyə qədər...
Lakin Putinin Əliyevə bu qəfil zənginin əsas mahiyyətini də açmaq lazımdır. Məlumdur ki, ötən ayın sonundan Moskvada üçtərəfli görüş olacağı haqda erməni mənbələri yazırdılar.
Ermənistanın hökumət başçısı Nikol Paşinyanın aprelin 8 və 9-da Moskvada səfərdə olacağı, Rusiya prezidenti ilə görüşəcəyi xəbər verilirdi.
Azərbaycan liderinin də görüşdə iştirak edəcəyi yazılsa da, aprelin 8-də Putinin Əliyevə zəng etməsi ilə deyəsən, görüşün ya ertələnməsinə, ya da Moskva-Bakı əlaqələrinin ürəkaçan olmamasına eyham vurulur.
Hər halda aprelin 8-də İ.Əliyevin Rusiyaya səfər edəcəyi barədə heç bir məlumat yoxuydu, görüş gizli saxlana da bilər. Çünki Moskvadakı 11 yanvar görüşü haqda da rəsmi Bakı hər hansı informasiya yaymamışdı.
Bilinən odur ki, Paşinyan Moskvada Putinlə görüşdükdən sonra İrəvanda Rusiyanın baş prokuroru İqor Krasnovu qəbul etdi. Krasnov isə Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək məqsədilə İrəvandan sonra Bakıya gəldi. Hiss olunurdu ki, Kreml Krasnovu xüsusi missiya ilə Bakı və İrəvana göndərib. Aydın məsələdir ki, Rusiyanın baş prokuroru “əsirlər” məsələsiylə bağlı danışıqlar da aparmışdı.
Gün ərzində İrəvanda enən təyyarədə “erməni əsirlərin” geri qaytarılacağı xəbərləri yayılmağa başlandı. Ancaq gecə saatlarında Ermənistan baş nazirinin müavininin mətbuat katibi Njde Ovsepyan İrəvana enən təyyarənin içində heç bir “erməni əsirin” olmadığını yazdı, sülhməramlıların komandanı Rüstəm Muradov təyyarəə tək olub.
İrəvanda “əsirləri” gözləyərkən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dedi ki, “hərbi əsirlər mövzusu bağlanıb”.
Yəni, “İsgəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlərin” - erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək.
Bu hadisələr baş verdiyi gündə, Putinin Əliyevə zəngi elə bir vaxta təsadüf edirdi ki, Rusiya-Azərbaycan arasında vəziyyət heç də yaxşı deyil. Görünür, prezidentlər də “əsir”ləri müzakirə ediblər və Putinə “yox”, cavabı eşidib.
Azərbaycan tərəfinin Rusiyaya dirsək göstərməsinin səbəbi rəsmi şəkildə dilə gətirilməsə də, ayrı-ayrı siyasətçilərin, politoloqların, KİV-in ağzı ilə ANAMA-nın Şuşada aşkarladığı “İsgəndər - M” raketləri ilə əlaqələndirilir.
İstifadəsi qadağan olunan və kütləvi tələfat yarada bilən bu raketlərin məhz “M” modifikasiyası Rusiyanın balansındadır. Paşinyan əvvəl gündən hayqırırdı ki, rusların onlara verdiyi raketlərin çoxu yararsız olub, cəmi 10 faizi partlayıb.
Amma Moskva onu təkzib etmiş, hətta təzyiq göstərmiş, rus silahının imicinə xələl gətirilməsinə qəzəblənmişdi. Həmin ərəfədə Bakı da Paşinyanın söylədiklərinin həqiqət olduğunu bildiyi halda Moskvanı qıcıqlandırmamaq üçün məsələnin üstündən keçmişdi.
Ancaq Şuşada tapılan raketlərin göstərilməsi ilə həm Paşinyanın açıqlaması təsdiqini tapmış oldu, həm də Azərbaycan tərəfi Rusiyaya bununla öz gileyini çatdırmış oldu.
İndi politoloqlar, beş KİV rəhbəri açıqlamalarında Moskvadan izahat tələb edir, “İsgəndər - M” raketləri ilə bağlı aydınlıq gətirilməsini istəyirlər. Amma sual yaranır - ANAMA niyə siyasi rəhbərliyin təlimatı ilə rus raketlərini nümayiş etdirdi və Moskva ilə indiki situasiyada nədən burun-buruna gəldik?
Anaxeber.info-nun təhlil və ehtimalları göstərir ki, səbəb Bakının rus sülhməramlıların fəaliyyətindən narazı qalmasıdır. Eyni zamanda Xankəndində separatçı rejimin Rusiyanın himayəsi altında “at oynatması”, Laçın dəhlizinə istənilən səviyyədə nəzarət olunmaması, Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun Azərbaycanla razılaşdırılmadan, hansı yolla gəldiyi bilinmədən Xankəndidə peyda olması, orada modul tipli məntəqələrin açılışında iştirakı, sülhməramlıların nəzərdə tutulandan daha çox bu cür məntəqələrin sayını artırması, onun verdiyi açıqlamalarda Şuşada, Laçında da belə yerlər tikiləcəyini bildirməsi (hansı əsasla rus ordusunun nəzarəti olmayan Şuşada modul tipli məntəqə tikilməlidir?) və bütövlükdə sülhməramlıların digər destruktiv hərəkətləri narazılıq doğurur.
Bütün bunlar Azərbaycanı, onun hakimiyyətini qane edə bilməz və açıq şəkildə bildirilməsə də, dolayısıyla - “İsgəndər - M” raketlərinin Şuşada qalıqlarının nümayişi ilə Putin administrasiyasına konkret mesajlar verilir. Odur ki, ritorika tamamilə dəyişib və iqtidaryönlü siyasət adamlarının dilindən Rusiyaya yönəlik tənqidi açıqlamalar var.
Elə bu gərginliyin ucbatından Putinin Əliyevə zəng etməsi, telefon danışığında sadalanan məsələlərin müzakirəsi belə istisna edilmir. Bəlkə də Azərbaycan prezidentinin Moskvaya getməməsi də gərginliyin növbəti təzahürüdür.
Üstəlik, İctimai Televiziyada “Rossia 1“ telekanalı əleyhinə süjetin verilməsi, Köçəryandan müsahibə götürən Poznerin tənqid olunması, sabiq erməni prezidentin “Rusiya qarışmasaydı, Azərbaycan ordusu Dağlıq Qarabağı da götürəcəkdi” açıqlamasının efirdə verilməsi təsadüfə oxşamır. Ən nəhayət, bu proseslərin gedişində Azərbaycanda generalların həbs olunması müəyyən skeptik yanaşmalara yol açır.
Söhbət o generallardan gedir ki, onların Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri, Moskvanın təlimatı ilə işləmələri haqda zaman-zaman iddialar səslənib və indi güman olunur ki, sözügedən casus şəbəkəsi ifşa edilir, Rusiya bağlantısı olan generallar zərərsizləşdirilir, onların gizli informasiyalara çıxış imkanları nəzərə alınaraq indidən tədbir görülür.
O da istisna deyil ki, həmin generalitetin Rusiyanın sözü ilə oturub-durması, məxfi məlumatları çatdırması şübhələri olub, ona görə qandallanıblar. Söhbət əvvəlcə adı həmişə xəyanətdə çəkilən general Rövşən Əkbərovun həbs edilməsindən, ondan daha əvvəl isə keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun ordudan uzaqlaşdırılmasından, onun şəbəkəsinin vurulmasından gedir.
İndisə gözlənilmədən “MTN işi” bağlandığı halda ləğv edilmiş nazirliyin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovun həbsi sıradan hadisə deyil. Xüsusən də Şirinovun orduya bağlılığı, Hərbi əks-kəşfiyyat rəisi olması, onun hansısa gizi məlumatlara malik olması istisna deyil.
İddialara görə, bu həbslərin Azərbaycanda xarici kəşfiyyata işləyən, Moskvadan təlimat alan şəbəkənin ifşasına səbəb ola biləcəyi ehtimal edilir. Bir sözlə, Kreml saatı ilə işləyənlərin vurulması, Şuşada rus “İsgəndər”inin partlamamasın nümayişi sübut edir ki, vəziyyət “rusca”dır və latent şəkildə mürəkkəb proseslər getməkdədir...
Anaxeber.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Bu gün, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Bu gün, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Bu gün, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Bu gün, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Bu gün, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Bu gün, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Bu gün, 17:00
İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Bu gün, 16:55
Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Bu gün, 16:40
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Bu gün, 16:36
Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Bu gün, 16:33
Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Bu gün, 16:28
Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Bu gün, 16:19
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Bu gün, 16:18
14 il deputat olub, indi icra başçısıdır - FOTO
Bu gün, 16:16
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Bu gün, 16:13
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Bu gün, 16:11
Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Bu gün, 16:08
“SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Bu gün, 16:06
Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Bu gün, 15:57
Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Bu gün, 15:54
Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Bu gün, 15:50
Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Bu gün, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Bu gün, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:31
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Bu gün, 15:27
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Bu gün, 15:22
Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Bu gün, 15:15
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Bu gün, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu gün, 12:30
Leysan yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:24
Kukla teatrında böyüklər üçün “oyun” – REPLİKA
Bu gün, 12:22
Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14
Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru