Daha bir rektor haqda ilginc iddialar... - Belə deyirlər...
Tarix: 18-02-2021, 12:52 | Çap et
 Keçmiş adı Xalq Təsərrüfatı İnstitutu, indiki adı İqtisad Universiteti olan ali təhsil ocağı həmişə ancaq neqativ məsələlərdə öndə olub. Hətta bu təhsil ocağı ( adamın ocaq deməyə dili də gəlmir ) hələ sovet dönəmində rüşvət ocağı kimi tanınırdı. Yəqin yaşlı nəsil bilir ki,keçmiş sövet dövlətində ancaq bir dəfə ali təhsil ocağını yerli-dibli bağlayıblar. Xalq arasında hamının “Narxoz” dediyi institut sözün həqiqi mənasında təhsilimizə “qara ləkə” idi. Həmin dövrdə “Narxoz”u Voznesenski adına Leninqrad İqtisad İnstitutunun quyruğuna bağladılar. Sonrakı müstəqillik dönəmində yenidən bərpa olundu İqtisad Universiteti kimi. Amma bu “qara ləkə “ elə üstündə qaldı. Müəmmalı tərcümeyi- halı olan Ədalət Muradov ADİU-nə rektor təyin olunanda ilk sözü bu oldu: “Çalışacam “Narxoz”un üstündəki “qara ləkəni” götürüm”. Öncə Ədalət Muradovun tərcümeyi-halına nəzər salaq. 1962-də anadan olub, 1979-da Bakıda kimya-bioligiya təmayüllü məktəbi bitirb. İranlılar demiş xeyli xub. Ən prestijli məktəbi bitirən gənc Ədalət Muradov niyə ali məktəbə qəbul olmadı? Sonrakı illərdə də sovet ordusunda qulluq etdi. Bəs sonrakı 3 ili harada olub, nə ilə məşğul olub? Suallara cavab yoxdur. 1985-ci ildə Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Ədalət Muradovun həmyaşıdları çoxdan ali məktəbi bitirib, hansısa sahədə çalışır. 24 yaşlı Ədalət Muradov isə indi 1-ci kursa gedir. Özü də.. Axı, bu adam kimya-biologiya üzrə təmayüllü məktəb bitiribsə, iqtisadiyyat fakültəsi nə üçün? Bir sözlə, Ədalət müəllimin tərcümeyi-halında xeyli müəmmalar var. Biz hələ digər media orqanlarının yazdıqları Ədalət Muradovun elmi işinin plagiat-köçürmə olmasını, professor adının saxta olmasını və digər məsələləri demirik. Bu adam niyə bir mətbuat konfransı çağırıb bu qaranlıq məsələlərə aydınlıq gətirmir? Axı, özünün qaranlıq məsələlərinə aydınlıq gətirməyən rektor “NARXOZ”un alnından ''qara ləkəni'' necə silə bilərdi..? Bir sözlə, Ədalət Muradovun ADİU-nə rektor gəlməsindən sonra mətbuatda rektorun qayıb biznesi, yəni dərsə gəlmə saylarını gizlətmək və sonra hesablayıb haqq-hesab etmək, imtahanlarda rüşvətin daha da artması kimi biabırçı hallar daha da artdı. Yeri gəlmişkən, mediada və sosial şəbələrdə geniş müzakirəyə səbəb olan bir məsələni də yada salmağa dəyər. Həmişə adında olduğu kimi ƏDALƏT-dən danışan rektor Muradov neçə ildir ki, başqasının əmlakını zəbt edib. Məlumat üçün qeyd edək ki, ADİU-nə yeni korpusun tikintisi üçün yer lazım olanda rektorun göstərişi ilə Yasamal rayonu ərazisində vətəndaşa məxsus olan mülkiyyət zəbt olunub və məhkəmə çəkişməsi hələ də davam edir. Özünü sivil insan, modern rektor kimi göstərməyə çalışan Ədalət Muradov bilmir ki, nəinki indi, hətta orta əsrlərdə mükiyyət, əmlak toxunulmaz olub. Zəbt etmək bir yana, hələ üstəlik bu zəbti hüquqi yolla, məhkəmə vasitəsilə həll etmək istəyir. Və bunun üçün Yasamal rayon məhkəməsinə müraciət edir. Mediada Ədalət Muradovla bağlı nələr yazmırlar. Ədalət Muradov haqda kəskin ittihamlar var; onun rəhbərlik etdiyi ali məktəbdə dözülməz şərait yaratdığı, 40 nəfərdən ibarət qohum-əqrəbasını universitetdə işə götürdüyü, təcrübəli və savadlı müəllimləri sıxışdırdığı deyilir. Hələ ADİU-nun Dərbənd filialından Bakıya köçürmənin qiyməti lap 10 min dəfə çox sağolu keçib. Bir sözlə, Ədalət Muradovun rektor olduğu ali təhsil ocağı adını dəyişsə də, köhnə mahiyyətini saxlayıb. Mirzə Cəlil demişkən, “Haman göl, haman qurbağa “ . //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05 |
|
|
|
• Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00 |
|
|
|
• "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08 |
|
|
|
• İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51 |
|
|
|
• “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46 |
|
|
|
• "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43 |
|
|
|
• “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39 |
|
|
|
• Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34 |
|
|
|
• Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30 |
|
|
|
• Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24 |
|
|
|
• Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14 |
|
|
|
• “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05 |
|
|
|
• Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55 |
|
|
|
• Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53 |
|
|
|
• Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50 |
|
|
|
• Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48 |
|
|
|
• Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45 |
|
|
|
• Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43 |
|
|
|
• "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34 |
|
|
|
• Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29 |
|
|
|
• Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23 |
|
|
|
• Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16 |
|
|
|
• Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Dünən, 13:39 |
|
|
|
• Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Dünən, 13:25 |
|
|
|
• Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Dünən, 13:22 |
|
|
|
• Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Dünən, 13:13 |
|
|
|
• 10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Dünən, 13:09 |
|
|
|
• Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Dünən, 13:03 |
|
|
|
• Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
• Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Dünən, 12:58 |
|
|
|
• Paşinyan yolların açılmasından danışdı
Dünən, 12:47 |
|
|
|
• Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Dünən, 12:44 |
|
|
|
• Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Dünən, 12:42 |
|
|
|
• ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Dünən, 12:34 |
|
|
|
• Sabiq qərargah rəisi vəfat etdi
Dünən, 12:31 |
|
|
|
• Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Dünən, 12:29 |
|
|
|
• İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Dünən, 12:24 |
|
|
|
• “Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:22 |
|
|
|
• Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:20 |
|
|
|
• Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Dünən, 12:16 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Dünən, 12:11 |
|
|
|
• Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Dünən, 12:10 |
|
|
|
• Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Dünən, 12:02 |
|
|
|
• Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Dünən, 11:51 |
|
|
|
• “Almet Baku” kiçilib - HESABAT
Dünən, 11:49 |
|
|
|
• "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Dünən, 11:41 |
|
|
|
• İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Dünən, 11:37 |
|
|
|
• "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Dünən, 11:31 |
|
|
|
• Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Dünən, 11:28 |
|
|
|
• “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Dünən, 11:16 |
|
|
|
|