“Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                 

"Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı" - GİLEY
Tarix: 4-01-2021, 15:40 | Çap et
"Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı"
Tovuzun Çatax kəndinin sakini Faiq Səftərovun şikayəti var. Deyir, 9 ildir ki, ikinci qrup əlildir və buna görə təqaüd alır. DİA.AZ xəbər verir ki, bu il əlilliyinə görə təkrar müayinədən keçməli imiş. Buna görə Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedib. Deyir, problem yenə olduğu kimidir. Ayağı inkişafdan qalıb, arıqlayıb, əvvəlki illərə baxanda daha da zəifləyib. Ancaq sənədlərinə sağaldığını yazıblar.

“Səbəb mənə “hörmətini et, get”, – deyəndə, pulum yoxdur deməyimdir. Açığı müharibə, pandemiya dövründə xərclərim çox çıxdı, pulum tükəndi. Üstəlik, həmin gün cibimdə qalan 80 manatın 70-ni yolda itirmişdim. 5 manat yol pulu saxladım. Cəmi 5 manatım qaldı, onu da verməyə utandım. Nəticəsi də budur, məni orda saatlarla gözlətdilər, axırda da real olmayan rəy verdilər”.

Faiq Səftərov deyir ki, bunu edən xəstəxananın həkimi Əntiqə Əkbərovadır:

“Məni göndərdilər onun yanına. Getdim qapısına. 20-30 nəfər gözləyirdi. Bu pandemiya dövründə bu qədər növbə yaranmışdı. Qorxa-qorxa oturub 1 saat yarım gözlədim. Sonra içəri keçdim. Bir yarım saat da orda gözlədim. Kitabçamı açdı, baxdı, dedi, “yazarıq, hörmətini et, çıx get”. İmkanım olmadığı üçün üzümə çox pis baxıb, yola saldılar. Hələ bir dedi ki, birinci gün bir də gəl. İzah etdim ki, dağ kəndində yaşayıram, yollar qar-buz. Gəliş-gediş çətin. Dinləmədi”.

Şikayətçi deyir ki, əvvəllər ildə bir dəfə müayinədən keçirmiş. Axırıncı dəfə “5 ildən sonra gəl”, – deyiblər:

“Mən Birinci Qarabağ müharibəsi iştirakçısıyam. O vaxt ayağımdan qəlpə yarası almışdım. Problemlidir ayağım. Amma üstünə düşmədim, pensiya kəsmədilər. Amma təxminən 9 il əvvəl qəlpə yarası aldığım yerdən mişar da kəsdi. Damarlarım kəsildi, ayağım fəaliyyətini yarı-yarıya itirdi. Odur ki, mənə pensiya təyin edildi. Həmin problem bu gün də həll edilməyib. Yəni ayağımda damarların çoxu kəsilib, sinirlərim bərpa olmayıb. Hələ ayağım əvvəlkindən də çox arıqlayıb, zəifdir. Bunu müayinə edən nevropatoloq da dedi. Ancaq onun deməsinə də, mənim vəziyyətimə də məhəl qoyulmadı”.

Faiq Səfərov deyir ki, sənədləri rəy verilməsi üçün Səhiyyə Nazirliyinə göndərilib. Bunların yazdığı rəylə görünür, pensiya təyin edilməyəcək:

“4 övladım var. Ayağımın vəziyyəti də ortadadır. Övladlarımdan ikisi xəstədir. Çətinliklə dolanan ailəyik. Mənim pensiyamı haqsız yerə niyə kəsməlidirlər? Bu, mənim uşaqlarımın çörəyini kəsmək deməkdir”.

Faiq Səftərovun şikayətçi olduğu həkim Əntiqə Əkbərova Meydan TV-yə bildirib ki, bəli, belə bir hadisə olub. Yəni, Faiq Səftərov bir neçə gün öncə təkrar müayinə üçün xəstəxanaya müraciət edib:

“Ayağını bir neçə il əvvəl mişar kəsib. Eyni zamanda, damarları kəsilib. Ona görə pensiya alıb. Sonra əməliyyat olunub və damarlar da zamanla bərpa olunub. Mənlik nəsə yoxdur. Nevropatoloq baxdı, rəy yazdı. Mən də dioqnozunu yazdım, nevropatoloqun rəyini əlavə etdim və göndərdik nazirliyə”.

Həkimin xəstədən pul istəməsinə gəlincə, Əntiqə Əkbərova deyir ki, belə bir haldan söhbət gedə bilməz:

“Hər hansı pul ummaqdan və s. söhbət gedə bilməz. Özü də camaatın içində danışmışıq. Mənə dedi ki, sənədi yaz. Mən də dedim ki, növbədə adam var. Problem etdi ki, bu dəqiqə yazmalısan, mən gözləmirəm. Axırda müdir gəldi, dedi, müayinələrdən keçməlisən. Əvvəlcə “mənə lazım deyil”, – dedi. Sonra getdi müayinələrdən keçdi. Əlillik dərəcəsinə gəlincə, onu biz yox, Bakı müəyyən edir. Burada mənlik, xəstəxanalıq nəsə yoxdur”

Faiq Səftərovun sözlərinə görə, ayağını əvvəlki kimi hərəkət etdirə bilmir, bu isə işləməyinə maneədir:

“Kəsilən yer böyükdür, hələ də bir az soyuq düşən kimi sızıldayır. İllərdir əziyyət verir, müalicə olunuram. Ancaq görünür çox da işə yaramır, çünki axır vaxtlar daha da arıqlayıb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru