Dələduzluq edən iş adamı ifşa oldundu - Sensasion faktlar
Tarix: 20-02-2019, 14:53 | Çap et
 “AF holdinq” və “Uğur 97” şirkətlərinin sahibi olan Azay Möhnətov millət vəkilinin adından spekulyasiyalar etməklə təkcə vergidən yayınmayıb, daha böyük dələduzluq əməlləri törədibmiş; onun biznesini böyütmək, torpaq sahələri əldə etmək üçün QHT Şurasının sədrini adından spekulyasiyalar etməsi faktlarının sayı-hesabı yoxdur.
Yenicag.az xəbər verir ki, ötən həftə Azay Möhnətov adlı iş adamının ağlasığmaz variantlarla vergidən yayınması haqda yazı dərc etmişdik. Bildirmişdik ki, Azay Möhnətov vergidən yayınmaq üçün nüfuzlu şəxslərin adından istifadə edib və bu fakt ifşa olunub. Onun adından istifadə etdiyi şəxsin adını isə açıqlamamışdıq. Bu yazıdan sonra ortaya daha biabırçı faktlar çıxıb. Qəzetçilik təcrübəmizdə belə hallarla çox qarşılaşmışıq. Yüzlərlə belə dələduzluq hadisələri olub. Həmişə onun tərəfdarı olmuşam ki, belə halların, onun detallarının açıqlanması vacibdir. Ona görə ki, bu cür adamlar belə qanunsuzluqlarını, spekulyasiyalarını davam etdirə bilməsin.
Yenicag.az criminal.az-a istinadən xəbər verir ki, ötən yazıdan sonra redaksiyamıza bu mövzuyla bağlı xeyli zənglər daxil oldu, daha ciddi qanunsuzluqlar barədə məlumatlar ortaya çıxdı. Sən demə, Azay Möhnətov dövlət qurumlarında imtiyazlar əldə etmək, torpaq sahələrinə sahiblənmək, müəssisə açmaq və biznesini böyütmək, qorumaq üçün özünü deputat kimi təqdim edirmiş. O, çoxsaylı obyektlərinə vergi yoxlaması gələndə, yaxud haradasa müəssisə açmaq üçün səlahiyyətli şəxslərə müraciət edəndə özünü “deputat Azay müəllim” kimi təqdim edib! “Ustalıqla” hamıda belə rəy yaradıb ki, guya o, hamının tanıdığı deputat, QHT Şurasının sədri Azay Quliyevdir. O, daim soyadını gizli tutmağa çalışıb. Nəhayətdə, Azay Möhnətov belə rəy yaradıb ki, guya bu obyektlər və şirkətlər deputat Azay Quliyevə məxsusdur. Hətta təəssüflər olsun ki, çoxları, xüsusilə bir sıra vəzifəli şəxslər onun bu yalanına inanıb. Ancaq hamı bilir ki, belə işlərin ömrü 40 gündür…
Azay Möhnətovun bu yalanı növbəti saxtakarlıq edən zaman müvafiq qurumların ayıqlığı sayəsində aşkarlanıb. Belə ki, onun illərdir ödəmədiyi vergi borclarının ödənilməsi tələb olunub. Müvafiq qurumlar bir neçə gün öncə verginin ödənməsi üçün müraciət edəndə, Azay Möhnətovun adamları yenə də Azay Quliyevin adından spekulyasiyalar edib, bu obyektlərin deputat Azay Quliyevə məxsus olduğunu bildirərək, müəyyən dividentlər və güzəştlər əldə etməyə çalışıblar. Ancaq bu dəfə məsələ sona kimi araşdırılıb və bu obyektlərin deputat Azay Quliyevə deyil, böyük maliyyə və biznes imkanlarına malik olan iş adamı Azay Möhnətova məxsus olduğu müəyyən edilib. Beləliklə, uzun müddət davam edən saxtakarlıq və spekulyasiya faktı ifşa edilib.
Bu haqda “Yeni Müsavat” da aşağıdakı linkdəki “Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı” sərlövhəli yazı (http://musavat.com/news/vergiden-yayinmagin-azay-mohnetov-varianti-ilginc-faktlar_524170.html) dərc olunandan sonra müxtəlif şəxslərdən də məlumatlar daxil olub ki, Azay Möhnətov (və adamları) özünü “deputat Azay müəllim” kimi təqdim etməklə və ya Azay Quliyevin adını məqsədyönlü şəkildə hallandırmaqla aşkar sui-istifadələrə yol verib və “deputat” adı altında bir sıra qanunsuz hərəkətlərini ört-basdır etməyə çalışıblar. Qurduğu mexanizm isə çox maraqlı olub – səlahiyyətli şəxslə heç zaman görüşə özü getməyib ki, xarici görünüşə görə həyata keçirdiyi fırıldaqlar ifşa oluna bilər. Xahişi dolayısı yolla, telefonla və adamları vasitəsi ilə edib. Araşdırmalarımız zamanı məlum oldu ki, o, sənədləşmə işlərini də öz adına deyil, ona yaxın olan şəxslərin adına edib ki, birdən soyadına baxanda ifşa olunar. Açıqca dələduzluq işidir! Azərbaycanın Cinayət Məcəlləsi bu kimi hallara görə ciddi hüquqi məsuliyyət nəzərdə tutur. Bu hələ bizim bildiklərimizdir. Daha nə qədər vəzifəli şəxslərin adından dələduzluq məqsədi ilə istifadə etdiyini isə heç kim dəqiqi bilmir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06 |
|
|
|
• “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03 |
|
|
|
• Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• “Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58 |
|
|
|
• Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56 |
|
|
|
• ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51 |
|
|
|
• İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43 |
|
|
|
• Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40 |
|
|
|
• Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22 |
|
|
|
• Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17 |
|
|
|
• Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11 |
|
|
|
• Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08 |
|
|
|
• “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00 |
|
|
|
• Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53 |
|
|
|
• Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50 |
|
|
|
• “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45 |
|
|
|
• Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42 |
|
|
|
• Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40 |
|
|
|
• Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38 |
|
|
|
• Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35 |
|
|
|
• İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18 |
|
|
|
• “Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03 |
|
|
|
• “Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58 |
|
|
|
• Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50 |
|
|
|
• Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44 |
|
|
|
• 434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39 |
|
|
|
• 6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32 |
|
|
|
• Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22 |
|
|
|
• Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13 |
|
|
|
• Maliyyə Nazirliyinin verdiyi mühüm sənədlər AYNA-da yoxa çıxıb
Bu gün, 09:09 |
|
|
|
• Naxçıvan yolunda Rusiya FTX-si, yoxsa ABŞ şirkəti? - NƏ BAŞ VERİR?
Bu gün, 09:02 |
|
|
|
• İrəvan Moskvanın əvəzinə Parisin əsiri olur - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Rusiyanın antiAzərbaycan gedişləri... DAVAM EDİR...
Bu gün, 08:53 |
|
|
|
• Abunəçilər AZERCELL-ə qarşı səfərbər olur - ÇAĞIRIŞ
Bu gün, 08:50 |
|
|
|
• Dollarla bağlı rezonans doğuran tələb – Dəyişikliklər ola bilər
Bu gün, 08:37 |
|
|
|
• Neft Kəmərləri idarəsi Dübəndi istehsalat bölümü işçiləri HARAY ÇƏKİR - Rövşən Nəcəfə MÜRACİƏT OLUNDU
Bu gün, 08:29 |
|
|
|
• Əbu-Dabi anlaşmasının ilginc detalları - Paşinyan “kart”ları açır
Bu gün, 08:18 |
|
|
|
• Tramp səbrini itirib, Putin isə qorxmur... - “Skay Nyus”
Bu gün, 07:05 |
|
|
|
• “Rüşvət vermədim, obyektimi sökdülər!” – Qazidən Füzuli İcra Hakimiyyətinə sensasion ittiham
Bu gün, 06:47 |
|
|
|
• Qadın məhbuslar da Mirsaleh Seyidovun qurbanına çevrilib - MÜRACİƏT
Bu gün, 06:43 |
|
|
|
• Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Quru sərhədlər haqda müzakirələr başladı – Gözlənilən qərar verilir?
Bu gün, 06:34 |
|
|
|
• "Perfect Smile Dental Klinika"ya cərimə kəsilib
Bu gün, 05:24 |
|
|
|
• İşçinin maaşını verməyən deputat görün, nə etdi... - QALMAQAL
Bu gün, 05:13 |
|
|
|
|