Yazıçı Anarın bu görüntüsü müzakirələrə səbəb oldu .....                     Kilsənin Qaregindən azad edilməsi yolunda "mühüm addım" .....                     Saməddin Əsədov WTDC-25-in sədri seçilib .....                     Başçısı olsa da... Binəqədidə BAŞSIZLIQDIR... .....                     Köçəryan, Sərkisyan, Karapetyan və Vanetsyan... hamısı Eçmiədzində məğlub oldu... .....                     “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc “makler”lə bağlı .....                     Adil Vəliyev bu binanın sakinləri təhlükəyə atdı .....                     “Manato.az”da kreditlərin xidmət haqqı olmadan silinməsi barədə saxta elanlar paylaşdı .....                     Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir .....                     FETÖ-nün Azərbaycana qarşı “yeni süleymançılar” planı .....                     Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri? .....                     Dövlət qurumu 10 min nəfər üçün .....                     İcra başçıları ilə bağlı yeni vəziyyət .....                     İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib .....                     “102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib .....                     44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! .....                     Zelenskiyə qarşı koalisiya yaradılır? .....                     Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? .....                     3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir .....                     Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI .....                     Burda təhsildən savayı hər şey var... .....                     Burda müştəri məmnuniyyəti SIFIR... .....                     İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... .....                     DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib .....                     Sülh buğdası və əngəlləri olmayan Qafqaz .....                     “Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” .....                     Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb .....                     Kreml yandı: hələ ki, futbol stadionunda... .....                     Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... .....                     Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb .....                     Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub .....                     Azərbaycan təhsili hara gedir? .....                     “Lukoil”də ancaq nağd ödəniş alınır .....                     Dana əti adı ilə at əti satırlar .....                     “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb .....                     Ələsgər sənətdən nakam getdi... .....                     Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə .....                     “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu .....                     Ağdərədə mina partlayışı: Xəsarət alan var .....                 

Oqtay Şirəliyevin “Pirr qələbəsi” - Rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrilib
Tarix: 16-07-2018, 15:42 | Çap et
Oqtay Şirəliyevin “Pirr qələbəsi”
Son illərdə Azərbaycanda sağalmayan xəstəliyə çevrilən səhiyyə sisteminin problemləri haqqında çox danışılmasına, müzakirələr aparılmasına baxmayaraq relsdən çıxmış qatarı heç cürə xəttə qaytarmaq mümkün olmur. Sirr deyil ki, rüşvətxorluq və total korrupsiya bu sistemi çökdürüb. Dövlətin yetərincə diqqət və qayğısına rəğmən Azərbaycan səhiyyəsi qonşu dövlətlərin səhiyyəsinə nisbətdə gülünc durumdadır. Xəstəyə potensial qazanc mənbəyi kimi yanaşılan, insan talelərinin heçə sayıldığı bu sistemdə hər şey əlahəzrət pulun iradəsinə tabe edilib. Pulsuz xəstənin baxımsızlıqdan ölməsi Azərbaycanda sıradan bir hadisədir.
Ümumiyyətlə səhiyyədə formalaşan korrupsioner şəbəkə nəinki bu günümüzü, eləcə də xalqın gələcək genefondunu təhlükə altında qoyur. Keyfiyyətsiz dərmanlar, bu keyfiyyətsiz dərmanların lazım oldu-olmadı xəstələrə “sırınması” insan sağlamlığı üçün təhlükədir. Lakin, daha çox qazanmaq üçün gündən-günə azğınlaşan bu “dərman çetesi” həyatımızı riskə atmaqda davam edir.
Uzun illərdir ki, Səhiyyə nazirliyinə rəhbərlik edən Oqtay Şirəliyevin fəaliyyəti bu sistemi tamamilə çökdürüb. Əgər ölkənin səhiyyəsini bilavasitə çökdürmək üçün kimisə vəzifəyə təyin etsəydilər belə, yenə də O. Şirəliyev qədər bu işin öhdəsindən gələ bilməzdi. O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, Gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar. Şirəliyev həkimlərin tamamilə ələbaxan, cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi-el diliylə desək “neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı.
Siyahını kifayət qədər uzatmaq olar. Çünki O. Şirəliyevin “xidmətlərini” öz həyatında dadmayan Azərbaycan insanı tapmaq mümkün deyil. İmkanı olan müalicəsi üçün bu ölkədən başını götürüb qaçır. Bundan böyük dövlətə, vətənə, xalqa xəyanət düşünürsünüzmü, cənablar və xanımlar?
Azərbaycan səhiyyəsinin ən yaralı yerlərindən biri də savadsız kadrların xəstəxanalarda at oynatmasıdır. Ürəyin yerinə böyrəyi, gözün əvəzinə qulağı müalicə edən, sol ayağın yerinə sağ ayağı kəsən həkimlərimizin “möcüzələri” bütün dünyaya əyandır. Bunun da kökündə yenə də təbii olaraq total rüşvət dayanır. Ağına-bozuna baxmayaraq pulunu alıb xəstəxanalara doldurulan savadsız, təcrübəsiz həkimlər insan taleləri üzərində təcrübə keçirlər. Bu da Şirəliyev səhiyyəsinin növbəti “uğurudur”-insanları təcrübə “dovşanlarına” çevirmək! Ümumiyyətlə nazirliyin Kadrlar şöbəsinin hansı işlə məşğul olduğu məlum deyil. Şöbə müdiri Kəmalə Mehdiyevanın ya proseslərə müdaxilə etmək imkanı yoxdur, ya da özü proseslərin axarına qoşularaq xəstələrin taleyin ümidinə buraxılması ilə barışıb. Çünki, xəstəxanalara vakansiyaların verilməsi, bu zaman hansı oyunların baş verdiyini hamı bilir.
Rubrika.Az xəbər verir ki, paytaxtın mərkəzində yerləşən tanınmış, gəlirli xəstəxanalara vakant yerlərə həkim qəbulu prosesi daha çox “göndəriş” üsulu ilə həyata keçirilir. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Bu kriteryaların isə neçəyə olduğu barədə aidiyyatlı orqanlar araşdırma aparsalar daha məqsədəuyğun olardı. Səhiyyə sistemində “saç ağartmış”, təqaüd yaşını keçsə də “xalqa xidmətdən” yorulmayan Kəmalə xanım məgər bunları bilmirmi?, Bu barədə nazirliyin Kadrlar şöbəsində nələr baş verir? Hazırda jurnalist araşdırmalarımız davam edir, yaxınlarda Kəmalə Mehdiyevanın qanunsuz əməlləri ilə bağlı faktlara əsasən yazılar dərc edəcəyik.

İyulun əvvəlində baş verən enerji böhranından sonra prezident yanındakı müşavirədə ən sərt ittihamlar Səhiyyə nazirinin ünvanına səsləndirildi. Adicə generator tapılmayan xəstəxanalarla səhiyyənin analoqsuz inkişafından danışan O.Şirəliyevin “Pirr qələbəsi” ifşa olundu. Düşünmək olardı ki, bu boyda biabırçılıqdan sonra O. Şirəliyev dərhal istefa verəcək, xalqdan və dövlət başçısından üzr istəyəcək. Ancaq deyəsən “vəzifə xəstəliyinə” yoluxan və Azərbaycanda müalicəsi tapılmayan O. Şirəliyev hələ də öz “islahatlarını” davam etdirmək istəyir. Hansı haqla, hansı əsasla? Dövlət başçısının etimadından, humanizmindən bu qədər sui-istifadə etmək olarmı? Axı, vəzifədən çıxarılması haqqında əmrin hazırlanmasına baxmayaraq xahiş-minnətlə öz postunu qoruyan O.Şirəliyev nəyə nail olmaq istəyir? Ölkənin səhiyyə sistemini gülüş obyektinə çevirməsi bəs deyilmi? Bu tragikomediya hələ nə qədər davam etməlidir ?
Müalicəsi mümkün olmayan orqanı xəstənin həyatını xilas etmək üçün kəsib atırlar. Zamanı deyilmi?
Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yazıçı Anarın bu görüntüsü müzakirələrə səbəb oldu - Foto
Bu gün, 10:01
Kilsənin Qaregindən azad edilməsi yolunda "mühüm addım" - GƏLİŞMƏ
Bu gün, 09:53
Saməddin Əsədov WTDC-25-in sədri seçilib
Bu gün, 09:52
Başçısı olsa da... Binəqədidə BAŞSIZLIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:50
Köçəryan, Sərkisyan, Karapetyan və Vanetsyan... hamısı Eçmiədzində məğlub oldu... -ARAİK ARUTYUNYAN
Bu gün, 09:45
“Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc “makler”lə bağlı QƏRAR
Bu gün, 09:41
Adil Vəliyev bu binanın sakinləri təhlükəyə atdı - “Hər yağış mənim üçün ölüm risqi deməkdir”
Bu gün, 09:37
“Manato.az”da kreditlərin xidmət haqqı olmadan silinməsi barədə saxta elanlar paylaşdı - TƏFƏRRÜAT
Bu gün, 09:30
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FOTO
Bu gün, 09:24
FETÖ-nün Azərbaycana qarşı “yeni süleymançılar” planı – Alman kəşfiyyatının bu layihədəki rolu nədir?
Bu gün, 09:18
Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri? - Şahruddin uğursuzluğu belə izah etdi
Bu gün, 09:11
Dövlət qurumu 10 min nəfər üçün - YEMƏK ALIR
Bu gün, 09:05
İcra başçıları ilə bağlı yeni vəziyyət - Bunları etməsələr…
Bu gün, 09:02
İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib - Axios
Bu gün, 08:45
“102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 07:54
44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! – Beqoyan
Bu gün, 07:52
Zelenskiyə qarşı koalisiya yaradılır? - "Strana.ua"
Bu gün, 07:51
Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? - Qoy, bu barədə ELM ALƏMİ düşünsün...
Bu gün, 07:47
3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI - AXI NİYƏ?..
Bu gün, 07:39
Burda təhsildən savayı hər şey var... - İTTİHAM
Bu gün, 07:36
Burda müştəri məmnuniyyəti SIFIR... - GİLEY
Bu gün, 07:05
İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... - DİQQƏT
Bu gün, 06:57
DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib - QƏRAR
Bu gün, 06:48
Sülh buğdası və əngəlləri olmayan Qafqaz - İNCƏLƏMƏ
Bu gün, 06:46
“Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” - Dubravski
Bu gün, 06:43
Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb - TƏFƏRRÜAT
Bu gün, 06:36
Kreml yandı: hələ ki, futbol stadionunda... - SKANDAL FOTO
Bu gün, 06:35
Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... REAL GÖRÜNMÜR
Bu gün, 06:31
Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb - “Bloomberg”
Bu gün, 06:27
Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub
Dünən, 23:16
Azərbaycan təhsili hara gedir? - Rəqəmsal çağın tələbləri və real vəziyyət
Dünən, 23:12
“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Dünən, 23:07
Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Dünən, 23:04
“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Dünən, 18:40
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Dünən, 18:38
Ələsgər sənətdən nakam getdi... - ANIM
Dünən, 15:01
Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Dünən, 14:59
“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Dünən, 14:52
Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Dünən, 14:30
Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Dünən, 14:28
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Dünən, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Dünən, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Dünən, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Dünən, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Dünən, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Dünən, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Dünən, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Dünən, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru