Kilsənin Qaregindən azad edilməsi yolunda "mühüm addım" .....                     Saməddin Əsədov WTDC-25-in sədri seçilib .....                     Başçısı olsa da... Binəqədidə BAŞSIZLIQDIR... .....                     Köçəryan, Sərkisyan, Karapetyan və Vanetsyan... hamısı Eçmiədzində məğlub oldu... .....                     “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc “makler”lə bağlı .....                     Adil Vəliyev bu binanın sakinləri təhlükəyə atdı .....                     “Manato.az”da kreditlərin xidmət haqqı olmadan silinməsi barədə saxta elanlar paylaşdı .....                     Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir .....                     FETÖ-nün Azərbaycana qarşı “yeni süleymançılar” planı .....                     Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri? .....                     Dövlət qurumu 10 min nəfər üçün .....                     İcra başçıları ilə bağlı yeni vəziyyət .....                     İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib .....                     “102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib .....                     44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! .....                     Zelenskiyə qarşı koalisiya yaradılır? .....                     Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? .....                     3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir .....                     Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI .....                     Burda təhsildən savayı hər şey var... .....                     Burda müştəri məmnuniyyəti SIFIR... .....                     İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... .....                     DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib .....                     Sülh buğdası və əngəlləri olmayan Qafqaz .....                     “Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” .....                     Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb .....                     Kreml yandı: hələ ki, futbol stadionunda... .....                     Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... .....                     Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb .....                     Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub .....                     Azərbaycan təhsili hara gedir? .....                     “Lukoil”də ancaq nağd ödəniş alınır .....                     Dana əti adı ilə at əti satırlar .....                     “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb .....                     Ələsgər sənətdən nakam getdi... .....                     Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə .....                     “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu .....                     Ağdərədə mina partlayışı: Xəsarət alan var .....                     Ukrayna strateji məğlubiyyətə doğru gedir .....                 

Mingəçevirdəki qəza... Gəncədəki qəsd... - Heç nə təsadüfi deyil...
Tarix: 7-07-2018, 15:09 | Çap et
Mingəçevirdəki qəza... Gəncədəki qəsd...
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərov adlı Rusiya vətəndaşı ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, dünən rəsmi qurumlar onunla bağlı konkret faktlar açıqladı və bu durum terror aktı kimi qiymətləndirildi.

3 qurumun birgə yaydığı məlumatda onun 8 ay İranın Qum şəhərində yaşadığı, daha sonra Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi bildirilir. Qeyd olunur ki, o, Azərbaycanda dövlət çevrilişi etmək və şəriət dövləti qurmaq istəyib.

Lakin Elmar Vəliyevin qardaşı, hərbi prokuror Xanlar Vəliyevin Yunis Səfərovla bağlı verdiyi açıqlama bəzi suallara səbəb olub. X. Vəliyevin sözlərinə görə, Yunis Səfərovun anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır.

Verilən rəsmi açıqlama ilə X. Vəliyevin açıqlaması arasında böyük bir uçurum var. Bir açıqlamaya görə, terror hadisəsi radikal dinçilərlə bağlıdır, digər açıqlama isə bunu təkzib edir və hadisənin başqa tərəfdən planlaşdırıldığını düşünməyə şərait yaradır.

Yaranmış vəziyyəti BakuPost-a şərh edən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, istintaq orqanları hər an yeni bir məlumat əldə edə bilərlər və bu məlumat terror aktı ilə bağlı daha öncə yaranmış mənzərəni tamamilə dəyişə bilər. Bundan başqa, politoloq anası erməni olan Rusiya vətəndaşının bu hadisə üçün məqsədyönlü şəkildə seçildiyini ehtimal edir:

"Yunis Səfərovun 8 ay Qumda yaşaması və Suriyada təlim keçməsi, yaxud döyüşməsi təsdiqini tapmış məlumatlardır. Onun anasının erməni olması, özünün Rusiya pasportu daşıması bu reallıqları dəyişmir. Sirr deyil ki, hazırda Suriyada hərbi əməliyyatlarda iştirak edən terror qruplarının və digər qanunsuz hərbi birləşmələrin tərkibində alman, ingilis, fransız, gürcü, erməni və hətta rus millətindən olan insanlar da var. Bu şəxslər müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olan radikal dini qruplar tərəfindən ələ alınıblar, onlara ciddi ideoloji, psixoloji və hərbi təlimlər keçirilib. Nəzərinizə çatdırım ki, belə təlimlərdən sonra hətta əsl kimliklərini, keçmişlərini unudan insanlar da olur.

Yunis Səfərov ola bilsin ki, məqsədyönlü şəkildə ermənilərlə qohum olduğu üçün seçilib və ona Rusiya pasportu da izi azdırmaq məqsədi ilə verilib. Yaxud məqsəd diqqəti Rusiyanın üzərinə yönəltmək, son dövrlərdə inkişaf edən Bakı-Moskva münasibətlərinin üzərinə kölgə salmaqdan ibarət olub. Yunis Səfərov isə iki tərəfin – İran və Ermənistan xüsusi xidmət orqanlarının birgə layihəsi də ola bilər. İran, yaxud bu ölkədə olan hansısa dairələr Rusiya-Azərbaycan münasibətlərinin inkişafını, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini və Tehranın regiondakı əsas müttəfiqi Ermənistanın küncə sıxışdırılmasını özləri üçün təhlükə görür. İran Rusiya-ABŞ və NATO hərbi komandanlığının Bakıda keçirilən görüşlərindən, iyulun 16-da baş tutacaq Putin-Tramp görüşündən də ciddi narahatlıq keçirir. Bu narahatlıq Ermənistanın yeni rəhbərliyində də var. Çünki Rusiya ilə ABŞ arasında münasibətlərin normal məcraya yönəlməsi onların manevr imkanlarını da minimuma endirir”.

E. Mirzəbəyli Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktının ölkənin zülmətə bürünməsi ilə nəticələnən Mingəçevir qəzası ilə eyni gündə baş verməsini də təsadüf hesab etmədiyini dilə gətirib: "Qəzanın növbəti gün yenidən təkrarlanması da təsadüfə oxşamır. Bu hadisələrin arasında əlaqələrin olub-olmadığını isə şübhəsiz ki, istintaq müəyyənləşdirəcək.

Hadisələr arasında zəncirvari əlaqələr axtarsaq, bir neçə məqama da diqqət yetirilməsinə ehtiyac duyulur. Bu il Azərbaycanda ilk cümhuriyyətimizin 100-cü ildönümü, silahlı qüvvələrimizin, polisimizin 100 illiyi qeyd olunub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində dünyəvi inkişaf yolunu seçən ilk respublikadır. Bəzi ölkələrin, xüsusilə də İranın müəyyən dairələri Azərbaycan Xalq Cümhuriyyətini və onun varisi olan Azərbaycan Respublikasını müsəlman şərqində dünyəvi, müasirliyin və inkişafın modeli olaraq özlərinə təhlükə görürlər. Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri olub, Silahlı Qüvvələrin, polisin və digər dövlət orqanlarının yaradılması ilə bağlı ilk qərarlar Gəncədə verilib. Gəncə Azərbaycanın milli ideoloji mərkəzlərindən biri və bəlkə də birincisidir. Bu baxımdan Gəncə təsadüfən seçilməyə bilər.

Başqa bir zəncirvari əlaqə ehtimalı sui-qəsdin polisin 100 illiyinin qeyd olunduğu gündən 1 gün sonra, polis əməkdaşlarının gözü qarşısında və polis əməkdaşına da sui-qəsd etməklə həyata keçirilməsi ilə bağlıdır.

Başqa bir məqam bir müddət öncə Nardaranda baş verən hadisələrin Gəncəyə köçürülməsi cəhdi və bu prosesin qarşısının qətiyyətlə alınması ilə əlaqədar ola bilər.

İndiki halda bir məqamla bağlı dəqiq mülahizə yürütmək olar: Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktı və daha öncə sadaladığım digər hadisələr Azərbaycan dövlətçiliyinə qarşı gerçəkləşdirilən aksiyalardır. Bütün bunlar bizim üçün ciddi mesajlardır və düşünürəm ki, Azərbaycan xalqı və dövləti istənilən təhlükənin qarşısını almaq və dövlətçiliyimizi qorumaq əzmində və gücündədir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kilsənin Qaregindən azad edilməsi yolunda "mühüm addım" - GƏLİŞMƏ
Bu gün, 09:53
Saməddin Əsədov WTDC-25-in sədri seçilib
Bu gün, 09:52
Başçısı olsa da... Binəqədidə BAŞSIZLIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:50
Köçəryan, Sərkisyan, Karapetyan və Vanetsyan... hamısı Eçmiədzində məğlub oldu... -ARAİK ARUTYUNYAN
Bu gün, 09:45
“Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc “makler”lə bağlı QƏRAR
Bu gün, 09:41
Adil Vəliyev bu binanın sakinləri təhlükəyə atdı - “Hər yağış mənim üçün ölüm risqi deməkdir”
Bu gün, 09:37
“Manato.az”da kreditlərin xidmət haqqı olmadan silinməsi barədə saxta elanlar paylaşdı - TƏFƏRRÜAT
Bu gün, 09:30
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FOTO
Bu gün, 09:24
FETÖ-nün Azərbaycana qarşı “yeni süleymançılar” planı – Alman kəşfiyyatının bu layihədəki rolu nədir?
Bu gün, 09:18
Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri? - Şahruddin uğursuzluğu belə izah etdi
Bu gün, 09:11
Dövlət qurumu 10 min nəfər üçün - YEMƏK ALIR
Bu gün, 09:05
İcra başçıları ilə bağlı yeni vəziyyət - Bunları etməsələr…
Bu gün, 09:02
İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib - Axios
Bu gün, 08:45
“102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 07:54
44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! – Beqoyan
Bu gün, 07:52
Zelenskiyə qarşı koalisiya yaradılır? - "Strana.ua"
Bu gün, 07:51
Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? - Qoy, bu barədə ELM ALƏMİ düşünsün...
Bu gün, 07:47
3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI - AXI NİYƏ?..
Bu gün, 07:39
Burda təhsildən savayı hər şey var... - İTTİHAM
Bu gün, 07:36
Burda müştəri məmnuniyyəti SIFIR... - GİLEY
Bu gün, 07:05
İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... - DİQQƏT
Bu gün, 06:57
DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib - QƏRAR
Bu gün, 06:48
Sülh buğdası və əngəlləri olmayan Qafqaz - İNCƏLƏMƏ
Bu gün, 06:46
“Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” - Dubravski
Bu gün, 06:43
Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb - TƏFƏRRÜAT
Bu gün, 06:36
Kreml yandı: hələ ki, futbol stadionunda... - SKANDAL FOTO
Bu gün, 06:35
Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... REAL GÖRÜNMÜR
Bu gün, 06:31
Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb - “Bloomberg”
Bu gün, 06:27
Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub
Dünən, 23:16
Azərbaycan təhsili hara gedir? - Rəqəmsal çağın tələbləri və real vəziyyət
Dünən, 23:12
“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Dünən, 23:07
Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Dünən, 23:04
“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Dünən, 18:40
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Dünən, 18:38
Ələsgər sənətdən nakam getdi... - ANIM
Dünən, 15:01
Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Dünən, 14:59
“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Dünən, 14:52
Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Dünən, 14:30
Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Dünən, 14:28
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Dünən, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Dünən, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Dünən, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Dünən, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Dünən, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Dünən, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Dünən, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Dünən, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Dünən, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Dünən, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru