“Nar” şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi - Mobil zəng xidmətləri testlərinə əsasən
Tarix: 14-11-2017, 08:21 | Çap et
 Yarandığı ilk gündən abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərlə seçilən “Nar” özünün mobil rabitə şəbəkəsini təkmilləşdirməyə davam edir. 2017-ci ilin 2-ci rübündə mobil rabitə şəbəkələrinin müqayisəli testləri keçirilib və “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Mobil rabitə şəbəkələrinin sınaqları mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3 Communications” tərəfindən keçirilib.
Mobil rabitə şəbəkələrinin müqayisəli testləri Azərbaycanın müxtəlif bölgələrində yerləşən şəhər, kənd, qəsəbə və magistral yollarda aparılıb. Tamamilə səyyar test şəklində təşkil edilmiş bu sınaqların 55%-i Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Quba kimi şəhərlərdə, digər hissəsi isə Xırdalan, Lənkəran, Qəbələ, Xaçmaz kimi daha kiçik şəhərlər, eləcə də şəhərlərarası yollarda təşkil edilib. “P3 Communications” şirkətinin apardığı sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanır.
Qeyd edək ki, “Nar” 2017-ci il ərzində mobil rabitə şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirib. Bir müddət öncə mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Məhz bu kimi addımlar sayəsində, aparılmış test nəticələrinə görə “Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yaxşı mobil rabitə operatoru olduğu qəbul edilib.
Belə ki, şəbəkənin əhatə dairəsinin genişlənməsi, mobil zəng və internet xidmətlərinin keyfiyyətnin artırılması məqsədilə bütün ölkə ərazisi boyunca baza stansiyalarının sayı əhəmiyyətli dərəcədə artırılıb. 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM texnologiyalı transmissiya xətləri üzərindən işləyən 3G baza stansiyalarının sayı üç dəfə azaldılıb və müasir tələblərə cavab verən IP texnologiyasına əsaslanmış transmissiya xətləri ilə əvəz edilib. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) 2016-cı ilin son günü ilə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artıb.
“Nar”
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“P3 Communications”
“P3 Communications” 3300 nəfərdən artıq əməkdaşla dünya üzrə fəaliyyət göstərən və 2016-cı ildə təqribən 340 milyon avro dövriyyəsi olan aparıcı beynəlxalq konsaltinq, mühəndislik və test xidmətləri şirkətidir. Sırf telekommunikasiya sahəsi ilə əlaqədar olaraq “P3 Communications” geniş mənada müstəqil texniki və menecment-konsaltinq xidmətləri göstərir. Şəbəkənin planlaşdırılması, mühəndislik, hərtərəfli optimallaşdırma, təhlükəsizlik, xidmət keyfiyyəti (QoS) və xidmətlərin faktiki keyfiyyətinin (QoE) sınaqları, beynəlxalq bençmarkinq və cihazların sınaqdan keçirilməsi məhz belə xidmətlərdəndir. “P3 Communications” şirkətinin müştəriləri arasında dünya miqyaslı şəbəkə operatorları, avadanlıq təchizatçıları, cihaz istehsalçıları, ictimai təhlükəsizlik qurunları və tənzimləyici orqanlar vardır. Uzunmüddətli menecment təcrübəsinə malik şirkət ekspertləri ən son texniki “know-how” nailiyyətlərini tətbiq edirlər. Daha ətraflı məlumatı nar.az və p3-group.com internet səhifələrindən öyrənmək olar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Bu gün, 12:54 |
|
|
|
• Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Bu gün, 12:51 |
|
|
|
• Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Bu gün, 12:48 |
|
|
|
• “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Bu gün, 12:32 |
|
|
|
• ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Bu gün, 12:28 |
|
|
|
• Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Bu gün, 12:23 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
• Ənvər Seyidov vəfat etdi
Bu gün, 12:16 |
|
|
|
• "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Bu gün, 12:12 |
|
|
|
• “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47 |
|
|
|
• İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41 |
|
|
|
• Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35 |
|
|
|
• Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28 |
|
|
|
• Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24 |
|
|
|
• "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16 |
|
|
|
• Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13 |
|
|
|
• 17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07 |
|
|
|
• Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05 |
|
|
|
• “Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55 |
|
|
|
• Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51 |
|
|
|
• “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30 |
|
|
|
• Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24 |
|
|
|
• Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20 |
|
|
|
• Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05 |
|
|
|
• Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56 |
|
|
|
• Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40 |
|
|
|
• "Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33 |
|
|
|
• Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29 |
|
|
|
• Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25 |
|
|
|
• Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21 |
|
|
|
• ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18 |
|
|
|
• İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14 |
|
|
|
• Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12 |
|
|
|
• "Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04 |
|
|
|
• Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35 |
|
|
|
• İqtidar yeni dövrə hazırlaşır - “kadr bankı”nda dəyişiklik
Bu gün, 08:30 |
|
|
|
• `Azəriqaz` işçisi ittiham səsləndirdi və... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25 |
|
|
|
• Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur - İNCƏLƏMƏ
Bu gün, 08:15 |
|
|
|
• Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22 |
|
|
|
• Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03 |
|
|
|
• Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01 |
|
|
|
• "Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55 |
|
|
|
• "Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53 |
|
|
|
• Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43 |
|
|
|
• İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31 |
|
|
|
• "Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29 |
|
|
|
• İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24 |
|
|
|
• Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21 |
|
|
|
|