“KƏPƏZ”Mİ, YOXSA “SƏRDAR”?
Tarix: 1-07-2012, 16:07 |
Çap et
BUNU MƏHKƏMƏ AYIRD ETMƏLİ OLACAQ
Türkmənistan Xəzərdəki mübahisəli yataqlara görə, Azərbaycanı beynəlxalq məhkəməyə vermək fikrindədir.
Bunu Türkmənistanın neft-qaz sənayesi və mineral resurslar naziri Kakageldi Abdıllayev “Türkmən dövlət xəbərləri” agentliyinə müsahibəsində deyib.
Söhbət əsasən Azərbaycanın “Kəpəz” Türkmənistanın isə “Sərdar” adlandırdığı neft yatağından gedir.
O qeyd edib ki, Türkmənistan dəfələrlə hüquqi cəhətdən müəyyən edilməmiş ərazilərdə, xüsusilə də “Omar” və “Osman” yataqlarında işlərin dayandırılmasını tələb etsə də
Azərbaycan tərəfi buna məhəl qoymayıb, buna görə də Aşqabadın BMT Beynəlxalq məhkəməsinə mnüraciət etməkdən başqa yolu qalmır.
Nazir qeyd edib ki, ARDNŞ, BP, “Chevron”, “Exxon Mobile”, “Hess”, “İnpex”, “Itochu”, “Statoil” və TPAO şirkətlərinin hüquqi cəhətdən müəyyən edilməmiş ərazilərdə iş aparmaları beynəlxalq hüquq normalarına ziddir.
O qeyd edib ki, beynəlxalq dəniz prinsipləri və normaları əsasənda müəyyən edilmiş orta xəttə əsasən “Sərdar” , (Kəpəz) yatağı tamamilə Xəzərin Türkmənistan sektorunda yerləşir.
Buna görə də Azərbaycan mətbuatında bu məsələ ilə bağlı qaldırılan hay-küy İki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etmir və Türkmənistan tərəfi bundan təəssüflənir.