Məhkəməyə ən çox şikayət edilən dövlət qurumları .....                     “Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı .....                     ADSEA-nın şirkəti avtomobil parkını genişləndirir .....                     Kiyevdəki səfirliyimiz qəsdən vurulur .....                     Bu türk ölkəsi “İbrahim Sazişləri”nə qoşuldu, sıra Azərbaycanda .....                     Yeni açılan iş yerlərinin 78%-i Bakının payına düşüb .....                     “5 + 1" formatında açar ölkə .....                     AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır .....                     Tezliklə Azərbaycan C5+1 platformasına qoşulacaq .....                     Paşinyan Səfəvilərə aid "Qırmızı körpü"nün yeni açılışında iştirak etdi... .....                     Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü .....                     Rövşən Nəcəfin imzası altında MAAŞ ARTIMI SAXTAKARLIĞI... .....                     “Neftçilər”də milyonluq binalar inşa edən icra başçısına yaxın .....                     70 kq qızılla tutulan diplomatımız hakim qarşısında .....                     Zirəddindən qorxulu müharibə proqnozu .....                     Dövlət Komitəsinin sədr müavininə ağır itki üz verib .....                     Türkiyə-Ermənistan sərhədinin açılması regional əməkdaşlıq üçün unikal şansdır .....                     “Sabunçu Bazarı” ASC-nin rəhbərliyi seçiləcək .....                     "Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır" .....                     "Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır" .....                     Kapitan həbsdən məktub göndərdi: Generala ağır ittihamlar .....                     Binəqədi Tibb Mərkəzində xaos yaşanır .....                     Təyyarəmizi vurdular... səfirliyimizi bombaladılar... .....                     Milli Mətbuatın məzarı başında şərqi deyənlər... .....                     Əməkdar artist Yadigar Muradov vəfat edib .....                     Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib .....                     AQTA-nın bundan yəqin ki, xəbəri yoxdur... .....                     Kadrları da özü kimi işləyirdi... .....                     İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? .....                     Nizami rayonunun 'ƏZRAYILI': CƏBRAYILOV... .....                     Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur .....                     Böyük məramlar və xırda maraqlar .....                     Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü .....                     DGK Maliyyə Nazirliyinə birləşdirilir .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... .....                     "Bu görüş xüsusi əhəmiyyət daşıyır..." .....                     Tehran rejimi türk mənşəli toponimləri farslaşdırır .....                     Ermənistanın “Göyçə isteriyası” .....                     ABŞ-ın dünyada ən güclü ordusu var .....                     Bakıdan Avropaya ötürülən “donos”lar .....                 

Səlim Müslümov tikinti mafiyasının əlində acizmi qalıb? - Azərbaycanda quldarlıq bəyəm ləğv olunmayıb?
Tarix: 13-01-2015, 13:58 | Çap et
Səlim Müslümov tikinti mafiyasının əlində acizmi qalıb?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti deyilən bir qurumu var. Onlar nə işlə məşğuldurlar? Əvvəlcə gəlin, kağız üzərində gördükləri rəsmi fəaliyyətlə tanış olaq. Əmək müfəttişliyi adətən iki istiqamətdə В«işləyirВ». Birincisi, əməyin mühafizəsinə dair sənədləri yoxlayır. İkincisi, ümumilikdə əmək münasibətlərinə dair (kadrlarla iş üzrə) bütün sənədləri nəzərdən keçirir. Əməyin mühafizəsinə dair sənədlərə aşağıdakılar şamil olunur: əməyin mühafizəsinə dair təlimat, işçilərin müvafiq təlimatlandırma və tibbi baxışdan (zəruri hallarda) keçmələri barədə diplomlar və arayışlar, təhlükəsizlik texnikası ilə bağlı təlimatlandırma jurnalı.

Kadr sənədlərinə isə təsis sənədləri dəsti, kollektiv müqavilə (əgər müqavilə bağlanıbsa), əməyin ödənilməsinə dair bütün sənədlər (mükafatlandırmalar, əlavələr barədə əsasnamə, hesablaşma vərəqləri), daxili əmək intizamı qaydaları, əmək müqavilələri, iş vaxtının uçotuna dair ştat cədvəli, əməkhaqqı hesablanması tabelləri, xəstəlik vərəqələri aiddir. Bundan əlavə, məzuniyyət qrafiki, şəxsi vərəqələr, əmrlər də bura daxildir. Sözsüz ki, müfəttişlər əmək kitabçalarını, əmək kitabçalarının və onlara əlavələrin hərəkətinin uçotu kitabını da tələb edəcəklər. В«Əmək Müfəttişliyinin fəaliyyətini tənzimləyən normativ akt Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Hər bir sahibkar çek-list - əmək müfəttişliyinin subyektlərə irəli sürdüyü sualların-tələblərin tam siyahısı üzrə öz hazırlığını yoxlaya bilər.

Əmək müfəttişliyinin təqribi görəcəyi işlər bunlardır. Bəs praktikada bu qurumun əməkdaşları öz işlərinin öhdəsindən gəlirmi? Bildiyiniz kimi, Azərbaycanda tikinti ilə məşğul olan böyük bir mafiya mövcuddur. Onların qanunsuz fəaliyyətləri tez-tez ifşa olunsa da, ümumi anlamda dövlət qurumlarının bu sahəyə diqqəti daim güclü olmalıdır. Çünki gördükləri işin yarıdan çoxu qanunsuz əməllərlə doludur. O cümlədən bu sahədə işləyən fəhlələrin hüquqlarını qorumaq, bu sahədəki qanunsuzluqları ortaya çıxarmaq birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyəti çərçivəsindədir. Amma gəlin görək, bu qurum öz səlahiyyətlərindən istifadə edib belə demək mümkünsə, fəhlələrin hüquqlarını işverəndən qoruyurlarmı? Mən bu qurumun 2014-cü ildə tikinti sahəsində hansı işlər gördüyü ilə maraqlandım. Və rəsmi saytlarında yalnız bir fakta rast gəldim. Məlumat belədir.

Azərbaycanda quldarlıq bəyəm ləğv olunmayıb?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən "Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə, habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması növbəti yoxlamalar aparılıb.

Yoxlamalar zamanı "Alpina” MMC və "Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışan işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin başvermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir şəraitdə işlədikləri aydın olub. Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar. Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.

Aşkar edilən hüquq pozuntularına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.

Əla, deməli, lazımi tədbirlər görülüb. Amma bu tədbirlərin bir nəticəsi olubmu? Əgər əmək müfəttişlərinin etdiyi yoxlamadan təqribən bir həftə keçəndən sonra gedib həmin tikinti şirkətini bir dəfə də jurnalist kimi yoxlasanız heç bir nəticənin olmadığının şahidi olarsınız. Adətən bu cür yoxlamalar sonda kiminsə cibinə müyyən miqdarda pul girəndən sonra necə varıydısa, o cür də davam edir. Yenədə fəhlə müqaviləsiz, günəmuzd qul kimi işləyir, yenə də təhlükəsizlik qaydalarına riayət olunmur. Onda sual yaranır bu yoxlamalar nəyə görədir?

Bir misal çəkim. Özüm ev almaq üçün bir neçə dəfə Şamaxinka deyilən yerə getmişəm. Bu ərazi Bakı ətrafı qəsəbələrin içərisində bəlkə də ən böyük tikinti meydançaslarından biridir. Əksəriyyəti rayonlardan olan minlərlə insan burda qul kimi günəmuzd işlədilir. Hər dəfə ora gedəndə fəhlələrlə söhbət edirəm. Müqavilələrinin olub-olmadığı, xüsusi təhlükəsizlik geyimlərinin verilməsi, harda qaldıqları barədə sorğu-suala çəkirəm. Əksəriyyəti əmək müqaviləsi, təhlükəsizlik geyimləri nədir, anlayışları belə yoxdur. Hansısa işçinin ayağı büdrəyib hündürlükdən yıxılsa və ağır xəsarət alsa, cavab verən belə tapılmayacaq. Fəhlələrə uniforma, kaska və iş prosesində zəruri olan digər geyim növləri verilmir. Fəhlələrin dediyinə görə, hətta bir neçə dəfə bədbəxt hadisə də baş verib. Amma şirkət sahibləri təbii ki, əmək müqaviləsinin olmaması ucbatından sadəcə olaraq, onların obyektlərində belə bir işçinin olmadığını bildirir və bununla da işi ört-basdır edirlər. Əmək qanunlarına önəm verilmir. İşçilər bəzən gecə saatlarına kimi işlədilir. Ona görə də bu cür fəhlələri (qullar desək daha düzgün olardı) yalnız bir şey bilir. Səhərdən axşama kimi işləyib günə 10 manat pul qazanmaq. Onun da 5 manatını evə, arvad-uşağa çörək pulu göndərmək. 5 manatını isə qul olduğunu yadından çıxarmaq üçün arağa verib içmək. Bir az zirəkli olan fəhlə isə 15-20 manat almaq şansını qazanır, bir də yarıtikili binada gecələmk imkanına nail olur. Yəqin ki, minlələ kvadratmetr ərazidə tikilən bu obyektlərdən Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları da xəbardardırlar. Xəbardardırlarsa, onda bu ərazilərdə işləyən fəhlələr niyə bu gündədirlər? Bəyəm, bu ölkədə quldarlıq rəsmən qadağan deyil? Özü də tək burda belə deyil. Tam əminliklə deyə bilərəm ki, Bakı və ətrafı, o cümlədən rayonlarda gedən tikinti obyektlərində çalışan fəhlələrin 70-80 faizi müqaviləsiz, günəmuzd qul kimi çalışır. Hələ təhlükəsizlik məsələsini demirəm. Mütəxəssislərin fikrincə, bunların hamısı xərc tələb edir. Bizdə isə bu xərcləri işəgötürən çəkmək istəmir: ”Birinci məsələ odur ki, indi Azərbaycanda tikintini kim gəldi həyata keçirir. Xarici ölkələrdə bunu oturuşmuş, lisenziyası olan, bu sahədə təcrübəsi olan bir neçə şirkət öz üzərinə götürür və bu işləri yerinə yetirir, tikintisini aparır. Bizdə isə fərqlidir. Hərə bir MMC yaradır və başlayır tikinti işi ilə məşğul olmağa, bina inşa etməyə. Və fəhləni hardan gəldi yığır, onlarla heç bir əmək müqaviləsi bağlamır, münasibətlər rəsmiləşdirilmir. Təcrübəsiz fəhlələr yığılır iş başına və sonucda da bədbəxt hadisələr baş verir. İşçilər ən azından 30 parametr üzrə təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Bizdə isə nəinki 30 parametr, heç bir parametr də təhlükəsizlik qaydalarına riayət etmirlər. Məsələn, fəhlələrin işlətdiyi avadanlıqlar fiziki baxımdan aşınıb. Xüsusi təhlükəsizlik balonları ki, var, hara gəldi tullanılır, yəni xüsusi saxlanma qaydalarına əməl olunmur. Fəhlələrin tikinti apardığı yerdə yıxılmamaq üçün setkalar qurulmalıdır ki, onlar qurulmur. Həmçinin inşa işləri gedən yer bürünməlidir ki, oradan hava axıb, fəhlələri soyuqlatmasın, bunlar edilmir. İşçilərə heç bir təlimat verilmir, əyani vəsaitlər yoxdur. Fəhlələrin əmək təhlükəsizliyi ilə bağlı heç bir bilgisi yoxdur. Nəticədə də bu cür bədbəxt hadisələr olur”. Ən maraqlısı və acınacaqlı tərəfi isə ordadır ki, heç kim bu faktları ortaya çıxarmır. Çünki ortada yeyilən pullar var ki, bu da yoxlayana da, yoxlamaya məruz qalana da bəs edir. Ortada yetim-yesirin ahı qalır. Heç olmasa ondan qorxun.
\\ GünBakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəməyə ən çox şikayət edilən dövlət qurumları - AÇIQLANDI
Bu gün, 10:41
“Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
ADSEA-nın şirkəti avtomobil parkını genişləndirir - milyonluq alqı-satqı
Bu gün, 10:30
Kiyevdəki səfirliyimiz qəsdən vurulur - BU, FAKTDIR...
Bu gün, 10:28
Bu türk ölkəsi “İbrahim Sazişləri”nə qoşuldu, sıra Azərbaycanda - GƏLİŞMƏ
Bu gün, 10:26
Yeni açılan iş yerlərinin 78%-i Bakının payına düşüb – 6 rayonda iş yeri açılmayıb
Bu gün, 10:22
“5 + 1" formatında açar ölkə - Zəngəzur dəhlizi tezləşir?
Bu gün, 10:15
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır - DİQQƏT...
Bu gün, 10:05
Tezliklə Azərbaycan C5+1 platformasına qoşulacaq - Amerikalı ekspert
Bu gün, 10:03
Paşinyan Səfəvilərə aid "Qırmızı körpü"nün yeni açılışında iştirak etdi... - FOTO, VİDEO
Bu gün, 09:53
Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü - MƏHKƏMƏ
Bu gün, 09:48
Rövşən Nəcəfin imzası altında MAAŞ ARTIMI SAXTAKARLIĞI... - BUNU İZAH EDƏN OLACAQMI?
Bu gün, 09:42
“Neftçilər”də milyonluq binalar inşa edən icra başçısına yaxın 10 manatlıq şirkət vergi borcunu ödəmir
Bu gün, 09:37
70 kq qızılla tutulan diplomatımız hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:29
Zirəddindən qorxulu müharibə proqnozu - "Yaşadığımız ərazi də..."
Bu gün, 09:20
Dövlət Komitəsinin sədr müavininə ağır itki üz verib
Bu gün, 09:15
Türkiyə-Ermənistan sərhədinin açılması regional əməkdaşlıq üçün unikal şansdır - ONA GÖRƏ DƏ...
Bu gün, 09:12
“Sabunçu Bazarı” ASC-nin rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:08
"Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır" - deputat
Bu gün, 09:06
"Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır" - deputat
Bu gün, 09:00
Kapitan həbsdən məktub göndərdi: Generala ağır ittihamlar - TƏFƏRRÜAT
Bu gün, 08:52
Binəqədi Tibb Mərkəzində xaos yaşanır - GİLEY
Bu gün, 08:48
Təyyarəmizi vurdular... səfirliyimizi bombaladılar... - İNDİ DƏ...
Bu gün, 08:46
Milli Mətbuatın məzarı başında şərqi deyənlər... - MALƏSƏF...
Bu gün, 07:39
Əməkdar artist Yadigar Muradov vəfat edib
Bu gün, 07:32
Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib - "Venezolana de Televisión"
Bu gün, 07:18
AQTA-nın bundan yəqin ki, xəbəri yoxdur... - FOTOFAKT
Bu gün, 07:14
Kadrları da özü kimi işləyirdi... - yəni YARITMAZ...
Bu gün, 07:03
İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? - Məmur vətəndaşı TƏHDİD EDİR...
Bu gün, 06:51
Nizami rayonunun 'ƏZRAYILI': CƏBRAYILOV... - Kim... harda... nəyi... necə istəyirsə, edir!
Bu gün, 06:44
Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur – Xanım sahibkara, yoxsa…
Bu gün, 06:40
Böyük məramlar və xırda maraqlar - İNCƏLƏMƏ
Bu gün, 06:35
Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü - FAKT BUDUR!
Bu gün, 06:28
DGK Maliyyə Nazirliyinə birləşdirilir - Gömrük Xidməti yaradılacaq
Bu gün, 06:23
Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:21
"Bu görüş xüsusi əhəmiyyət daşıyır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 06:15
Tehran rejimi türk mənşəli toponimləri farslaşdırır - NƏ ETMƏLİ?
Bu gün, 06:09
Ermənistanın “Göyçə isteriyası” - Bakı tarixi adı çəkdi, İrəvan dəstə-dəstə mif uydurdu
Bu gün, 06:03
ABŞ-ın dünyada ən güclü ordusu var - Tramp
Bu gün, 05:58
Bakıdan Avropaya ötürülən “donos”lar - Xaricdəki blogerlərə Bakıdan sifariş gedir...
Dünən, 22:23
"Uşaqlıqdan demokratik mühitdə böyümüşəm"
Dünən, 22:15
Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - TƏFƏRRÜAT
Dünən, 22:14
"Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" - SİRRLƏR AÇILIR...
Dünən, 22:11
Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır
Dünən, 17:53
“Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” - deputat
Dünən, 17:48
Universitet heyvanlar üçün 56 min manatlıq yem alır
Dünən, 17:46
44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü
Dünən, 17:42
Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı - BİR-BİR ÜZƏ ÇIXIRLAR...
Dünən, 17:32
Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI - FOTO
Dünən, 17:25
"N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi - TƏFƏRRÜAT
Dünən, 17:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru