Mariana Vasileva vəzifəsinə geri dönüb? .....                     Putin rus qadınlarının az uşaq doğmasından narazıdır .....                     Maliyyə Nazirliyinin verdiyi mühüm sənədlər AYNA-da yoxa çıxıb .....                     Naxçıvan yolunda Rusiya FTX-si, yoxsa ABŞ şirkəti? .....                     İrəvan Moskvanın əvəzinə Parisin əsiri olur .....                     Rusiyanın antiAzərbaycan gedişləri... .....                     Abunəçilər AZERCELL-ə qarşı səfərbər olur .....                     Dollarla bağlı rezonans doğuran tələb .....                     Neft Kəmərləri idarəsi Dübəndi istehsalat bölümü işçiləri HARAY ÇƏKİR .....                     Əbu-Dabi anlaşmasının ilginc detalları .....                     Tramp səbrini itirib, Putin isə qorxmur... .....                     “Rüşvət vermədim, obyektimi sökdülər!” .....                     Qadın məhbuslar da Mirsaleh Seyidovun qurbanına çevrilib .....                     Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz .....                     Quru sərhədlər haqda müzakirələr başladı .....                     "Perfect Smile Dental Klinika"ya cərimə kəsilib .....                     İşçinin maaşını verməyən deputat görün, nə etdi... .....                     "Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" .....                     Əmircan qəsəbəsi susuz səhraya dönüb .....                     Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR .....                     Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? .....                     “Zəngəzur düyünü”nü kim açacaq? .....                     Trampın vədləri: daha iki ay fasiləsiz müharibə .....                     "Paşinyan tamamilə düzgün mövqe seçib" .....                     “Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” .....                     "Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır" .....                     Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                 

Antiinhisar Dövlət Xidməti Yusifzadə Nərminə daha bir yaşıl işıq yandırdı - AXI NİYƏ?
Tarix: 6-02-2024, 12:58 | Çap et
Antiinhisar Dövlət Xidməti Yusifzadə Nərminə daha bir yaşıl işıq yandırdı
Balakən rayon Mərkəzi Rayon Xəstəxanası 03.02.2024-cü il tarixdə avtomobillərin cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirdiyi kotirovka sorğusunun nəticələrini açıqlayıb. Qeyd edək ki, 11.12.2023-cü il tarixdə başlanmış müsabiqənin zərflər paketi 26.12.2023-cü il tarixdə açılıb. Müsabiqənin qalibi “NUR GENERAL SUPPLIER” MMC olub və tərəflər arasında 27.452,7 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

MMC bu satınalmada necə qalib çıxıb? Aktualinfo org bir müddət əvvəl “NUR GENERAL SUPPLIER” MMC-nin satınalmalarda şübhəli yollarla qalib çıxdığı barədə məqalə yaymışdı. Zərurət yarandığından sözügedən məqaləni yeniləməli olduq. Çünki Balakən rayon Mərkəzi Rayon Xəstəxanası redaksiyamıza verilən məlumatda bildirilir ki, bizim heç nədən xəbərimi yoxdu, MMC-ni İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qalib müəyyən edib.

İndi gəlin görək qanun Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qalib seçdiyi bu MMC-nin satınalmalarda iştirakına yol verirmi?

Dövlət Vergi Xidmətinin rəsmi portalında olan məlumatlara görə “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.10.2023-cü il tarixdən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən riskli vergi ödəyicilərin siyahısına daxil edilib. MMC-nin 22.01.2024-cü il tarixə olan 31 174.23 manat vergi borcu artıq ödənilib. Amma MMC hələ də riskli vergi ödəyicilərinin siyahısında qalmaqdadır. Balakən rayon Mərkəzi Rayon Xəstəxanası 11.12.2023-cü il tarixdə kotirovka orğusu müsabiqəsinə başlayanda da MMC riskli vergi ödəyicilərinin siyahısında olub.

“NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlincə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.

Azərbaycanın dövlət satınalmaları bazarında bir MMC girib. Təsəvvür edin, ilk addımlarını belə qanunsuzluqla atıb. Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən yumşaq inventarların satınalınması üzrə keçirilmiş 33 405.4 manat dəyərində kotirovka sorğusunun qalibi olub. Hələ 2022-ci ildə.

Qeyd edək ki, 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilən kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 27.09.2022-ci ilə, zərflərin açılış tarixi isə 14.11.2022-ci il tarixə müəyyən edilib. “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 13.10.2022-ci-ci il tarixində, yəni müsabiqənin başlanılmasından 16 gün sonra dövlət qeydiyyatına alınib.

Dövlət qeydiyyatına alındıqdan cəmi bir gün sonra Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən keçirilmiş dəftərxana və təsərrüfat mallarının satın alınması keçirilmiş açıq tenderin qalibi olub və 100.000 manat məbləğində dövlət sifarişi alıb.

Hələ dövlət qeydiyyatına alınmamışdan Lerik rayon İşıqlandırma İdarəsi tərəfindən 10.11.2022-ci il tarixdə başlanmış elektrik avadanlıqlarının satın alınması kotirovkanın da qalibi olub.

MMC daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə 11.996 manat dəyərində gül və əklillər alıb.

Dövlət qeydiyyatına alındıqdan bir ay sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğuna 4.157 manat məbləğində mətbəx ləvazimatları alıb.

Sonra Neftçala rayon İcra Hakimiyyətinə 8.760 manat dəyərində sair xərclər üzrə bayram tədbirlərinin keçirilməsini təşkil edib.

Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan bir ay sonra 5 müxtəlif lot üzrə ayrı ayrı dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovkaların qalibi olub. Beləcə 14.11.2022-ci ildən 26.12.2023-cü ilə qədər, yəni bir il bir ay ərzində 45 satınalma prosedurunun iştirakçısı olub.

MMC Hacıqabul rayon Mərkəzi Rayon Xəstəxanasına 20.452,94 manat məbləğində dəftərxana və təsərrüfat malları, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanasına 19.995,1 avtomobillər üçün ehtiyat hissələri, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna 39.200 manat məbləğində kimyəvi maddələr, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 11.351,6 manat məbləğində abadlıq, təmizlik və yaşıllıqlara qulluq işlərinin həyata keçirilməsi məqsədi ilə çiçəklər, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 9.006,4 manat məbləğində işçilər üçün geyim və avadanlıqlar, 201 nömrəli hərbi hissə üçün 182.453,75 manat dəyərində vacib olan ləvazimat və detallar, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinə 95.119,8 manat məbləğində istehsalat nəqliyyatı vasitələri alıb.

Göründüyü kimi satınalmaların içində demək olar bütün xidmət növləri var. MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə heç bir məlumat yoxdu. Amma daha maraqlı məlumatlar var.

Daha təəccüblüsü isə şirkətin riskli vergi ödəyicilərin siyahısına daxil edilməsindən, 16.10.2023-cü il tarixdən sonra MMC müxtəlif dövlət qurumlarının keçirdiyi 20 satınalma prosedurunun iştirakçısı olub. Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə dəftərxana mallarının satınalınması üzrə 110.129,4 manat 17.10.2023-cü il tarixdə, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanası ilə avtomobillər üçün ehtiyat hissələrinin satınalması üzrə 19.995,1 manat məbləğində 16.10.2023-cü il tarixdə, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi ilə 9.006,47 və 11.351,6 manat mələğində 03.11.2023-cü il tarixdə, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi ilə 95.119,8 manat məbləğində 16.11.2023-cü il tarixdə, 29.972 manat məbləğində 07.12.2023-cü il tarixdə, Kürdəmir rayon Mərkəzi Rayon Xəstəxanası ilə 18.679,87 manat məbləğində 13.12.2023-cü il tarixdə, Salyan rayon İcra Hakimiyyəti ilə 6.274,06 manat məbləğində 30.12.2023-cü il tarixdə, Lerik rayon Yaşillaşdirma İdarəsi ilə 20.596,9 manat məbləğində 08.01.2024-cü il tarixdə ümumi olaraq 9 satınalma müqavilələri bağlayıb.

Buradan suallar yaranır. “NUR GENERAL SUPPLIER” MMC ilə satınalma müqaviləsi bağlayan bu qədər dövlət müəssisəsi bunu görməyibmi? Axı satınalmalar haqqında qanun vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması, Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olması kimi halları yolverilməz hesab edir.

Bəs necə olur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “NUR GENERAL SUPPLIER” MMC-nin riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan 2319022459902700 nömrəli qərarı bu qədər dövlət müəssisəsi görməzdən gəlib?

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada bir MMC-nin müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə onlarla tenderin qalibi olması yol verilən qanun pozuntuları ilə bərabər açıq-aydın görsənir. Hansıki, bir xanımın qanuni təmsilçisi olduğu şirkətdir. Barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Kimdir Yusifzadə Nərmin Tahir qızı? Bir il əvvəl yaratdığı bir MMC ilə dövlət müəssisələrinə həm yumşaq inventarlar, dəftərxana və təsərrüfat malları, elektrik avadanlıqları, avtomobillər üçün ehtiyat hissələri, sürtgü yağları alır, həm də yaşıllaşdırma və abadlaşdırma xidmətləri göstərir? Həm də heç bir qanun, qadağa bilmədən, vergi tanımadan?

Satınalmaların təşkilinə nəzarət edən dövlət qurumu kimi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bütün qanun pozuntularına baxmayaraq bu xanıma daim yaşıl işıq yandırır.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22
Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13
Maliyyə Nazirliyinin verdiyi mühüm sənədlər AYNA-da yoxa çıxıb
Bu gün, 09:09
Naxçıvan yolunda Rusiya FTX-si, yoxsa ABŞ şirkəti? - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
İrəvan Moskvanın əvəzinə Parisin əsiri olur - ŞƏRH
Bu gün, 08:59
Rusiyanın antiAzərbaycan gedişləri... DAVAM EDİR...
Bu gün, 08:53
Abunəçilər AZERCELL-ə qarşı səfərbər olur - ÇAĞIRIŞ
Bu gün, 08:50
Dollarla bağlı rezonans doğuran tələb – Dəyişikliklər ola bilər
Bu gün, 08:37
Neft Kəmərləri idarəsi Dübəndi istehsalat bölümü işçiləri HARAY ÇƏKİR - Rövşən Nəcəfə MÜRACİƏT OLUNDU
Bu gün, 08:29
Əbu-Dabi anlaşmasının ilginc detalları - Paşinyan “kart”ları açır
Bu gün, 08:18
Tramp səbrini itirib, Putin isə qorxmur... - “Skay Nyus”
Bu gün, 07:05
“Rüşvət vermədim, obyektimi sökdülər!” – Qazidən Füzuli İcra Hakimiyyətinə sensasion ittiham
Bu gün, 06:47
Qadın məhbuslar da Mirsaleh Seyidovun qurbanına çevrilib - MÜRACİƏT
Bu gün, 06:43
Siyasi avantüra: Paşinyanın təklifi buna görə qəbul edilə bilməz - İNCƏLƏMƏ
Bu gün, 06:36
Quru sərhədlər haqda müzakirələr başladı – Gözlənilən qərar verilir?
Bu gün, 06:34
"Perfect Smile Dental Klinika"ya cərimə kəsilib
Bu gün, 05:24
İşçinin maaşını verməyən deputat görün, nə etdi... - QALMAQAL
Bu gün, 05:13
"Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" - AXI NİYƏ?..
Bu gün, 05:05
Əmircan qəsəbəsi susuz səhraya dönüb - sakinlər HARAY ÇƏKİR
Bu gün, 05:01
Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR - həyat yoldaşı ilə əlbir olaraq...
Bu gün, 04:56
Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT
Bu gün, 04:43
“Zəngəzur düyünü”nü kim açacaq? - AKTUAL
Bu gün, 04:41
Trampın vədləri: daha iki ay fasiləsiz müharibə - GƏLİŞMƏ
Bu gün, 04:39
"Paşinyan tamamilə düzgün mövqe seçib" - partiya sədri
Bu gün, 04:31
“Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 04:26
"Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır"
Bu gün, 04:23
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Dünən, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Dünən, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Dünən, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Dünən, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Dünən, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Dünən, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Dünən, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Dünən, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Dünən, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Dünən, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Dünən, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Dünən, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Dünən, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Dünən, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Dünən, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Dünən, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Dünən, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Dünən, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Dünən, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Dünən, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Dünən, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Dünən, 16:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru