Hakimiyyət yeni dönəmdə hansı məmurları yola salır? MÖVQELƏRİ ZƏİF OLANLAR KİMDİR?
Tarix: 7-01-2014, 11:57 | Çap et
 DİA.AZ: - В«Hakimiyyət yeni dəyişikliklərə gedir. Artıq vaxt yetişib. Çox ciddi islahatlar olacaq. Bu günlərdə nazirlərdən biri ilə bağlı qərar verilə bilər. Halbuki əksəriyyət 22 oktyabrdan sonra hansısa nazirin vəzifəsindən alınmayacağı qənaətindədir. Bu, belə deyil. Hazırki hakimiyyətin təcrübəsində bu kimi hallar var. Prezident seçkilərindən sonra təsdiqlənən Nazirlər Kabineti heyətinə qısa müddət içində əl gəzdirilibВ». Bu fikirləri DİA.AZ-a açıqlamasında hökumət içindəki mötəbər mənbə bildirib.
Məlumatı verən qaynağın sözlərinə görə, iqtidar düşərgəsi yenidən silkələnmə ərəfəsindədir: В«Məlumdur ki, hələ prezident seçkilərinə qədər hakimiyyət daxilində bir toqquşma atmosferi mövcud idi. İndi həmin qüvvələr arasında həlleidici döyüş baş tuta bilər. Təkcə NK-nın heyəti deyil, bir sıra dövlət qurumlarında da total kadr dəyişiklikləri nəzərdə tutulubВ».
Daxil olan informasiyalardan o da aydın olur ki, vəzifəsini itirəcəklərin kimliyi barədə iqtidar dəhlizlərində müəyyən danışıqlar gedir: В«Hələlik müxtəlif şaxəli məlumatlar şaiyə şəklində yayılır. Amma bir məqam qətidir ki, dəyişiklik qaçılmazdır. Çox ciddi vəzifə sahiblərinin belə adları çəkilir. Məsələ ondadır ki, iqtidar öz daxilində yeniləşmə qərarını verib və bunun hansısa siyasi prosesə aidiyyatı yoxdur, daha çox iqtidarın özünü gücləndirməsi marağına xidmət edirВ».
Mənbəmiz onu da əlavə edib ki, baş verəcək dəyişikliklər özünü iqtisadi müstəvidə də göstərə bilər: В«Benzinin qiyməti qalxanda bəzi dairələr öz nəzarət zonalarında anoloji qiymət artımı siyasətini həyata keçirməyə qalxdılar. Amma bu, alınmadı. Söhbət konkret olaraq nəqliyyat naziri Ziya Məmmədovdan gedir. Təsəvvür edin, hələ benzinin qiyməti qalxmamış NN-nin işçiləri mətbuata verdikləri açıqlamalarında sərnişindaşımadakı hazırki qiymətlərdən narazı olduqlarını bildirirdilər. Və qeyd edirdilər ki, sərnişindaşıma sektorundakı sahibkarlar gedişhaqqının bahalaşdırılması üçün nazirliyə dəfələrlə müraciət ediblər.
Amma onların istəyi baş tutmadı. Tarif Şurasından rədd cavabı gəldi. Əksinə, benzinin qiyməti qalxdı. Bu isə o demək idi ki, sözügedən sektordakı sahibkarların durumu daha da pisləşməli idi. Və bundan sonra da həmin sahibkarlardan bəziləri məhz nazirliyin nəzarəti altında pərakəndə şəkildə qiymət artımına getdilər. Lakin dərhal bu prosesə müdaxilə olundu. Başı ağrıyan isə Ziya Məmmədov oldu. Hətta Ziya Məmmədova yaxın olan В«London taksiləriВ» xidməti belə bahalaşmaya gedə bilmədi. Halbuki benzinin qiyməti qalxan günün ertəsi sözügedən xidməti göstərən şirkətdən В«qiymətləri qaldıracağıqВ» şəklində bir açıqlama gəlmişdiВ».
Mənbəmiz iddia edir ki, məhz bu kimi proseslər fonunda mövqeləri kifayət qədər zəifləyən nəqliyyat naziri Ziya Məmmədov potensial hədəflərdən biridir: В«Onunla bağlı qəti qərar olmasa da, gümanlardan biri NN şefinin üzərindədir. Ziya Məmmədovla yanaşı, mövqeləri oynaq olan daha bir neçə nazir varВ».
Məlumata görə, qeyd olunan fiqurların iqtisadi müstəvidəki rıçaqları hesabına hər hansı təzyiqə əl atma ehtimallarının yüksək olması səbəbindən nəzərdə tutulan kadr islahatlarına fundamental yanaşma zərurəti də iqtidarın üst düzəyi üçün anlaşılandır: В«Təbii ki, bu faktor nəzərə alınacaq. Elə buna görə də islahatların müəyyən zamanı alacağı istisna deyilВ».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kilsənin Qaregindən azad edilməsi yolunda "mühüm addım" - GƏLİŞMƏ
Bu gün, 09:53 |
|
|
|
| • Saməddin Əsədov WTDC-25-in sədri seçilib
Bu gün, 09:52 |
|
|
|
| • Başçısı olsa da... Binəqədidə BAŞSIZLIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:50 |
|
|
|
| • Köçəryan, Sərkisyan, Karapetyan və Vanetsyan... hamısı Eçmiədzində məğlub oldu... -ARAİK ARUTYUNYAN
Bu gün, 09:45 |
|
|
|
| • “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc “makler”lə bağlı QƏRAR
Bu gün, 09:41 |
|
|
|
| • Adil Vəliyev bu binanın sakinləri təhlükəyə atdı - “Hər yağış mənim üçün ölüm risqi deməkdir”
Bu gün, 09:37 |
|
|
|
| • “Manato.az”da kreditlərin xidmət haqqı olmadan silinməsi barədə saxta elanlar paylaşdı - TƏFƏRRÜAT
Bu gün, 09:30 |
|
|
|
| • Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - FOTO
Bu gün, 09:24 |
|
|
|
| • FETÖ-nün Azərbaycana qarşı “yeni süleymançılar” planı – Alman kəşfiyyatının bu layihədəki rolu nədir?
Bu gün, 09:18 |
|
|
|
| • Qurban Qurbanov Azərbaycan futbolunu düşünür, bəs digərləri? - Şahruddin uğursuzluğu belə izah etdi
Bu gün, 09:11 |
|
|
|
| • Dövlət qurumu 10 min nəfər üçün - YEMƏK ALIR
Bu gün, 09:05 |
|
|
|
| • İcra başçıları ilə bağlı yeni vəziyyət - Bunları etməsələr…
Bu gün, 09:02 |
|
|
|
| • İsveçrə də Trampı bahalı hədiyyələrlə yola gətirib - Axios
Bu gün, 08:45 |
|
|
|
| • “102”yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 07:54 |
|
|
|
| • 44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! – Beqoyan
Bu gün, 07:52 |
|
|
|
| • Zelenskiyə qarşı koalisiya yaradılır? - "Strana.ua"
Bu gün, 07:51 |
|
|
|
| • Coşqun Əliyevi mühüm posta KİM GƏTİRDİ? - Qoy, bu barədə ELM ALƏMİ düşünsün...
Bu gün, 07:47 |
|
|
|
| • 3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir - NARAZILIQ VAR...
Bu gün, 07:42 |
|
|
|
| • Əmrullayevin MÜƏMMA DOLU TƏYİNATI - AXI NİYƏ?..
Bu gün, 07:39 |
|
|
|
| • Burda təhsildən savayı hər şey var... - İTTİHAM
Bu gün, 07:36 |
|
|
|
| • Burda müştəri məmnuniyyəti SIFIR... - GİLEY
Bu gün, 07:05 |
|
|
|
| • İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... - DİQQƏT
Bu gün, 06:57 |
|
|
|
| • DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib - QƏRAR
Bu gün, 06:48 |
|
|
|
| • Sülh buğdası və əngəlləri olmayan Qafqaz - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • “Donald Trampın Venesuelaya hərbi təzyiq üçün üç ssenarisi var” - Dubravski
Bu gün, 06:43 |
|
|
|
| • Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb - TƏFƏRRÜAT
Bu gün, 06:36 |
|
|
|
| • Kreml yandı: hələ ki, futbol stadionunda... - SKANDAL FOTO
Bu gün, 06:35 |
|
|
|
| • Cənubi Qafqazda vahid strateji xəttin formalaşması... REAL GÖRÜNMÜR
Bu gün, 06:31 |
|
|
|
| • Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb - “Bloomberg”
Bu gün, 06:27 |
|
|
|
| • Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub
Dünən, 23:16 |
|
|
|
| • Azərbaycan təhsili hara gedir? - Rəqəmsal çağın tələbləri və real vəziyyət
Dünən, 23:12 |
|
|
|
| • “Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Dünən, 23:07 |
|
|
|
| • Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Dünən, 23:04 |
|
|
|
| • “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Dünən, 18:40 |
|
|
|
| • “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Dünən, 18:38 |
|
|
|
| • Ələsgər sənətdən nakam getdi... - ANIM
Dünən, 15:01 |
|
|
|
| • Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Dünən, 14:59 |
|
|
|
| • “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Dünən, 14:52 |
|
|
|
| • Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Dünən, 14:30 |
|
|
|
| • Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Dünən, 14:28 |
|
|
|
| • Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Dünən, 13:27 |
|
|
|
| • Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Dünən, 13:23 |
|
|
|
| • "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Dünən, 13:20 |
|
|
|
| • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Dünən, 12:56 |
|
|
|
| • Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Dünən, 12:49 |
|
|
|
| • "Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Dünən, 12:28 |
|
|
|
| • “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Dünən, 12:22 |
|
|
|
| • Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Dünən, 12:18 |
|
|
|
| • Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Dünən, 11:52 |
|
|
|
| • Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Dünən, 11:40 |
|
|
|
|